- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
DAK Güney Azərbaycanın 21 Azər hərakatının 62 –ci il dönümü ilə bağlı, Stockholmda təntənəli törən keçirdi
BayBək, Azərbaycan | Monday, 10th December , 2007 , 05:47 [am] | İç Xəbərlər
![]() |
. | DAK İdarə Heyətinin üzvü Məmməd Azər bəy gecənin növbəti danışanı idi. O, son zamanlarda 21 Azər hərəkatının bütün Ölkəmizdə və dünyada səpələnmiş soydaşlarımızın arasında geniş və yayqın qeyd edilməsini bir daha xatırladarkən, Milli şair Səməd Vurğunun Yandırılan Kitablar şerini oxudu.
GAK-ın başqanı Cavanşir Əmir Haşımi bəy bu təntənəli anma gecəsinin başqa danışanı idi. GAK başqanı öz dəyərli sözlərində DAK-la, GAK arasında səmimi iş birliyinin bundan sonra da davam etməsini vurğularkən 21 Azərin millətimizə verdiyi böyük tarixsəl dərsindən söz açdı. |
Güney Azərbaycanın 21 Azər hərakatının 62 –ci il dönümü ilə bağlı Dünya Azərbaycanlıları Konqresi (DAK) İsveçin Stockholm şəhərində təntənəli törən keçirdi.
Eziz Azərbaycan Türk Milləti!
2007-12-07 şənbə günü Stockholm şəhəri DAK-ın böyük ve təntənəli mərasiminə şahid oldu. Çoxlu soydaşımızın iştirak etdiyi bu anma gecəsində, Azərbaycanlı soydaşlarımızdan başqa İsveçin ən böyük sivil toplumu olan “Türk İşçi Fedrasiyonu” da böyük heyətlə bu geçənin qonağı olmuşdur. Azərbaycan Respoblikasından çoxlu DAK üzvünün qatıldığı gözlənilən bu axşamda, yalnız bir soydaşımızın vizası hazır olmuşdu. İş adamı Həsən bəy uçaqdan yenər-yenməz özünü DAK törəninə yetirib, qatıla bilməyənləri salamlarını toplantı iştirakçılarına çatdırdı.
Anma gecəsi Azərbaycanın dövlət himni ilə başladı. Himndən dərhal sonra 62 il bundan öncə Milli hakimiyyətimizin milli himni kimi tanınan “Azərbaycan Marşı” və ondan sonra isə böyük Pişəvərinin nitqi səsləndi. DAK Təbliğat məsulu, M. Azər bəyin apardığı gecənin ilk danışanı Türk İşçi Federasiyonu başqanı Həsən Dölək bəy oldu.
O, Azərbaycanla Türkiyənin bir olduğunu və bu iki dövlətin birliyinin əbədi olduğunu vurğularkən, güneyin də azad olması ilə Azərbaycanın daha da böyüməsini qaçırılmaz hesab etdi. Güney Azərbaycan Konqresinin (GAK) ilişgilər məsulu Ayda Əmir Haşimi xanım törənin ikinci natiqi idi. Ayda xanım bu axşamı tərtibçisi olan DAK-dan təşəkkür edərək 21 Azərlə bağlı gözəl bir şeri dikləmə etdi.
Törənin üçüncü danışanı DAK siyasi bölməsinin məsulu Eldar Qaradağlı bəy idi. Natiq öz danışığında 21 azər kimi hərəkatlarının Azərbaycanda baş verməsinin əsas səbəbini Azərbaycanın parçalanması ilə bağlı hesab etdi. O, Azərbaycanın bügünkü durumunun dəyişməsini yalnızca Güneyin istiqlaliyyətində və Ölkəmizin bütönlüyündə gördu.
Toplantının növbəti çıxışçısı DAK-ın İdarə Heyətinin üzvü DAK keçmiş başqanı Dr. Cavad Derəxti bəy olmuşdu. Cavad bəy, öz çıxışında DAK-ın tarixində 21 Azərin nə dərəcə önəmli olduğundan, bundan sonra da belə sayılı günlərin DAK üçün çox önəmli olduğunu vurğuladı.
O, 21 Azərin canlı yadıgarı olan milli Şair Söhrab Tahirin DAK-ın Fevral qurultaına qatıldığı vurğularkən rəhmətli Əli Minayidan da yad etdi.
DAK İdarə Heyətinin üzvü Məmməd Azər bəy gecənin növbəti danışanı idi. O, son zamanlarda 21 Azər hərəkatının bütün Ölkəmizdə və dünyada səpələnmiş soydaşlarımızın arasında geniş və yayqın qeyd edilməsini bir daha xatırladarkən, Milli şair Səməd Vurğunun Yandırılan Kitablar şerini oxudu.
GAK-ın başqanı Cavanşir Əmir Haşımi bəy bu təntənəli anma gecəsinin başqa danışanı idi. GAK başqanı öz dəyərli sözlərində DAK-la, GAK arasında səmimi iş birliyinin bundan sonra da davam etməsini vurğularkən 21 Azərin millətimizə verdiyi böyük tarixsəl dərsindən söz açdı.
Fransadan, Norveçdən və çeşitli ölkələrdən gələn çoxlu təbrik mesajları zaman-zaman səslənilməsi anma gecəsinin uzaqlardan da izlenilməsinin bariz nədəni idi.
21 Azərlə bağlı anma gecəsində resturandan gələn yemək serv olunandan sonra şənlik anları keçirildi.
Törənin gedişi Stockholmda yayılan Azərbaycan Səsi Radiyosu “HARAY”dan bir başa FM dalğası ilə Stockholmda və İnternet vasitəsi ilə dünyada yayıldı. Toplantı əsnasında Haray radiyosundan canlı yayına qatılan DAK məsulləarı 21 Azər və DAK haqqında eçidənləri bilgiləndirdilər.
21-azərlə DAK toplantısı saat 21-də sona çatdı.
Dünya Azərbaycanlıları Konqresi DAK
2007-12-07
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir