- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

ABŞ-da naməlum şəxs 9 nəfəri güllələyib, 5 nəfəri isə yaralayıb

BayBək, Azərbaycan | Thursday, 6th December , 2007 , 13:06 [pm] | Dış Xəbərlər

. Həkimlər yaralıların vəziyyətinin ağır olduğunu bildirir. Cinayətkarın hansı səbəbdən günahsız insanları qətlə yetirməsinin səbəbləri məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən 60-dan artıq güllə gilizi götürüblər. Qatilin cəsədi ticarət mərkəzinin üçüncü mərtəbəsində aşkarlanıb.


Naməlum şəxs Nebraska ştatındakı Westroads Mall ticarət mərkəzində ən azı 9 nəfəri güllələyib. APA-nın məlumatına görə, şəxsiyyəti müəyyənləşdirilməyən cinayətkar daha 5 nəfəri yaraladıqdan sonra intihar edib.

Həkimlər yaralıların vəziyyətinin ağır olduğunu bildirir. Cinayətkarın hansı səbəbdən günahsız insanları qətlə yetirməsinin səbəbləri məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən 60-dan artıq güllə gilizi götürüblər. Qatilin cəsədi ticarət mərkəzinin üçüncü mərtəbəsində aşkarlanıb.

Qeyd edək ki, cinayət törədilən yer Nebraskanın Omaxa şəhərinin ən böyük ticarət mərkəzlərindən biridir, 135 mağazanın fəaliyyət göstərdiyi mərkəzin xidmətindən hər il orta hesabla 14,5 milyon nəfər istifadə edir. Maraqlı məqam odur ki, cinayət prezident Corc Buşun məhz bu şəhərdə olduğu gün baş verib. Partiyası üçün ianə toplamağa gələn prezident hadisədən bir saat əvvəl buranı tərk edib.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1656.azr
azeribaybak[at]gmail.com