- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Rəsmi Bakı İrana nota da verə bilər
BayBək, Azərbaycan | Tuesday, 18th December , 2007 , 00:28 [am] | İç Xəbərlər
![]() |
. | Bakı ilə Tehran arasında ciddi qalmaqal yaranıb. Səbəb isə üç gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məhkəməsi az əvvəl başa çatan Səid Dadaşovun dəstəsiylə bağlı yaydığı rəsmi məlumatdır. Məlumatda bu dəstənin üzvlərinin İranın İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidməti olan “Sepah”a əməkdaşlıq etdiyi vurğulanıb. Qeyd edilib ki, Bakıdakı ABŞ-Azərbaycan birgə müəssisələrinin birində işləyən Səid Dadaşbəyli və onun dəstəsinə daxil olan bir qrup şəxs ölkədə çevriliş həyata keçirib şəriət qaydalarıyla idarə olunan dövlət qurmaq üçün İran xüsusi xidmət orqanlarıyla əməkdaşlığa başlayıblar. |
Sülhəddin Əkbər: “Ola bilsin ki, qapalı danışıqlar bir nəticə verməyib və bundan sonra məsələ mətbuata çıxarılıb”.
Bakı ilə Tehran arasında ciddi qalmaqal yaranıb. Səbəb isə üç gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məhkəməsi az əvvəl başa çatan Səid Dadaşovun dəstəsiylə bağlı yaydığı rəsmi məlumatdır. Məlumatda bu dəstənin üzvlərinin İranın İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidməti olan “Sepah”a əməkdaşlıq etdiyi vurğulanıb. Qeyd edilib ki, Bakıdakı ABŞ-Azərbaycan birgə müəssisələrinin birində işləyən Səid Dadaşbəyli və onun dəstəsinə daxil olan bir qrup şəxs ölkədə çevriliş həyata keçirib şəriət qaydalarıyla idarə olunan dövlət qurmaq üçün İran xüsusi xidmət orqanlarıyla əməkdaşlığa başlayıblar.
Dəstənin üzvlərindən ikisi dəfələrlə qonşu ölkədə olub və “Sepah”ın bazasında terror təlimi keçib. İran xüsusi xidmət orqanları dəstə üzvlərindən ABŞ, İsrail və başqa Qərb dövlətlərinin Azərbaycandakı fəaliyyətinə dair çoxsaylı kəşfiyyat məlumatları toplayıb, onlara Bakı-Tiflis-Ceyhan neft kəmərinə qarşı təxribatlar hzırlamaq üçün konkret tapşırıqlar verilib.
“Tehran Times” qəzetinin xəbərinə görə, bununla bağlı Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov şənbə günü İran Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb. Onu İran XİN-in MDB ölkələri və Qafqaz üzrə baş direktoru Mürtəza Səfəri qəbul edib. Nazirliyin Mətbuat və İnformasiya Bürosundan yayılan rəsmi məlumatda bildirilir ki, Mürtəza Səfəri “Azərbaycanın bəzi KİV-ləri və bəzi dövlət orqanları tərəfindən İrana qarşı irəli sürülən “əsassız iddiaları” tənqid edib. Diplomat bu cür ittihamlarla bağlı Azərbaycan rəsmilərinin İrandan rəsmi şəkildə üzr istəməsini də tələb edib. İran XİN-in sözçüsü Məhəmməd Əli Hüseyni isə rəsmi Bakını irəli sürdüyü ittihamlarla bağlı dəlillər təqdim etməyə çağırıb. MTN-in məlumatını əsassız adlandıran XİN sözçüsü deyib ki, Azərbaycan irəli sürdüyü ittihamların düzgünlüyünə əmindirsə, bunu sübut etməlidir: “Mən Azərbaycana məsləhət görürəm ki, mətbuat vasitəsiylə boş bəyanatlar yaymaq əvəzinə malik olduğu bütün sənəd-sübutları təqdim etsin”. O hesab edir ki, Azərbaycan televiziyaları İranın ünvanına “boş-boş” ittihamlar irəli sürüb və bununla da geniş təbliğat başladıb.
Sözsüz ki, İran XİN-in rəsmilərinin Azərbaycan mətbuatını suçlandırması qeyri-məntiqidir. Çünki mətbu orqanlar, telekanallar bir dövlət orqanının rəsmi məlumatını yayıblar və dünyada KİV-lə bağlı prinsiplərə də zidd deyil.
MTN-nin suçlandırılmasına gəlincə, Avroatlantika Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər deyir ki, hər hansı dəstənin bir xarici dövlətin xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda günahlandırmaq çox ciddi dəlil və sübutlar tələb edir: “Əgər nəzərə alsaq ki, bunu MTN kimi mötəbər qurum irəli sürüb, bu, o deməkdir ki, çox ciddi əsasları var. Əgər doğurdan da belə bir məlumat varsa, əldə etdiyi bütün dəlil və sübutları İran tərəfinə təqdim etməlidir”. Onun qənaətinə görə, bəlkə də Azərbaycan və İran hakimiyyəti arasında bu yöndə öncədən qapalı danışıqlar olub: “Adətən, bu tipli halisələr baş verəndə xüsusi xidmət orqanları arasında belə qapalı danışıqlar keçirilir. Ola bilsin ki, belə qapalı danışıqlar olubsa da, bir nəticə verməyib və bundan sonra məsələ mətbuata çıxarılıb, qarşılıqlı ittihamlar başlayıb. Yenə də deyirəm ki, əgər Azərbaycan tərəfi belə açıqlama veribsə, əlində ciddi əsaslar, sübutlar var. İrana da XİN xəttiylə həmin əsaslar, sübutlar təqdim oluna bilər. Yaxud İrana qarşılıqlı nota da verilə bilər”.axcp
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir