- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
“Kosovonun müstəqilliyi çox yaxındadır”
BayBək, Azərbaycan | Sunday, 23rd December , 2007 , 08:05 [am] | İç Xəbərlər
![]() |
. | Kosovo prezidenti Fatmir Secdu bölgənin müstəqillik əldə etməyə çox yaxın olduğunu söyləyib. Cənab Secdu Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının Kosovoya həsr edilmiş görüşündən sonra bölgə paytaxtı Priştinaya qayıdıb. O deyib ki, Kosovo rəhbərliyi BMT nümayndəsi Marti Ahtisarinin planına uyğun olaraq, beynəlxalq səviyyədə nəzarət edilən müstəqilliyi elan etməyə hazırdır: |
Kosovo prezidenti Fatmir Secdu bölgənin müstəqillik əldə etməyə çox yaxın olduğunu söyləyib.
Cənab Secdu Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının Kosovoya həsr edilmiş görüşündən sonra bölgə paytaxtı Priştinaya qayıdıb.
O deyib ki, Kosovo rəhbərliyi BMT nümayndəsi Marti Ahtisarinin planına uyğun olaraq, beynəlxalq səviyyədə nəzarət edilən müstəqilliyi elan etməyə hazırdır:
“Kosovo yolun sonuna çatmaqdadır. Biz artıq səfərimizi başa vurmaq üzrəyik.
Biz gələcək üçün əsas olacaq Ahtisari planını yerinə yetirəcəyik. Bu Kosovo nümayəndə heyəti üçün öz sözünü BMT sessiyasından dünyaya
çatdırmaq üçün unikal imkan idi.
Mən yalnız onu deyə bilərəm ki, biz müstəqillik olan məramımıza çatmağa çox yaxınıq” - bu sözləri Kosovo Prezidenti Fatmur Secdu deyib.
Serbiya əhalisinin 90 faizinin etnik alban olan Kosovonun öz ərazisi olaraq qalmasında israrlıdır.
Amerika və Avropa İttifaqı israr edirlər ki, Kosovonun gələcək statusu məsələsi unikaldır və Rusiya və Serbiyanın iddia etdikləri kimi, başqa separatçı qruplar üçün presedent olmayacaq.
Kosovonun baş naziri seçilmiş Hacı Taçi deyib ki, Kosovo birtərvfli addım atmayacaq, öz hərəkətlvrini Avropa İttifaqı və Amerika ilə razılaşdıracaqdır.bbc
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir