- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Beynəlxalq Böhran Qrupu: Gürcüstan hökuməti Qərb paytaxtlarını şoka saldı

BayBək, Azərbaycan | Sunday, 23rd December , 2007 , 02:30 [am] | Dış Xəbərlər

. “Gürcüstan avtoritarizmə doğru?” adlanan hesabatda fövqəladə vəziyyət elan olunduğu zaman qeyri-tolerantlıqlığın üzə çıxdığı bildirilir. Hesabatda deyilir ki, Qərb Gürcüstanda üzə çıxmaqda olan avtoritarlığın qarşısını almaq və köklü islahatlar, həmçinin demokratik aşkarlıq naminə bu ölkəyə təzyiq etməlidir. Beynəlxalq Böhran Qrupu Tbilisini siyasi rəqibləri ilə dialoqa və islahatlar prosesi şəffaf aparmağa çağırır. Qrupun yaydığı məlumatda qeyd olunur ki, 2008-ci il yanvarın 5-də keçiriləcək president seçkiləri avtoritarizmə meyllər barədə narahatlığın əsaslı olub-olmayacağını üzə çıxaran ilk sınaq olacaq.


Beynəlxalq Böhran Qrupu Gürcüstanda noyabr ayında müxalifət tərəfdarları nümayişinin polis tərəfindən zorakılıqla dağıdılmasından sonra ölkədə yaranmış vəziyyəti təhlil edən hesabat hazırlayıb.

“Gürcüstan avtoritarizmə doğru?” adlanan hesabatda fövqəladə vəziyyət elan olunduğu zaman qeyri-tolerantlıqlığın üzə çıxdığı bildirilir. Hesabatda deyilir ki, Qərb Gürcüstanda üzə çıxmaqda olan avtoritarlığın qarşısını almaq və köklü islahatlar, həmçinin demokratik aşkarlıq naminə bu ölkəyə təzyiq etməlidir. Beynəlxalq Böhran Qrupu Tbilisini siyasi rəqibləri ilə dialoqa və islahatlar prosesi şəffaf aparmağa çağırır. Qrupun yaydığı məlumatda qeyd olunur ki, 2008-ci il yanvarın 5-də keçiriləcək president seçkiləri avtoritarizmə meyllər barədə narahatlığın əsaslı olub-olmayacağını üzə çıxaran ilk sınaq olacaq.

“Gürcüstan hökumətinin sülh nümayişlərinə repressive reaksiyası Qərb paytaxtlarını şoka saldı, çünki onlar Gürcüstanı demokratiyanın mayakı kimi görürdülər” – bu sözləri Böhran Qrupunun Qafqaz layihəsinin direktoru Maqdalena Friçova söyləyir. “Ancaq təssüf ki, Şaakaşvili adminstrasiyası son illər ərzində getdikcə avtoritarlaşdı” – o, deyir. Böhran Qrupu hesab edir ki, Gürcüstanın Qərb dostları, xüsusilə də ABŞ, Avropa Birliyi və NATO nələrin baş verməsinə dair öz interpretasiyalarına yenidən baxmalı və Prezident Saakaşviliyə və onun adminstrasiyasına öz kursuna düzəlişlər etmələri üçün təzyq göstərməlidir.

“Nə Abxaziya və Cənubi Osetiya münaqişə regionları ilə bağlı dondurulmuş proseslər, nə də Moskva ilə ikitərəfli gərginlik avtoritarlığa doğru meyllərə haqq qazandırmır” – Böhran Qrupu qeyd edir. Məlumatda bildirilir ki, xüsusilə də Amerika hər hansı lideri yox, demokratik dəyərləri müdafiə etdiyini aydınlaşdırmalıdır.

Human Rights Watch da narazıdır

Human Rights Watch: Nümayişlər zamanı polis aşırı gücdən istifadə etdi

İnsan haqları təşkilatı Human Rights Watch da Gürcüstan hökumətini tənqid edən bəyanat yayıb. Qrup bildirib ki, Gürcüstan hökuməti noybar hadisələri zamanı müxalifət nümayişlərini dağıtmaq üçün aşırı gücdən istifadə edib. Nyu-Yorkda mənzillənən qrup bildirib ki, Gürcüstan hökumətinin bu hərəkəti onun insan haqları və qanunun aliliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin səmimi olmadığını üzə çıxarıb.borchali

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1762.azr
azeribaybak[at]gmail.com