- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycan hakimiyyəti niyə tələsib?

BayBək, Azərbaycan | Thursday, 6th December , 2007 , 06:11 [am] | İç Xəbərlər

. Dekabrın 2-də Rusiyada keçirilən parlament seçkisinin rəsmi nəticələri açıqlanmamış Azərbaycan prezidenti Ilham Əliyev rusiyalı həmkarı Vladimir Putini seçkidə qələbə qazanması münasibətilə təbrik edib.

Öz növbəsində parlament seçkisini müşahidə edən Azərbaycan MSK-nın nümayəndələri də seçkinin normal keçirildiyini və seçki günü heç bir ciddi qanun pozuntusuna yol verilmədiyini bəyan ediblər. Halbuki Rusiyadakı seçkini izləyən AŞ PA-nın, ATƏT-in müşahidə missiyaları hələ



Ilham Əliyevin tələsərək Rusiyadakı seçkiylə bağlı mövqeyini bildirməsi iqtidarın xarakterindən irəli gəlir.

Dekabrın 2-də Rusiyada keçirilən parlament seçkisinin rəsmi nəticələri açıqlanmamış Azərbaycan prezidenti Ilham Əliyev rusiyalı həmkarı Vladimir Putini seçkidə qələbə qazanması münasibətilə təbrik edib.

Öz növbəsində parlament seçkisini müşahidə edən Azərbaycan MSK-nın nümayəndələri də seçkinin normal keçirildiyini və seçki günü heç bir ciddi qanun pozuntusuna yol verilmədiyini bəyan ediblər. Halbuki Rusiyadakı seçkini izləyən AŞ PA-nın, ATƏT-in müşahidə missiyaları hələ seçkiylə bağlı rəylərini açıqlamayıblar. Görəsən Azərbaycan tərəfinin bu cür tələskənlik nümayiş etdirməsi nəylə bağlıdır? Bu sualla siyasilərə müraciət etdik.

Nurəddin Məmmədli: “Bu addımın atılmasında məqsəd Azərbaycanda keçiriləcək anti-demokratik seçkilərə Rusiyanın dəstəyini almaqdır”
Rusiya hakimiyyətinin seçkidə inzibati resurslardan istifadə etməsinə baxmayaraq seçkinin müəyyən dərəcədə normal keçdiyini deyən AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, bununla belə I.Əliyevin rəsmi nəticələr elan olunmadan tələsərək seçkiylə bağlı mövqeyini bildirməsi iqtidarın xarakterindən irəli gəlir: “Dumaya keçirilən seçkidə hakimiyyətin opponentlərinə təbliğat üçün bərabər imkanlar yaradılmamışdı. Müxalifət elektoron KIV-də təbliğatdan iqtidar partiyası qədər istifadə edə bilmirdi. Amma Rusiyada demokratik seçkiyə xas bərabərlilik prinsipi pozulsa da Rusiya xalqı özü səs verdi. Bu gün Orta Asiyanın ən despotik rejimlərində keçirilən seçkilərə də bizimkilər normal qiymət verirlər.

Azərbaycan tərəfi daha çox hər hansı ölkədə demokratik seçkinin baş tutmasından narahat olur. Anti-demokratik şəraitdə baş tutan seçkilər isə Azərbaycan hakimiyyətinə zövq verir. Çünki onlar bu çoxluq içərisində görünməz olurlar”. N.Məmmədli hesab edir ki, I.Əliyevin bu addımı eyni zamanda Putinin xoşuna gəlməyə xidmət edir. “Azərbaycan hakimiyyətilə Rusiyanın xüsusi əlaqələri olduğuna dair heç kəsin şübhəsi yoxdur. Və Azərbaycan hakimiyyəti bu gün ”balanslaşdırılmış xarici siyasət” adı altında faktiki olaraq xalqdan oğurladığı sərvətləri başqa ölkələrə verməyə meillidir. Eyni zamanda bu addımın atılmasında məqsəd Azərbaycanda keçiriləcək antidemokratik seçkilərə Rusiyanın dəstəyini almaqdır”, - deyə N.Məmmədli vurğuladı.

Əvəz Temirxan: “Ilham Əliyevin tələsik Rusiyadakı seçkiylə bağlı mövqe bildirməsi hakimiyyətin konkret maraqlarına xidmət edir”
Rusiyadakı seçkinin Azərbaycandakı seçkilərə nisbətən daha demokratik keçirildiyi fikrində olan ALP-nin sədr əvəzi Əvəz Temirxanın qənaətincə, Azərbaycan hakimiyyətinin hamıdan öncə Rusiyadakı seçkiyə münasibət bildirməsi təsadüfi deyil: “Azərbaycan hakimiyyəti ölkədə qarşıdan gələn seçkini saxtalaşdırmaq üçün özünə baza yaradır. Halbuki Rusiyadakı son seçkiylə bağlı kifayət qədər tənqidi fikirlər səslənib. Ona görə də Ilham Əliyevin tələsik Rusiyadakı seçkiylə bağlı mövqe bildirməsi təsadüfi deyil və hakimiyyətin konkret maraqlarına xidmət edir. Bu, heç də Azərbaycan dövlətinin, xalqının maraqlarına uyğun deyil. Görünür, Ilham Əliyevin öz komandasının gələcəyi baxımından Rusiyadan umacağı var. Ona görə də bəri başdan təbrik edir”.

Büllur Hümbətov: “Azərbaycan hakimiyyəti son addımıyla sanki öz borcunu qaytarır”

VIP sədrinin müavini Büllur Hümbətov da hesab edir ki, Azərbaycan hakimiyyətinin bu cür mövqedən çıxış etməsi korperativ maraqlardan irəli gəlir və qarşıdan gələn seçkilərə hesablanıb: “Adətən eyni mövqedən seçkilər zamanı Azərbaycana MDB ölkələrindən gələn müşahidəçi korpusları da çıxış edir. Və bu da təsadüfi deyil. Bu ölkələr və dövlət başçıları arasında qeyri-rəsmi öhdəliyə bənzəyir. Azərbaycan hakimiyyəti son addımıyla sanki öz borcunu qaytarır. Çünki Rusiyadan olan müşahidəçilər ölkəmizdə keçirilən seçkilərlə bağlı bir qayda olaraq ”obyektiv” mövqedən çıxış edirlər”.azadliq

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1654.azr
azeribaybak[at]gmail.com