- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Beynəlxalq üçlük Kosovanun statusu ilə bağlı məruzə təqdim edəcək

BayBək, Azərbaycan | Friday, 7th December , 2007 , 16:10 [pm] | İç Xəbərlər

. BMT Kosovanın statusu ilə bağlı aparılan danışıqlarda irəliləyişin olmamasından ciddi narahatdır. Bunu qurumun baş katibi Pan Ki Mun Nyu-Yorkda jurnalistlərə müsahəsində bildirib. Pan Ki Mun məsələ ilə əlaqədar bu gün beynəlxalq üçlüyün nümayəndələri ilə görüşəcəyini də deyib. O bildirib ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Avropa Birliyindən ibarət beynəlxalq üçlük həftənin sonunadək Kosovonun statusu ilə bağlı məruzəni BMT baş katibinə təqdim etməyi planlaşdırlar.


Pan Ki Mun məsələ ilə əlaqədar beynəlxalq üçlüyün nümayəndələri ilə görüşəcəyini deyib.

BMT Kosovanın statusu ilə bağlı aparılan danışıqlarda irəliləyişin olmamasından ciddi narahatdır. Bunu qurumun baş katibi Pan Ki Mun Nyu-Yorkda jurnalistlərə müsahəsində bildirib. Pan Ki Mun məsələ ilə əlaqədar bu gün beynəlxalq üçlüyün nümayəndələri ilə görüşəcəyini də deyib. O bildirib ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Avropa Birliyindən ibarət beynəlxalq üçlük həftənin sonunadək Kosovonun statusu ilə bağlı məruzəni BMT baş katibinə təqdim etməyi planlaşdırlar.

Qeyd edək ki, üçlüyün nümayəndələri rəsmi olaraq BMT baş katibinə vilayətin statusu üzrə aparılan danışıqların uğursuz nəticələndiyini məruzə edəcəklər.

Pan Ki Mun həmçinin İran ətrafında yaranmış vəziyyətə də münasibət bildirib. Onun sözlərinə görə, İran hökumətinin Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini tam yerinə yetirməsi vacibdir, həmçinin Tehran iş proqramının yerinə yetirilməsi istiqamətində Beynəlxalq Atom Enerjisi agentliyi ilə hərtərəfli əməkdaşlıq etməlidir.

Xatırladaq ki, Birləşmiş Ştatların kəşfiyyatının bir qədər əvvəl açıqladığı məlumatda İranın hərbi nüvə proqramını 2003-cü ilin payızında dayandırdığı bildirilsə də, Ağ Ev hələ də təhlükənin sovuşmadığını bəyan edir. Ötən gün Brüsseldə toplaşan NATO və Avropa Birliyinin xarici işlər nazirləri İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı təzyiqlərin davam etdirilməsi məsələsində razılığa gəliblər.ans

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1661.azr
azeribaybak[at]gmail.com