- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
MTN “İran-Azərbaycan” marşrutu üzrə qaçaqmalçılıq yoluyla narkotiklərin daşınması ilə məşğul olan iki qrupu zərərsizləşdirib
BayBək, Azərbaycan | Wednesday, 5th December , 2007 , 06:21 [am] | İç Xəbərlər
![]() |
. | Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayında “İran-Azərbaycan” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan iki qrup yaxalanıb. |
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayında “İran-Azərbaycan” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan iki qrup yaxalanıb.
Bu barədə APA-ya Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən məlumat verilib. Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyində başlanılmış bir neçə cinayət işi üzrə barəsində axtarış elan olunmuş İran İslam Respublikasının vətəndaşı, 1966-cı il təvəllüdlü Lətif Mehriban, həmçinin İran İslam Respublikasının digər vətəndaşı, 1959-cu il təvəllüdlü Kərim Yari, Ağcabədi rayon sakini, 1963-cü il təvəllüdlü Rafiq Səfiyev, Qazax rayon sakinləri - 1982-ci il təvəllüdlü Məhəmməd Çobanəliyev, 1983-cü il təvəllüdlü Paşa Əhmədov, 1981-ci il təvəllüdlü Etibar İsmayılov və 1982-ci il təvəllüdlü Səbuhi Rəhimov tutulublar. Transmilli mütəşəkkil dəstənin üzvlərindən bir ədəd “AKM” tipli avtomat silah, 22 ədəd 7,62 çaplı güllə, bir ədəd daraq və 5 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Ümumilikdə, 2004-2007-ci illər ərzində Lətif Mehriban tərəfindən yaradılmış mütəşəkkil dəstə vasitəsilə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 25 kiloqram heroin və 77 kiloqram digər ağır tərkibli narkotik vasitələr keçirilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən görülən tədbirlərlə həmin narkotiklər müsadirə edilib və bu dəstənin 37 üzvü, o cümlədən Azərbaycan Respublikasının 30, İran İslam Respublikasının 6, Gürcüstanın 1 vətəndaşı həbs olunub. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin daşınması ilə məşğul olan Cəlilabad rayon sakinləri - 1978-ci il təvəllüdlü Səməd Məmmədov və 1981-ci il təvəllüdlü Rövşən Qarayev yaxalanıb, onlardan 19 kiloqramdan artıq narkotik vasitə olan həşiş götürülüb.
Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, adları çəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir