- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

TER-PETROSYAN QARABAĞLI ERMƏNİLƏRƏ QARŞI ÇIXDI

BayBək, Azərbaycan | Monday, 10th December , 2007 , 11:08 [am] | İç Xəbərlər

. “Qarabağda işsiz qalanlar Ermənistanda öz bizneslərini qururlar”.

Xəbər verildiyi kimi, Ermənistanda eks-prezident Levon Ter-Petrosyanı dəstəkləyən müxalifət qüvvələri, izdihamlı mitinq keçirib. Mitinqdə yenidən hakimiyyətə can atan keçmiş prezident növbəti dəfə Robert Köçəryanı və onun siyasi varisi Serj Sərkisyanı kəskin tənqid edib. Bundan



“Qarabağda işsiz qalanlar Ermənistanda öz bizneslərini qururlar”.

Xəbər verildiyi kimi, Ermənistanda eks-prezident Levon Ter-Petrosyanı dəstəkləyən müxalifət qüvvələri, izdihamlı mitinq keçirib. Mitinqdə yenidən hakimiyyətə can atan keçmiş prezident növbəti dəfə Robert Köçəryanı və onun siyasi varisi Serj Sərkisyanı kəskin tənqid edib. Bundan əvvəl Ermənistanda “cinayətkar banda”nın hakimiyyət başında olduğunu deyən Ter-Petrosyan Ermənistan hakimiyyətinə bu dəfə yeni ad tapıb. O deyib ki, Ermənistanda Robert Köçəryanın və Serj Sərkisyanın başçılığı ilə “monqol-tatar xanlığı” hökm sürür.

Ter-Petrosyan Ermənistan hakimiyyətini monqol-tatar xanlığına ona görə bənzədir ki, onun sözləri ilə desək, prezident Köçəryan və baş nazir Sərkisyan bütün vəzifələri və sərvətləri öz yaxınları , yəni Qarabağdan gələnlər arasında bölüşdürüb. “Qarabağda işsiz qalan hər kəs İrəvana işə dəvət olunur. Onlar bura öz ailələri ilə gəlirlər və birdəfəlik məskunlaşırlar, Ermənistanda öz bizneslərini qururlar. Əgər Allah eləməmiş, Qarabağa hansısa təhlükə yaransa onlar geri qayıtmayacaqlar, əvəzində sizinlə birlikdə yenə biz bu təhlükə qarşısında narahatlıq keçirəcəyik” - deyə eks-prezident mitinq iştirakçılarına müraciətində bildirib.

Ter-Petrosyan Ermənistanın zəngin iş adamlarına da müraciət edib və deyib ki, indiki hakimiyyət gec-tez onların axırına çıxacaq. Ona görə də vaxtında xalq hərəkatına qoşulmaları məsləhətdir. “Hamıya məlumdur ki, siz vergiləri artıqlamasılə verirsiniz, ancaq bu pullar büdcəyə deyil, hakimiyyətdə oturanların ciblərinə gedir”.

Eks-prezidentin əsas tənqid hədəflərindən biri yenə də Ermənistanın indiki hakimiyyətinin yeritdiyi xarici siyasət olub. O deyib ki, “erməni genosidi”nin tanınması üzərində qurulmuş xarici siyasət mənasızdır və Ermənistana heç bir faydası yoxdur. “Mən heç vaxt genosidin tanınmasını xarici siyasətdə yuxarı küncdən qoymamışam. Normal gələcək qurmaq üçün əzabkeş obrazından qurtulmaq lazımdır. Onu dərk etməyin vaxtı artıq çatıb ki, ultimatumlar verməklə Türkiyəni bu faktı tanımağa məcbur etmək olmaz. Əminəm ki, Türkiyə gec-tez bunu edəcək, ancaq o halda ki, iki ölkə arasında normal münasibətlər qurulsun”. Ter-Petrosyanın sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin qurulmasına ehtiyac var. Onun sözlərinə görə, Ermənistan Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsi yolunda hansısa əngəllər yaratmalı deyil.

Ter-Petrosyan deyib ki, 1997-ci ildə Köçəryan baş nazir olarkən onunla söhbətində genosidin nə demək olduğunu anlamadığını deyirdi: “O mənə deyirdi ki, genosidin nə demək olduğunu bilmir, ancaq onu bilir ki, bu erməni diasporuna lazımdır. Deyirdi ki, əgər biz genosid məsələsini xarici siyasətimizə daxil etsək, diaspora Ermənistana çoxlu pul verəcək. Türkiyə isə geri çəkilməli olacaq, bir il sonra sərhədləri açacaq və Qarabağ münaqişəsində daha neytral mövqedə dayanacaq. Lakin bunların heç biri olmadı, ona görə hakimiyyət etiraf etməlidir ki, 10 il ərzində aparılan xarici siyasət iflasa uğrayıb”.

Ter-Petrosyan Ermənistan hakimiyyətinin diasporun vasitəsilə ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi 907-ci düzəlişi qüvvədə saxlaması üçün də çalışdığını, ancaq heç bir nəticə əldə edə bilmədiyini deyib. “Bunlar beynəlxalq ictimaiyyətə diqtə etməyə çalışırdılar ki, Bakı-Axalkələki-Qars dəmir yol layihəsinin qarşısını alsın. Ancaq bu layihə reallaşdı, Rusiya bazalarının Axalkələkidən çıxarılmasını əngəlləməyə çalışdılar, baş tutmadı. Deyirlər ki, Ermənistan blokada şəraitində inkişaf edə bilər, ancaq hər yerdə blokadadan şikayət edirlər. İddia edirlər ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməz, ancaq həmişə barışıqdan danışırlar. Deyirlər ki, Qarabağ məsələsi Ermənistan üçün artıq həll olunub, lakin nəyə görəsə danışıqlardan da imtina etmirlər”.

Mitinqdə Ter-Petrosyanın prezidentliyə namizədliyini müdafiə edən Xalq Partiyasının lideri Stepan Dəmirçyan da çıxış edib. O, müxalifətdən olan namizədləri Ter-Petrosyanı dəstəkləməyə çağırıb. Dəmirçyan deyib ki, bunu etməyənlər Köçəryanla Sərkisyanın dəyirmanına su tökmüş olacaqlar. Mitinqdə 15-20 min adamın iştirak etdiyi bildirilir. Bu, Ermənistan üçün kifayət qədər böyük rəqəm sayıla bilər. Ter-Petrosyanı müdafiə etməyə gələnlərin arasında tələbələrin və gənclərin çoxluq təşkil etməsi də diqqətdən yayınmayıb.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1679.azr
azeribaybak[at]gmail.com