- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
ÖLKƏDƏ QAÇQIN ÜSYANI GÖZLƏNİLİR
BayBək, Azərbaycan | Friday, 7th December , 2007 , 16:08 [pm] | İç Xəbərlər
![]() |
. | Srağagün bütün ölkə ərazisində eyni vaxtda məcburi köçkünlərin ev telefonları bağlanıb. Bu isə didərginlər arasında ajiotaja səbəb olub. Daha çox narazılıq isə məcburi köçkünlərin kompakt yaşadıqları yataqxanalarda yaranıb. “Yeni Müsavat”ın yataqxanada məskunlaşmış məcburi köçkün əməkdaşları narazılığın kəskinliyini şəxsən müşahidə ediblər. Məcburi köçkünlər telefonlarının aylıq abunə haqqına görə kəsilməsini dövlətin onları kommunal güzəştlərdən məhrum etməsi kimi qəbul edirlər. Çünki srağagünədək onlardan aylıq abonent haqqı tələb edilmirdi və həmin vəsaiti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ödəyirdi. |
Hakimiyyət didərginlərin güzəştlərini ləğv edir.
Srağagün bütün ölkə ərazisində eyni vaxtda məcburi köçkünlərin ev telefonları bağlanıb. Bu isə didərginlər arasında ajiotaja səbəb olub. Daha çox narazılıq isə məcburi köçkünlərin kompakt yaşadıqları yataqxanalarda yaranıb. “Yeni Müsavat”ın yataqxanada məskunlaşmış məcburi köçkün əməkdaşları narazılığın kəskinliyini şəxsən müşahidə ediblər. Məcburi köçkünlər telefonlarının aylıq abunə haqqına görə kəsilməsini dövlətin onları kommunal güzəştlərdən məhrum etməsi kimi qəbul edirlər. Çünki srağagünədək onlardan aylıq abonent haqqı tələb edilmirdi və həmin vəsaiti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ödəyirdi.
Yaranmış problemin səbəbini öyrənmək üçün adıçəkilən komitəyə müraciət etdik. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənan Hüseynov problemin həlli istiqamətində iş apardıqlarını bildirdi. Sənan Hüseynov yaranmış vəziyyətin səbəbini belə izah etdi: “2007-ci ilin əvvəlində aylıq abonent haqqı 60 qəpik idi. İlin əvvəlində Maliyyə Nazirliyi məcburi köçkünlərin abonent haqqını həmin tariflə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə ayırmışdı. Dövlət Komitəsi də həmin vəsaiti siyahı əsasında rayonların rabitə qovşaqlarına ödəyib. Bilirsiniz ki, bu ilin ortlarında aylıq abonent haqları 60 qəpikdən 2 manata qaldırılıb. Bu isə Maliyyə Nazirliyinin 2007-ci il üçün bu sahəyə ayırdığı büdcə ilə uyğun deyil. Məcburi köçkünlərin telefonlarının bağlanmasının səbəbi bununla bağlıdır”.
Sənan Hüseynov problemin həlli üçün Dövlət Komitəsinin Maliyyə Nazirliyi ilə yazışmalar apardığını dedi: “Yazışmada Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi Maliyyə Nazirliyindən xahiş edir ki, aylıq abonent haqqının 2 manata qaldırılması nəticəsində yaranan fərqi hesablayıb həmin vəsaiti Dövlət Komitəsinə versin ki, biz də onu rayonların rabitə şöbələrinə keçirək. Yəqin ki, tezliklə bu vəsait ayrılacaq və məcburi köçkünlərin bu problemi həllini tapacaq”.
Məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə də müraciət etdik. Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Müşfiq Əmirov bildirdi ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ilin əvvəlindəki tariflərlə ödəniş aparıb. Tariflərin 2 manata qalxması ayrılan vəsaitin bütün ili əhatə etməməsinə səbəb olub: “Qaçqın Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinə vəsait ödədikdən sonra məcburi köçkünlərin telefonları dərhal əvvəlki kimi işləyəcək”.
Öz növbəsində Maliyyə Nazirliyinin sözügedən Dövlət Komitəsinə məcburi köçkünlərin abonent haqqını ödəmək üçün nə vaxt vəsait ayıracağını dəqiqləşdirmək üçün adıçəkilən nazirliklə əlaqə yaratmağa çalışdıq. Lakin gün ərzində dəfələrlə zəng etsək də, telefonun dəstəyini qaldıran olmadı.
Qeyd edək ki, məcburi köçkünlərə məxsus telefonların qəflətən bağlanması ciddi narazılığa səbəb olub. Bununla bağlı dünən günün ikinci yarısında məcburi köçkünlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus Xətai və Nizami rayon rabitə qovşaqlarının qarşısında aksiya keçiriblər. Onların sözlərinə görə, srağagün saat 5-6 radələrində xəbərdarlıq edilmədən telefonlar kəsilib. Aksiya iştirakçıları bildiriblər ki, yaranmış vəziyyətlə bağlı adıçəkilən qurum “Dövlətqaçqınkom”u məhkəməyə verməlidir: “Amma nədənsə sözügedən nazirliyin rəhbərliyi bir milyon qaçqını cəzalandırmaq qərarına gəlib. İndi belə çıxır ki, biz telefonlarımızı açdırmaq üçün rabitə qovşağına 10-14 manat pul ödəməliyik”.
Narazıların qarşısında çıxış edən Nizami rayon telefon qovşağının rəisi Əli Zeynalov isə xəttlərin müvəqqəti kəsildiyini deyib. Onun sözlərinə görə, əgər telefon haqları yaxın vaxtlarda ödənilməsə, telefonlar qanuna uyğun şəkildə xətdən çıxarılacaq: “”Qaçqınkom” tərəfindən beş aydan artıqdır ki, qaçqınların telefon haqqları ödənilmir. Qanuna görə, 6 ay telefon haqqı ödənilmirsə, həmin telefon xətdən çıxarılmalıdır və telefon çəkilişi haqqı qədər (70-80 manat) haqq ödənilməlidir ki, yenidən telefon çəksinlər”.
“Dövlət qaçqınkom”dan bildirblər ki, Rabitə Nazirliyi 36 min məcburi köçkünün telefonunu kəsib. Komitənin sözçüsünün fikrincə, bunun üçün adıçəkilən quruma 750 min manat həcmində əlavə vəsait ödənilməlidir. Etiraz tədbirlərinin də bu gün də davam etdiriləcəyi söylənilir.
Hakimiyyət daxilindən bilgili mənbənin sözlərinə görə, qaçqınlara telefon pulu ödətmək hələ başlanğıcdır. Onların reaksiyasını öyrəndikdən sonra, hakimiyyət digər güzəştləri (işıq, qaz və digər kommunal xərclər) ləğv edə bilər. Əldə etdiyimiz məlumata görə, 2008-ci ilin prezident seçkilərindən sonra hakimiyyət qaçqınları Bakıdan çıxarmaq barədə prinsipial qərar qəbul edib. Maraqlıdır ki, dünən rabitə işçilərinin peşə bayramı idi. Belə bir gündə rabitə işçiləriylə qaçqınları üz-üzə qoymaq təsadüfdürmü, bunu deyə bilmərik.
Artıq məcburi köçkünlər də bu plandan xəbərdardılar və onlar hakimiyyətin addımlarının qarşısını almaq üçün çıxış yolunu ciddi şəkildə kütləvi aksiyalara başlamaqda görürlər. Əgər güzəştləri ləğv olunsa, onlar üsyan edəcəklər. Hakimiyyət isə fikrində qətidir və gələn ilin əvvəlində güzəştlərin ləğv olunacağı gözlənilir. Bu baxımdan da demək olar ki, ölkə qaçqın üsyanı ərəfəsindədi.qaynar
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir