- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Çağdaş Tariximizin plan arxası və çağdaş Milli Hərəkatımızın Mübarizə və Məqsəd stratejisi! (Üçüncü bölüm) - Rəhim Cavadbəyli

BayBək, Azərbaycan | Wednesday, 5th December , 2007 , 03:05 [am] | İç Xəbərlər

. Təsnifləşmənin haqqında izahata keçməzən öncə qeyd edilməsi yerinə düşər ki, ölkədə dövrün Siyasi-İctimai həyatında əsas söz sahibi olan yüksək səviyyəli din xadimləri hər üç qurupda bulunmaqda idilər ,lakin nə yazıqlar ki, bir çox din xadimləri eyni mövqedən – yəni cəmiyyət arasında öz sinfi hegemonluqlarını qorumaq naminə hər şeyə özəlliklədə İngiltərə ilə tam işbirliyində bulunaraq ölkənin müstəmləkə halına düşürülməsində böyük qatqıda bulunmuş oldular , burada Məşrutə Hərəkatında öndə gedən Mücdəhidlərin( mərcəi-Təqlidlərin) geri çəkilməsi Məşrutənin məğlubiyyətində əsas rol oynadığı xüsusi vurğulanmalıdır.


… Azərbaycan türk milləti var olduğu torpaqlarda 7-8 min illik mədəni tarixə malikdir.dünyanın ən ilkin parlaq Sumer və ilam mədəniyyət və ənənəvi dövlətlərini yaratmışdır.şərqin türk mənşəli Mad, Urartu , Əşkan, atropaten, alban kimi islam öncəsi və islam sonrası nəhəng türk dövlətlərinin o,cümlədən sonuncusu olan Qacar türk ənənəvi dövlətini qurub,qoruyub inkişaf etdirən millət olmuş və halhazırda isə millət olaraq o,dövlətlərin bütün güclülüyü,zəifliyi,yaxşılığı və ya xod da pisliyi ilə tam hüquqi varisidir.maraqlıdır kı, bu gün türk dövlətləri əzəmət və böyüklüyündən artıq öz dövrlərinə görə irəliçi-mütərəqqipərvər, insansevər olmaları,milli ədalətə söykənməkləri,ibtidai demokratik siyasət yürütməkləri və intelektin-şüurun inkişafını müdafiə etdikləri ilə karakterizə edilir və yüksək qiymətləndirilir.bu kimi zəngin və əngin mədəni tarixi yaşamış Azərbaycan türk milləti ,onu və məmalikil məhrusədə(iranda)yaşayan digər xalqları təmsil edən qacar türk sulaləsinin türk demokrat ruhlu mədəniyyətindən uzaqlaşaraq fars hakim zumrəsinin dispotizm və lovğalığına söykənməsi ilə həm hakimiyyəti həm Azərbaycan türk millətini həmdə qeyri türkləri mədəni ,elmi və iqtisadi irəliləyişinə səbəb ola biləcək əsaslı şəkildə çağdaşlaşmaqdan çəkinməsi ilə uçuruma doğru sürüklədi.

Qacar türk sülaləsi hakimyyəti qərbin çağdaş elmi-nəzəri və tekniki nailiyətləri ilə silahlanmış qərb sümürgəçi dövlətləri ilə apardığı ardıcıl məğlubiyyətli hərbi-siyasi savaşlarda zəifləmiş və nəhayət Rus imperiası ilə unudulmaz Qəhrəman Abbas mirzənin komandanlığı ilə cəsurcasına apardığı son qanlı savaşlara baxmayaraq zəyiflik və daxili xəyanətlər nəticəsində milli alçaldıcı müqavilələrə - gülüstan(1813),türkmənçay(1828) qol çəkməklə ölkənin döyüşən və vuran əli,düşünən beyni və döyünən ürəyi olan böyük Azərbaycan parçalanmışdır.Azərbaycanın parçalanması və gərəkilən önəmin verilməməsi bir tərəfdən, ötə yandan həris və lovğa fars aydın,siyasi,ruhani və aristokratlarına(böyük Məhəmməd Mirzə Şahdan sonra ) anarşik həddə meydan verən Qacar türk sülaləsi hakimiyyəti müstəqil siyasət yürütməkdə zorluq çəkir və müstəmləkəçi dövlətlərin diplomatik manevrlərindən baş qurtarmayaraq uçuruma doğru sürüklənməyə məhkum oldu.qeyd etmək yersiz olmazdı ki, Türk Fars davası əsasən Böyük Nasirəddin Şah dövründən başlamışdır.belə ki,cənub və mərkəzdə ingiltərənin yetirmiş olduğu fars ricalları ingiltərənin nüfuzu sayəsində dövlət içi Türklərə qarşı alternativ oluşdurmağa qalxaraq buna nədən olmuşlar.

Nə yazıqlar kı,bu dönəmdə dünya və nisbətən bölgə xalqları milliyyət və vətəndaşlıq hüququna dayalı dövlət qurmaq uğrunda işğalçı və müstəmləkəçi dövlətlərə qarşı qurtuluş savaşı apararkən (buna böyük osmanlının şərqi avrupa torpaqlarındakı,xalqların eləcədə Böyük Atatürkün kumandanlığında yeni türkiyənin özünün milli qurtuluş savaşını misal olaraq göstərmək olar , lakin bu bölgədə gedən millət-dövlət prosesinə rağmən , xarici güclərin yəni İngilislə Rusiyanın bir başa müdaxiləsi sonucunda Azərbaycanın baş zümrəsinə mənsub Aydın,siyasi,Ruhani və aristokratları könülsüz millət va xalqlar yığımı olan məmalikil məhrusənin “iran” dövlət quruluşunu və ərazisini demokrat ruhlu türk mədəniyyətinə dayanaraq həqiqi mənada çağdaş , demokratik və fedral sistemin yaradılması,milli hüquq və azadlıqların tətbiqi kimi ictimai-siyasi-mədəni-iqtisadi-elmi-tekniki sahələrdə lazımı islahatları aparmaqla qorunub saxlanmasını əsas götürdülər , bu ideoloji axım da böyük osmanlı imperatorluğunun qorunulmasını müdafiə edən məğlub Osmanlıçılar kimi məğlub olaraq meydanı qarşı özününkü olmayan onunku-bununku olanlara-yəni dirijor çubuğu ilə oynayan dırnaq arası panfarsistlərə istər istəməz buraxmış oldu .

Azərbaycan başbilənləri bu yöndə də vahid məqsəd naminə birləşəbilməyərək əsasən üç bir-birinə zidd tərəfdə mövqə tutdular kı, buda Azərbaycan türk millətinin və ziyalı təbəqəsinin milli birlik iradəsinin parçalanmasına və bir-birinin qarşısında dayanmasına və birinin digərini vurub siyasi arenadan , səhnədən çıxartmasına və dolayısı ilə bir-birini zərərsizləşdirərək xarici qüvvələrin siyasi manevrlərinə və istədiklərini ölkədə tətbiq etməklərinə nədən oldu .

Burada Məşrutə hərəkatına və onun istəklərinə və qatılımcılarının məsələsinə girməzdən öncə Məşrutənin mahiyyətə və nəticə etibari ilə doğurmuş olduğu vəziyyəti iki Şəxsiyyətin fikirlərini göstərməkdə yarar var. Birincisi Məşrutə sonrası durumla ilgili İngiltərənin əhvaz Şəhərində ki, konsulu olan Vilson sonralar öz xatirələrində yazır : iranın durumu həddən artıq xarabdır,nə vaxtsa bu xalqlar məruz qalmış olduqları bu acınacaqlı vəziyyətdən xilas olmaq istəsələr, fövqüladə partlayış baş verəcəkdir.onlar ki, bu gün siyasi arenada hay – külək salırlar xalq üçün deyil,zəif hükumətlərini daha artıq təzifə uğratmaqla yanaşı xalqın iradəsini su istimal edərək yeni məqam və pul əldə etmək məqsədi güdürlər.1ikincisi isə ölkədə Solun – Sağa qurban verdiyi Azərbaycanda məhəmmədrza dövründə çalışan tək başına döyüşən Mərhum Əli Təbrizlidir.Ə. təbrizli ən adlım şah əsəri olan Dil və Ədəbiyyat və ya xodda ki, ümumiyyətdə deyilən Dil və milliyyət də açıq aşkar şəkildə haqlı olaraq deyir: Məşrutə biz Azərbaycanlılara Qacar Türk Dövlətinin Panfarsistlərə devr edilməsindən başqa nə verdi? və s.

Məşrutə dönəminin siyasi təsnifləşməni təxminən üç qurupda aşağıdakı kimi göstərmək olar:

1.mövcud Qacar türk sülaləsi hakimiyyətinin tədrici islahatlarla qorunulub saxlanmasını müdafiə edənlər;

2.Qacar türk sülaləsi hakimiyyətinin mövcud vəziyyəti mövcud dünya şəraiti ilə uyğun olmadığını savunan və radikal şəkildə çağdaşlaşmasını istəyən məşrutəçi və Azadistan hərəkatının qatılımcıları;

3.müstəmləkəçi güclərə həm maddi həmdə mənəvi cəhətdən satılan Masonlar və masonçularla fikir və əməlləri tamami ilə üst-üsdə düşən əksər fars Ruhani, aydın, aristokrat və siyasiləri .

Təsnifləşmənin haqqında izahata keçməzən öncə qeyd edilməsi yerinə düşər ki, ölkədə dövrün Siyasi-İctimai həyatında əsas söz sahibi olan yüksək səviyyəli din xadimləri hər üç qurupda bulunmaqda idilər ,lakin nə yazıqlar ki, bir çox din xadimləri eyni mövqedən – yəni cəmiyyət arasında öz sinfi hegemonluqlarını qorumaq naminə hər şeyə özəlliklədə İngiltərə ilə tam işbirliyində bulunaraq ölkənin müstəmləkə halına düşürülməsində böyük qatqıda bulunmuş oldular , burada Məşrutə Hərəkatında öndə gedən Mücdəhidlərin( mərcəi-Təqlidlərin) geri çəkilməsi Məşrutənin məğlubiyyətində əsas rol oynadığı xüsusi vurğulanmalıdır.

Rəhim Cavadbəyli
Bakı , May 2007
Ardı var…

1- 8 . cildlik tarixe rəvabete siyasiye İran o İngilis – İranla İngiltərənin Siyasi ilişkilər tarixi – kitabının 8-ci cildi .Vilson İngiltərənin Məşrutə və Məşrutə sonrası Əhvaz konsulu olaraq orada ki. Neft qazıntılarına və tədqiqatına nəzarət edən şəxs idi.

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1643.azr
azeribaybak[at]gmail.com