- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
21 Azər mərsiyəsi - Sarxanlı Paşa
BayBək, Azərbaycan | Friday, 7th December , 2007 , 19:06 [pm] | Şer və Nğil
![]() |
. | Sonsuz umudu! Ax azərbaycan! Olmasa gər sənə qurban, Nəyə yarar məndə bu can? Nəyə yarar məndə bu can? |
Ax yanmış torpaqlar,
Kök saldı mı,
bir zamanlar burada əkdiyim,
qanlı qollarım?
Mavilərə açılan barmaqlarımın,
Qondu mu hər birinin ucuna,
Parlaq bir dan ulduzu?
Hansı qatında gəzir ərşin,
ağır zincirlərini sürükləyən,
qolsuz vücudum?
Və hansı təxti acın,
Üstündə durur,
bədənsiz başım,kəsik boğazım?
Havada gözləyən paslı qılıncım!
Xatırlarmısan,
dəliqanlı bi şairin əllərində,
ildirim tək parladığın günləri?
Şərqi, qərbə bağlayaraq,
At oynadıb, torpaqları alladığın günləri?
Qurbət diyarda dusdaq,
yaralı məzar daşım!
Nədən bu qədər,
Alçalmısan, hər keçənin ayaqları altına?
barındıra bilərmisən,
Zülmün tifagini söküb,
ədaləti car çəkən,
ən uca dağların, ən igid oğlun?
Ağzımda yanan dilim,
Dar ağacından aslanan, məhkum ruhum,
Zalim alovlara, odun olan dərs kitabım,
Ax yuvasından küsən qaranquşlarım,
Çiçəkləri soluxan bənəfşələrim,
yüzlərini tuz basan ulduzlarım,
Qara bulutların arxasında itən,
yalqız günəşim!
Açılar mı bir gün sabah görəsn?
tökülər mi yel əsərkən,
qara bulut torpağa?
Baxın hələ taleimə!
Baxın hələ bir halimə!
Anadan doğarkən,
məhbus mu doğuldum?
Tanrı yaradarkən,
yalnış mı yaratdı məni?
Baxın hələ bu insanda qaydalara
Baxın hələ bu dünyada qanunlara
Baxın hələ taleimə
Anamın qarnındaykən belə,
Yasakmış dilim, yasakmış varlığım
Ax yanmış torpaqlar!
nəymiş günahım, nəymiş bəs suçum!
olmasın şübhəniz əsla, mütləqa!
Söküləcək qara buludun qarnı,
Töküləcək leysan yağmur torpağa
Açılacaq həqiqətin çehrəsi,
Qara zülmət dönüb olacaq aydın
Aydınlıq mələkləri,
enib yerə, səni öpəcək torpaq!
Səni görəcək torpaq
Sənə tapacaq torpaq
Yan, yan, yan!
Sonsuz atəş,
əbədiyyətə dayan!
Yan, qəlbim oyan
Öz varlığına inan!
Ax sönmüş ocaqların yurdu!
Ax azərbaycan!
Sən dilə can! Sən istə can!
Qoy titrəsin cümlə cahan!
Sənə olsun hər ləhzədə,
Min can qurban,
Min can qurban
Ax qəlbi yanmış anamın,
Sonsuz umudu!
Ax azərbaycan!
Olmasa gər sənə qurban,
Nəyə yarar məndə bu can?
Nəyə yarar məndə bu can?
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir