- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

PKK-nın TERRORÇU TƏŞKİLAT KİMİ TANINMASI ÜÇÜN İMZA TOPLANACAQ

BayBək, Azərbaycan | Thursday, 6th December , 2007 , 06:09 [am] | İç Xəbərlər

. Milli Məclisdə PKK ilə bağlı bəyanat hazırlayacaq komissiyanın fəaliyyətinin dondurulması ictimai rəydə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Ölkə rəsmiləri Abdullah Güllə İlham Əliyev arasında imzalanmış bəyannamənin ratifikasiya edilməsi səbəbindən ayrıca bəyanata ehtiyac olmadığını desələr də, hələ ortada konkret nəticə yoxdur.


Leyla Yunus: “Bu dəfə parlament qarşısında məsələni daha ciddi şəkildə qoyacağıq”.

Milli Məclisdə PKK ilə bağlı bəyanat hazırlayacaq komissiyanın fəaliyyətinin dondurulması ictimai rəydə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Ölkə rəsmiləri Abdullah Güllə İlham Əliyev arasında imzalanmış bəyannamənin ratifikasiya edilməsi səbəbindən ayrıca bəyanata ehtiyac olmadığını desələr də, hələ ortada konkret nəticə yoxdur.

Xatırladaq ki, bir müddət öncə Sülh və Demokratiya İnstitutunun təşkilatçılığı ilə “PKK terrorçu təşkilat kimi tanınsın” mövzusunda vətəndaş forumu keçirilmişdi. Həmin forumda ölkənin tanınmış siyasətçiləri, ictimai xadimləri, o cümlədən millət vəkilləri tərəfindən Milli Məclisə müraciət qəbul edilmişdi. Sənəd millət vəkili Pənah Hüseyn tərəfindən Milli Məclis sədrinə təqdim olunmuşdu.

Yaranmış vəziyyətə münasibət bildirən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirdi ki, forum keçirilən zaman Türkiyənin prezidenti Abdullah Gül Azərbaycanda rəsmi səfərdə idi: “Hadisələrin üst-üstə düşməsi bizdə forumun nəticəsiz qalmayacağına dair ümid yaratmışdı. Xatırlayırsınızsa, vətəndaş forumunda qəbul edilmiş bəyanat Pənah Hüseyn tərəfində parlamentə təqdim olunmuşdu. Milli Məclis tərəfindən komissiyanın təşkil edilməsi düzü bizdə inam yaratmışdı. Parlamentin dekabrın əvvəllərində PKK-nı terrorçu təşkilat kimi tanıyacağını gözləyirdik. Lakin Milli Məclis bir daha öz qərarlarına hörmət göstərmədi. Bütün bunlar ölkədə müstəqil qanunverici orqanın olmadığına dəlalət edir. Digər tərəfdən doğurdan da, hansısa qüvvələr Azərbaycanın milli maraqlarına zidd siyasət yürüdürlər. Onlar PKK-nın terrorçu təşkilat kimi tanınmasını əngəlləyirlər”.

L.Yunus PKK-nın terrorçu təşkilat kimi tanınması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildirdi: “Bu istiqamətdə növbəti görüşlərin keçirilməsini, imza toplanılmasını planlaşdırırıq. Parlamentin qarşısında məsələnin daha ciddi şəkildə qoyulması ilə bağlı ictimaiyyətə müraciət edilməsi nəzərdə tutulub”.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1653.azr
azeribaybak[at]gmail.com