- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Zakir Qaralov: “Məhkəmədə Fətullayevin yazdiği Iranin saldirisi ilə bağli ifadə verməyə hazıram”

BayBək, Azərbaycan | Saturday, 2nd June , 2007 , 04:37 [am] | İç Xəbərlər

. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin istintaq zamanı ondan azad olunması üçün 100 min dollar rüşvət istənilməsi ilə bağlı açıqlamasına münasibət bildirən Z.Qaralov bu ittihamı şərh etmək istəmədiyini deyib: “Məhkəmə prosesi başlayıb. Biz ictimaiyyətə Fərhad Əliyevin hansı cinayətlərdə ittiham olunması barədə geniş məlumat vermişik. Bundan artıq hansısa açıqlama məhkəmənin gedişinə mənfi təsir edə bilər. Nə Fərhad Əliyev, nə də vəkilləri və onu müdafiə edən digər şəxslər məhkəmədən kənar qeyri-qanuni çıxışlar etməməli, konfranslar keçirməməlidirlər. Kimi bu işlə bağlı hansısa məsələ maraqlandırırsa, məhkəmə qarşısında suallarını qoya bilər. Məhkəmə istintaqı zamanı bütün məsələlər aydınlaşacaq”.


BAŞ PROKUROR FƏRHAD ƏLİYEVİN İTTİHAMLARINI ŞƏRH ETMƏDİ

“Eynulla Fətullayevin təsisçisi olduğu “Realnıy Azerbaycan” saytında həqiqətən də terrorla hədələmə faktı olub. Saytda Azərbaycanın müəyyən dövlət orqanlarının konkret ünvanları göstərilib və həmin qurumların İran İslam Respublikası tərəfindən bombalanacağı haqda məlumatlar yer alıb. Bu, terrorla hədələmədir” deyə dünən jurnalistlərlə söhbətində baş prokuror Zakir Qaralov məlumat verib. O deyib ki, Milli Təhlükəsizlik Nazirliyinin tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsinin birinci hissəsi ilə cinayət işi açılıb və araşdırma aparılır.

İstintaqın nəticələri barədə MTN müvafiq açıqlama verəcək. İyirmi bir jurnalistin təhlükəsizliklərini qorumaq üçün xarici ölkələrdən sığınacaq istəmələrinə gəlincə, baş prokuror deyib ki, Azərbaycanda mətbuat azadlığı mövcuddur: “İstənilən şəxsin, o cümlədən jurnalistin harasa müraciət etməsi onun hüququdur. Ancaq bunu söz azadlığı ilə əlaqələndirmək düzgün deyil. Azərbaycanda hər bir vətəndaşın hüquqları qanunla qorunur”.

Z.Qaralov hələlik “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin araşdırılması ilə bağlı yeni faktların olmadığını söyləyib: “Həbsə verdiyimiz şəxslər var və onların axtarışları davam edir”. Baş prokuror E.Hüseynovun qətli ilə bağlı iki nəfərin Gürcüstanda saxlanılması barədə mətbuatda gedən məlumatları təkzib edib.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin istintaq zamanı ondan azad olunması üçün 100 min dollar rüşvət istənilməsi ilə bağlı açıqlamasına münasibət bildirən Z.Qaralov bu ittihamı şərh etmək istəmədiyini deyib: “Məhkəmə prosesi başlayıb. Biz ictimaiyyətə Fərhad Əliyevin hansı cinayətlərdə ittiham olunması barədə geniş məlumat vermişik. Bundan artıq hansısa açıqlama məhkəmənin gedişinə mənfi təsir edə bilər. Nə Fərhad Əliyev, nə də vəkilləri və onu müdafiə edən digər şəxslər məhkəmədən kənar qeyri-qanuni çıxışlar etməməli, konfranslar keçirməməlidirlər. Kimi bu işlə bağlı hansısa məsələ maraqlandırırsa, məhkəmə qarşısında suallarını qoya bilər. Məhkəmə istintaqı zamanı bütün məsələlər aydınlaşacaq”.

F.Əliyevin vəkillərinin bəzi dövlət məmurlarının, o cümlədən Z.Qaralovun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırmalarına münasibət bildirən baş prokuror deyib ki, qanun qarşısında hamı bərabərdir, o cümlədən də baş prokuror: “Əgər məhkəmə bu barədə qərar qəbul etsə, mən məhkəmədə ifadə verməyə hazıram”. Ölkə vətəndaşlarının daha çox məhkəmələrdən şikayət etməsi ilə bağlı beynəlxalq təşkilatların açıqlamalarına gəlincə Z.Qaralov deyib ki, şikayətlər yalnız məhkəmələrdən deyil, müxtəlif yerlərdən, o cümlədən daxili işlər, prokurorluq orqanlarından olur: “Hüquq-mühafizə orqanlarının borcudur ki, vətəndaşın şikayətini düzgün araşdırsın və qanuni qərar qəbul etsin.

Bu gün hər bir ölkə vətəndaşının şikayət vermək hüququ var. Məhz buna görə də ölkədə üç pilləli məhkəmə sistemi yaradılıb. Azərbaycan 2002-ci ilin aprelindən Avropa İnsan Haqları Məhkəməsinin hüquqi məkanındadır. İstənilən vətəndaş bu məhkəməyə də şikayət ünvanlaya bilər”.

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_171.azr
azeribaybak[at]gmail.com