- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Sabir Rüstəmxanlı: “İran agentliyi DAK-ı parçalamaq üçün ciddi səy göstərir”
BayBək, Azərbaycan | Thursday, 6th December , 2007 , 20:23 [pm] | İç Xəbərlər
![]() |
. | - Azərbaycan hökuməti bu məsələdə neytral mövqe tutur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də bu mövqedən çıxış edir. Düşünmürəm ki, bu proseslərdə Azərbaycan hökumətinin rolu var. Məni narahat edən burada bəzi qüvvələrin Cavad Derəxtiyə böyük dəyər vermələridir.
- Belə çıxır ki, əvvəl iki yerə parçalanan DAK, indi 3 hissəyə bölünür. - Yox, belə deyil. Bizim DAK bu günlərdə DAK-la əməkdaşlıq haqqında saziş imzalayacaq. Bu sazişlə qurultaya qədər birgə fəaliyyət göstərmək barədə razılığa |
MİLLƏT VƏKİLİ SABİR RÜSTƏMXANLI: “BƏZİ QÜVVƏLƏR DƏ CAVAD DERƏXTİYƏ BÖYÜK ÖNƏM VERİRLƏR”.
Son vaxtlar Dünya Azərbaycanlıları Konqresində (DAK) qarşıdurma meylləri yenidən alovlanıb. Təşkilatın təmsilçiləri bir-birilərinin ünvanına müxtəlif ittihamlarla çıxış etməyə başlayıblar. DAK-ın sədri seçildikdən sonra əsas məqsədinin birləşmə olacağını bəyan edən təşkilatın lideri Qulamrza Səbri Təbrizi də çətin duruma düşüb. Belə ki, keçmiş sədr Cavad Derəxti DAK-ın son qurultayının nəticələrini şübhə altına alaraq fevral ayında növbədənkənar qurultay keçirəcəklərini bəyan edib. Beləliklə, iki yerə parçalanmış DAK-ın birləşməsi bir yana, üçləşməsi təhlükəsi meydana gəlib. DAK İdarə Heyətinin üzvü, millət vəkili Sabir Rüstəmxanlı ilə söhbətimizdə də təşkilat ətrafında baş verən son proseslərə toxunduq.
- Sabir bəy, DAK-ın keçmiş sədri Cavad Derəxti son qurultayın nəticələrini tanımadığını bəyan edib. Halbuki qurultaydan sonra onun mövqeyi bir qədər fərqli idi. Sizcə, bu açıqlamanın səbəbi nədir? Hazırda DAK-da nə baş verir?
- Məlum olduğu kimi, DAK-ın qurultayı 4 ay bundan öncə keçirilib. Qurultay demokratik şəraitdə və yüksək səviyyədə təşkil edilmişdi. Qurultayda xaricdəki Azərbaycan diasporunun təmsilçiləri, hökumət nümayəndələri və ölkənin siyasi mühitinin demək olar ki, bütün palitrası təmsil olunurdu. Müzakirələr zamanı əvvəlki sədr Cavad Derəxtinin fəaliyyəti ciddi şəkildə tənqid olundu. Ümumiyyətlə, qurultay tənqidi ruhda keçdi. DAK üzvləri sədrin fəaliyyətindən narazılıqlarını bildirdilər. Seçkilər zamanı isə məlum oldu ki, qurultay iştirakçıları əvvəlki sədrə çox az səs veriblər. Ən çox səs alan isə indiki sədr Qulamrza Səbri Təbrizidir. O vaxt da Cavad Derəxti sədr seçilməyəcəyini bildikdə hay-küy salaraq qurultayın işini pozmağa çalışdı. İddia etdi ki, səsvermə düzgün keçirilməyib, ona görə də təkrar seçki olmalıdır. Onun etirazından sonra bütün sənədlər təzədən yoxlanıldı. İşə DAK-ın Nəzarət-Təftiş Komissiyası qarışdı. Bundan sonra Cavad Derəxtiyə sübut olundu ki, səsvermə zamanı səslər düzgün sayılıb. O başa düşdü ki, təkrar səsvermə olsa, yenə də uğur qazana bilməyəcək. Ona görə də geri çəkildi.
Qurultayda DAK-ın 17 nəfərdən ibarət İdarə Heyəti də seçildi. Reallığı dərk edən Cavad Derəxti də nəticələri tanıdığını bildirdi və bundan sonra DAK İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərəcəyinə söz verdi. Hətta o, yeni sədr Qulamrza Səbri Təbrizini qucaqlayaraq təbrik də etdi. Orada mənim də bir çıxışım oldu. Üzümü Cavad Derəxtiyə tutaraq dedim ki, artıq 6 il sədr olmusunuz, daha bəsdir. DAK-ın sədrliyi heç kimin adına yazılmayıb. O da mənimlə razılaşdı və İdarə Heyətinin üzvlərindən üzr istədi. Bununla da məsələ bitdi.
- Bəs sonrakı proseslər nə ilə əlaqədardır?
- Əvvəlcə onu qeyd edim ki, DAK-ın yeni rəhbərliyinin 4 aylıq fəaliyyəti müddətində xeyli iş görülüb. Bu müddətdə DAK heç vaxt olmadığı qədər Güney Azərbaycan məsələlərinə diqqət yetirməyə başlayıb. DAK-ın müxtəlif saytları açılıb. Güneydəki azərbaycanlı fədailərin ailələri ilə əlaqə qurulub. Beynəlxalq səviyyədə də təşkitlatın tanıdılması istiqamətində iş aparılır. Bilirsiniz ki, Avropada və Amerikada yaşayan bəzi soydaşlarımız DAK-dan küsüb getmişdilər.
Ötən 4 ay ərzində həmin azərbaycanlılarla əlaqələr bərpa edilib. Yenidən bir araya gəlməklə bağlı danışıqlar başlayıb. Qurultaydan dərhal sonra Səbri Təbrizi bəyanat verərək bildirdi ki, DAK bundan sonra birləşmə yolunu tutacaq. Əsas məqsəd əvvəllər təşkilatdan qopub getmiş Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) adı altında fəaliyyət göstərən soydaşlarımızla və digər diaspor təşkilatları ilə birləşmə olacaq. Qurultaydan sonrakı müddətdə bu istiqamətdə müəyyən addımlar atılıb. Artıq müəyyən qüvvələr DAK-a birləşib. Təşkilatın Rusiya ilə də çox yaxşı əlaqələri yaranıb. DAK-ın hazırki İdarə Heyətinin tərkibi çox mükəmməl hesab oluna bilər. Bu tərkibdə Rusiyadan 4 nəfər həmkarımız da təmsil olunur. Həmçinin Avropadakı dostlarımız da İdarə Heyətində təmsil olunurlar.
Azərbaycandan da kifayət qədər ziyalı İdarə Heyətinin üzvü seçilib. Birləşmə söhbəti meydana çıxandan sonra əvvəlki DAK-ın rəhbərliyində təmsil olunan bəzi dostlarımız dedilər ki, küsüb gedənlər geri qayıtsa, biz təşkilatdan ayrılacağıq. Niyəsini soruşduq, konkret bir cavab almadıq. Qeyd edim ki, bu fikirdə olanların əksəriyyəti bizim köhnə dostlarımızdır. Onlara böyük hörmətimiz var. Amma onlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün heç bir iş görməyiblər. Ayrı-ayrı müzakirələrdə, qəzet səhifələrində Güney Azərbaycanın problemlərindən danışmaqla soydaşlarımız üçün nəsə etmək mümkün deyil. Ümumiyyətlə, birləşmə söhbəti ortaya çıxandan sonra təşkilat ətrafında qəribə proseslər baş verməyə başladı. DAK-ın rəhbərliyində təmsil olunan Əhməd Obalı bizə qoşulandan sonra uzun illərdir təşkilatdan uzaqlaşan “Günaz” TV-nin Amerikada yaşayan rəhbəri Rəhim Şahbazi özünü DAK-ın rəhbəri kimi qələmə verməyə başladı.
O, heç bir hüquqi əsası olmadan özünü narazıların rəhbəri kimi təqdim etməyə başladı. Heç bir səlahiyyəti olmaya-olmaya DAK-ın adından danışmağa başladı. Beləliklə, birləşmə söhbəti ikinci bir qrupun DAK-an ayrılmaq istəyini meydana çıxardı. Bu arada Cavad Derəxti Bakıya səfər edərək özünü DAK-ın sədri kimi təqdim etməyə başladı. Əlində də İsveçin Vergi İdarəsindən bir sənəd. İddia etdi ki, Vergi İdarəsinin sənədlərində DAK sədri kimi onun adı göstərildiyindən təşkilatın sədri də odur. Biz ona çox başa salmağa çalışdıq ki, DAK-ın sədrini qurultay seçir, İsveçin Vergi İdarəsi yox. Digər tərəfdən, artıq hamıya məlumdur ki, DAK-ın mərkəzi İsveçdən Londona köçüb. Cavad Derəxtiyə dedik ki, İsveçin Vergi İdarəsi ilə hansısa problemin varsa, get, onu həll et. Amma o, bizə qulaq asmadı. Hətta DAK-ın adından qondarma möhür düzəltdirib istifadə etməyə başladı. Bu möhürlə indi də ora-bura DAK-ın adından sənədlər göndərirlər.
Biz bununla bağlı Azərbaycanın müvafiq orqanlarına da xəbər vermişik. Üstəlik, Cavad Derəxti heç bir səlahiyyəti olmadan Bakıda DAK adından mətbuat konfransı keçirib. Onlar bu yolla milləti çaşdırmaq istəyirlər. Hətta illər uzunu bir yerdə işlədikləri şəxslərə böhtan atırlar. Özləri gündə İrana gedib-gələn, bu ölkə ilə biznes quran şəxslər olsalar da, bizi İran agenti olmaqda günahlandırırlar. Təbii ki, bütün bu ittihamlar məhkəməlikdir və aydınlaşdırılacaq. Ürək ağrıdan odur ki, DAK-ın bütövləşməsi yenə də İran kəşfiyyatını və onlarla əlaqədə olan şəxslərin əli ilə təhlükə altına salır.
- Cavad Derəxti bildirib ki, fevral ayında DAK-ın növbəti qurultayı keçiriləcək…
- Bu məlumat həqiqətə uyğun deyil. DAK-ın qurultayı əvvəlcədən nəzərdə tutulduğu vaxtda, yəni may ayında keçiriləcək. İnanıram ki, bu qurultayımıza dünyanın bir çox ölkələrində yaşayan, əvvəllər Cavad Derəxtiyə görə təşkilatdan küsüb gedən soydaşlarımız daha sıx şəkildə qatılacaqlar.
- DAK-ın daxilindəki çəkişmələrdə digər faktorların rolu nə qədərdir?
- Bunun səbəbi odur ki, İran agenturası təşkilatı parçalamaq üçün ciddi şəkildə işləyir. Azərbaycandakı müəyyən adamların da proseslərdə rolu var.
- Azərbaycan hökumətinin DAK-dakı son proseslərlə bağlı mövqeyi necədir?
- Azərbaycan hökuməti bu məsələdə neytral mövqe tutur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də bu mövqedən çıxış edir. Düşünmürəm ki, bu proseslərdə Azərbaycan hökumətinin rolu var. Məni narahat edən burada bəzi qüvvələrin Cavad Derəxtiyə böyük dəyər vermələridir.
- Belə çıxır ki, əvvəl iki yerə parçalanan DAK, indi 3 hissəyə bölünür.
- Yox, belə deyil. Bizim DAK bu günlərdə DAK-la əməkdaşlıq haqqında saziş imzalayacaq. Bu sazişlə qurultaya qədər birgə fəaliyyət göstərmək barədə razılığa gələcəyik. Bu o deməkdir ki, təşkilat üçləşməyəcək. DAK-ın rəhbərliyində təmsil olunan Əhməd Obalı, Seyid Rza Xeşti və başqa dostlarımız da bizimlədirlər. Növbəti qurultayda birləşmə haqqında qərar qəbul ediləcək. O biri tərəfdə isə Cavad Derəxtidən başqa heç kim yoxdur. Avropadakı bəzi dostlarımızın da ona qoşulacağına inanmıram. Çünki onlar indiyə kimi Cavad Derəxtinin əlindən dad çəkirdilər. Əgər təzədən gedib onun ətrafında birləşəcəklərsə, deməli, özlərinə hörmət etmirlər.
- Rusiyadakı diasporun DAK-a cəlb olunması istiqamətində hansı işlər gedir?
- Onlar birmənalı şəkildə DAK-ın qurultayının qərarına hörmətlə yanaşırlar. Bu baxımdan bizim birləşmə danışıqlarımızda iştirak edirlər.525-ci
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir