- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Güney Azərbaycanda kürd terrorçuları
BayBək, Azərbaycan | Friday, 14th December , 2007 , 21:55 [pm] | İç Xəbərlər
![]() |
. | PKK-nın İran qanadı soydaşlarımızdan xərac alır.
Güney Azərbaycanın Qərb bölgəsində vəziyyət gərginləşib. Belə ki, mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan vilayətində PKK terrorçuları fəallaşıblar. Onlar soydaşlarımızın vətəndaşlıq hüququndan yararlanmasına imkan vermirlər. Bu da yerli əhalini ciddi surətdə narahat etməyə başlayıb. PKK terror təşkilatının İran qolu olan PEJAK Maku, Xoy, Salmas, Urmiya, Qoşaçay, Üşnəviyə, Piranşəhr, Mahabad, Sərdəşt kimi böyük şəhər |
PKK-nın İran qanadı soydaşlarımızdan xərac alır.
Güney Azərbaycanın Qərb bölgəsində vəziyyət gərginləşib. Belə ki, mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan vilayətində PKK terrorçuları fəallaşıblar. Onlar soydaşlarımızın vətəndaşlıq hüququndan yararlanmasına imkan vermirlər. Bu da yerli əhalini ciddi surətdə narahat etməyə başlayıb. PKK terror təşkilatının İran qolu olan PEJAK Maku, Xoy, Salmas, Urmiya, Qoşaçay, Üşnəviyə, Piranşəhr, Mahabad, Sərdəşt kimi böyük şəhər və rayonların Türkiyə və İraq sərhədində yerləşən kəndlərində yaşayan yerli camaatdan xərac alırlar və hətta bəzi dağlıq ərazilərdəki sərhəd-keçid zonalarında öz “gömrük məntəqələri”ni də qurublar.
Artıq Salmasın İstisu və Urmiyanın Hamamlar kəndlərindəki yerli türklər silahlı terror dəstəsindən əziyyət çəkirlər. Hətta PEJAK “Böyük Kürdüstan” xəritəsini bölgədə yaşayan kürd azlığı arasında yayırlar. Bununla gəncləri öz tərəflərinə çəkmək məqsədi güdürlər.
İran rejimi isə PEJAK-ın fəaliyyətinin qarşısını almaq üçün heç bir əməli addım atmır. Yerli əhali kürd terrorçularının qarşısı alınmayacağı təqdirdə Qərbi Azərbaycan bölgəsində sülhün və sabitliyin pozulacağını bəyanlayır.qaynar
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir