- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Dünya Azərbaycanlıları Konqresi - DAK Növbədənkənar Qurultayı Təşkilat Komitəsinin Bildirişi
BayBək, Azərbaycan | Sunday, 23rd December , 2007 , 01:16 [am] | Bildirişlər
![]() |
. | DAK Növbədənkənar Qurultayının Təşkilat Komitəsi artıq bir aydan çoxdur ki, öz işlərini qərarlı və istiqrarlı bir şəkildə davam etdirməkdədir. Təşkilat Komitəsi son Paltalk iclasında çox önəmli məsələləri müzakirəyə çixararaq bir sıra qerarlar qəbul etdi. Adı çəkilən iclasda alınan qərarlar aşağıdakılardan ibarətdir: |
Dəyərli dünya azərbaycanlıları;
Hörmətli DAK ailəsi;
DAK Növbədənkənar Qurultayının Təşkilat Komitəsi artıq bir aydan çoxdur ki, öz işlərini qərarlı və istiqrarlı bir şəkildə davam etdirməkdədir. Təşkilat Komitəsi son Paltalk iclasında çox önəmli məsələləri müzakirəyə çixararaq bir sıra qerarlar qəbul etdi. Adı çəkilən iclasda alınan qərarlar aşağıdakılardan ibarətdir:
1. Qurultayın yerı əvvəldən də məlum olduğu kimi İsveçin paytaxtı Stockholm, tarixi isə 2008-ci ilin fevral ayının 23 və 24-ü (2008/02/23-24) olaraq təsdiqləndi.
2.Qurultayda təşkilat qaydaları və təşkilat prinsiplərinin yer alması, Qurultayın demokratik qaydalarla çağırılması və bu kimi prinsipial məsələlər müzakirə olundu. Hər ölkədən qurultaya qatılan şəxslər mandat alma şərtilə qurultaya qatıla bilər. Qətiyyətlə mandatlığı olmayan şəxslər seçib – seçilmə haqqına da sahib olmayacaqlar.
3.Qurultaya mandat alacaq şəxsləri indiyə qədər DAK içərisində əməyi keçən insanlar olduqları ölkədə müəyyənləşdirəcəklər.
4. Hər ölkədən qatılacaq olan mandatların sayısı 20-dən artıq olmayacaq.
5. İsveçdən başqa, digər ölkələrdən qatılacaq mandatların, Ölkə Nümayəndəlikləri tərəfindən dekabr ayinin sonuna (2007/12/31) qədər mandatların siyahısını (ad və soyad) göndərmələri qərarı alındı.
6.Qurultaya, ölkələrə verilən mandat sayısından əlavə qonaqlar da qatıla biler, yalnız seçib – seçilə bilməzlər.
7.Qurultaya getməzdən öncə mandat alan şəxslər öz ölkəsində mandat kartına sahıb olacaqlar.
Qurultayla bağlı (Nasir Məhəmmədi və ya Məmməd Azər)lə əlaqə saxlaya bilərsiniz.
1. Nasir Mohammadi tel: 0046-704920806
2. Məmməd Azər tel: 0046-704444729
Dünya Azərbaycanlılar konqresi (DAK)
Təşkilat Komitəsi
2007/12/16
World Azerbaijanis Congress, WAC
P.O.Box 11217
Washington, DC 20008-1217
[1] world@azerbaij…
Tel: 001-240-620-8802
Fax: 001-703-349-3186
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir