- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
DAK ilə DDAK arasında əməkdaşlıq SAZİŞİ imzalandı
BayBək, Azərbaycan | Wednesday, 5th December , 2007 , 19:00 [pm] | İç Xəbərlər
![]() |
. | Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) birləşmək haqqında saziş imzalayaraq aşağıdakı vəzifələri yerinə yetirməyi öhdəsinə götürür:
– Birlik qurultayına qədər birgə əməkdaşlıq etmək; |
Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) birləşmək haqqında saziş imzalayaraq aşağıdakı vəzifələri yerinə yetirməyi öhdəsinə götürür:
– Birlik qurultayına qədər birgə əməkdaşlıq etmək;
– Qurultaya qədərki dövrdə keçirilən tədbirlərin birgə təşkilinə nail olmaq;
– Soydaşlarımızın hüquqlarının qorunması sahəsində işlərin güclən¬dirilməsi, koordinasiya edilməsi üçün birgə fəaliyyət proqramının işlənib hazırlanmasına nail olmaq;
– Təşkilatların birləşmə məsələlərinin hüquqi qaydada həll edilməsinə qədər birgə əməkdaşlıq etmək məqsədi ilə qarşılıqlı ittihamlardan çəkinmək, qarşı tərəfin mənafeyinə zidd olan hərəkətlərə yol verməmək, məlumatlar yaymamaq, çıxışlar etməmək;
– Hər iki təşkilatın iş planında nəzərdə tutulmuş tədbirlərdə qarşı tərəfin iştirakını təmin etmək;
– Keçirilməsi nəzərdə tutulan Qurultaya hazırlıq işlərində, Qurultay nümayəndələrinin və mandatların müəyyənləşdirilməsində birgə fəaliyyət göstərmək;
– Birlik qurultayının birgə keçirilməsini təmin etmək. Saziş imzalandığı gündən qüvvəyə minir.
İmzalar:
Sabir Rüstəmxanlı (DAK üzrə Birlik komissiyasının sədri)
Əhməd Obalı (DDAK üzrə Birlik komissiyasının sədri)
03 dekabr 2007-ci il, Bakı
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir