- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Sərdar Cəlaloğlu: «Musavat»la «AXCP»-nin birləşməsi ölkənin siyasi vəziyyətində fundamental dəyişikliklərə gətirə bilər
BayBək, Azərbaycan | Thursday, 6th December , 2007 , 08:11 [am] | İç Xəbərlər
![]() |
. | Onun fikrincə, bu partiyaların ideoloji platformaları oxşardır və onların təklikdə fəaliyyətinin heç bir mənası yoxdur. «Buna görə də, Musavatla AXCP-nin birləşməsi zəruridir. Lakin hazırkı vəziyyətdə bu real deyil. Onların fəaliyyətləri dövründə münasibətləri birləşmələrinə maneə yaradır», - deyə ADP sədri bildirib. |
Mürtəza Bünyadlı. «Musavat»la AXCP-nin birləşməsi ölkənin siyasi vəziyyətində fundamental dəyişikliklərə gətirə bilər. Belə bir bəyanatla «Xəbərlər - Azərbaycan»a müsahibəsində Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib.
Onun fikrincə, bu partiyaların ideoloji platformaları oxşardır və onların təklikdə fəaliyyətinin heç bir mənası yoxdur. «Buna görə də, Musavatla AXCP-nin birləşməsi zəruridir. Lakin hazırkı vəziyyətdə bu real deyil. Onların fəaliyyətləri dövründə münasibətləri birləşmələrinə maneə yaradır», - deyə ADP sədri bildirib.
Cəlaloğlu qeyd edib ki, həmin partiyaların birləşməsi Azərbaycanın siyasi arenasında siyasi vəziyyəti qətiyyətlə dəyişə biləcək siyasi qüvvənin meydana gəlməsinə gətirər.
«Əgər bu baş verərsə, mən bunu dəstəkləyərəm. Bu ölkənin milli maraqlarına cavab verir», - deyə o sözünü yekunlaşdırıb.newsazerbaijan
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir