- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
İraqın neft hasilatı müharibədən əvvəlki dövrdəkinə bərabərdir
BayBək, Azərbaycan | Saturday, 15th December , 2007 , 08:49 [am] | Dış Xəbərlər
![]() |
. | Təşkilat artımı ölkənin şimalında təhlükəsizlik vəziyyətinin yaxşılaşması ilə əlaqələndirir.
Bununla belə BEA xəbərdarlıq edir ki, İraqın neft obyektlərinə hücum təhlükəsi hələ sovuşmayıb. İraqın şimalından neft kəmərləri Türkiyənin Ceyhan limanına uzanır. |
İraqın neft hasilatı 2003-cü ildə Amerika və digərlərinin müdaxiləsindən əvvəlki səviyyəyə çatıb.
Bu barədə məlumatı Beynəlxalq Energetika Agentliyi yayıb.
BEA bildirib ki, İraq indi gündə 2.3 milyon barrel neft istehsal edir. İlin əvvəlində bu göstərici 1.9 milyon barrel idi. Bu da qlobal tələbatın 3 faizidir.
Təşkilat artımı ölkənin şimalında təhlükəsizlik vəziyyətinin yaxşılaşması ilə əlaqələndirir.
Bununla belə BEA xəbərdarlıq edir ki, İraqın neft obyektlərinə hücum təhlükəsi hələ sovuşmayıb.
İraqın şimalından neft kəmərləri Türkiyənin Ceyhan limanına uzanır.
İraq neft ehtiyatlarının miqyasına görə təkcə Səudiyyə Ərəbistanı və İrandan geri qalır.
Bundan əlavə, BEA ehtimal edir ki, 2008-ci ildə neftə tələbat təxmin edildiyindən daha böyük sürətlə artacaq.
Parisdə mənzillənmiş BEA dünyanın ən iri neft istehlakçısı olan dövlətlərini təmsil edir.bbc
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir