- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

GAMOH üzvü Mahmud Bilgin: “17 dekabr Güney Azərbaycanda soyqırım günüdür”

BayBək, Azərbaycan | Friday, 7th December , 2007 , 22:39 [pm] | İç Xəbərlər

. “12 dekabr 1945-ci il Güney Azərbaycanın dövlətçilik günü, 17 dekabr 1946-cı il isə Güney Azərbaycanın soyqırımı günü elan olunsun”. Bu təkliflə BMM-də “Pişəvəri hərəkatının 62-ci ildönümü” və “17 dekabr Güney Azərbaycanda soyqırım günüdür” mövzusunda mətbuat konfransı keçirən GAMOH üzvü Mahmud Bilgin çıxış edib.

Xatırladaq ki, Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında 12 dekabr 1945-ci ildə Güney Azərbaycanın paytaxtı olan Təbriz şəhərində milli hakimiyyət



“12 dekabr 1945-ci il Güney Azərbaycanın dövlətçilik günü, 17 dekabr 1946-cı il isə Güney Azərbaycanın soyqırımı günü elan olunsun”. Bu təkliflə BMM-də “Pişəvəri hərəkatının 62-ci ildönümü” və “17 dekabr Güney Azərbaycanda soyqırım günüdür” mövzusunda mətbuat konfransı keçirən GAMOH üzvü Mahmud Bilgin çıxış edib.

Xatırladaq ki, Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında 12 dekabr 1945-ci ildə Güney Azərbaycanın paytaxtı olan Təbriz şəhərində milli hakimiyyət qurulub. Güney Azərbaycanın inkişafında istər siyasi, istər iqtisadi yöndə böyük nailiyyətlər əldə edən milli hökumət o dövrdə beynəlxalq maraqlara uyğun gəlmədiyinə görə şovinist fars hakimiyyəti və rus imperiyası tərəfindən devrildi. Tədbirin təşkilatçısı Mahmud Bilgin qeyd etdi ki, 1946-cı il 9 dekabrda İran qoşunu seçkilərə nəzarət etmək adı altında Təbrizə hücum edib xalqımıza qarşı soyqırım həyata keçirib.

“On minlərlə insan şəhid olmuş, minlərlə insan tutulub zindanda saxlanılıb, yüz mindən çox insan didərgin düşmüş və yüz minlərlə Azərbaycan türkcəsində kitablarımız yandırılmışdır. Bu acılar 1946-cı ildə Almaniyada, Nürnberq şəhərində alınan qərarlar əsasında soyqırımı adlandırılıb”. M.Bilgin bildirdi ki, fars şovinizmi bu soyqırım tarixini bayram olaraq bu günə qədər şənlik edir. “İran islam şovinist irtica hakimiyyəti 35 milyon güney Azərbaycan türkünün dilini, varlığını, mədəniyyətini vəhşicəsinə əzməkdədir. Bu gün yüzlərlə Azərbaycanın igid qəhrəmanları İran rejimi zindanlarında basqı altındadır” deyən M.Bilgin xalqımızın milli iradəsinin güc-tez qələbə çalaçağına əmin olduğunu bildirdi.aipc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1663.azr
azeribaybak[at]gmail.com