- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

XATƏMİ AZƏRBAYCANLILARI “ƏLƏ ALMAĞA” ÇALIŞIR

BayBək, Azərbaycan | Tuesday, 25th December , 2007 , 06:31 [am] | Məqalə-Yazi

. Xatəmi deyib: “Türk dili ilə tanış olmayanlar da bu dilin bu torpaqda İrandan xaricdə eyni adı daşıyan dillərdən daha incə və dərin inkişaf etdiyini, xalqın hissiyyat və düşüncələrini daha dəqiq ifadə edə bildiyini başa düşə bilər”.

Fars olmayan xalqların ana dilində təhsil hüququnu qoruyan İran Ana Yasasına istinad edən Xatəmi deyib ki, əsas qanunun indiyə qədər hərtərəfli tətbiq edilməməsindən xalq narazıdır.



Güney Azərbaycan Milli Hərəkatının tələblərinə məhəl qoymayan Tehran hakimiyyəti çeşidli yollarla buna qarşı mübarizə aparır. Belə üsullardan biri də Azərbaycan türklərini təbliğat yolu ilə istəklərindən çəkindirməkdir.

Ötən həftənin sonunda İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Təbrizə səfər edib. O buradakı çıxışında ölkə və islam tarixində Azərbaycanın əhəmiyyətli rolundan danışıb.

“Azadlıq” radiosu “Fars” xəbər agentliyinə istinad edərək bildirib ki, keçmiş hökumət başçısı mərkəzi hakimiyyətin Azərbaycana layiq olan diqqət yetirmədiyini söyləyib.

Sabiq prezident İranda Azərbaycan türkcəsinin rəsmiləşdirilməməsini açıq şəkildə bildirməsə də, ölkə konstitusiyasının müvafiq müddəalarına göz yumulduğunu vurğulayıb.

Xatəmi deyib: “Türk dili ilə tanış olmayanlar da bu dilin bu torpaqda İrandan xaricdə eyni adı daşıyan dillərdən daha incə və dərin inkişaf etdiyini, xalqın hissiyyat və düşüncələrini daha dəqiq ifadə edə bildiyini başa düşə bilər”.

Fars olmayan xalqların ana dilində təhsil hüququnu qoruyan İran Ana Yasasına istinad edən Xatəmi deyib ki, əsas qanunun indiyə qədər hərtərəfli tətbiq edilməməsindən xalq narazıdır.

Keçmiş prezident Təbriz səfərində qeyd edib ki, hər bir azərbaycanlının öz milli mahiyyətini ana dili ilə səciyyələndirməsi onun təbii haqqıdır. “İranda Azərbaycan türkcəsinin inkişaf etdirilməsi milli birliyə nəinki zərrə yetirməz, əksinə, onu daha da gücləndirər. Biz bu məsələdən heç də çəkinməməliyik. İranlılar ərəb dilinin inkişafına yardım etdikləri kimi, tarix boyu fars ədəbiyyatının böyük tərəqqisinə görə Azərbaycan ziyalılarına borcludurlar. Deməli, azərbaycanlıların öz ana dilinə olan məhəbbətindən bəziləri əbəs yerə narahatdır”, - deyə sabiq prezident söyləyib.

Xatəmi Şərqi Azərbaycanın mərkəzində milli tələblər və etiraz nümayişlərinə toxunaraq deyib: “Azərbaycanlılar və təbrizlilər iqtisadi, siyasi və ictimai məsələlər baxımından gileylidirlər. Əlbəttə, bu tələblərə daha çox diqqət yetirməliyik, çünki azərbaycanlılar yüksək bir xalq olduqlarına görə onların tələbatı da yüksəkdir. Fikrimcə, iqtisadi, siyasi və ictimai məsələlər sahəsində yalnız İranın Azərbaycan bölgəsində deyil, ölkə miqyasında da çatışmazlıq var. Bəlkə də bilmədən bəzi ayrı-seçkiliklər ortaya çıxıb. Amma mərkəzdən yardım olmasa da, Azərbaycan öz ayağı üstə dayanıb İranın başqa bölgələrindən də irəli çıxacaq”.

“Baybak”ın məlumatına görə, Azərbaycan Öyrənci Hərəkatı “Faşistə ölüm!”, “Yaşasın Azərbaycan!”, “Burası Təbriz - danışır Azərbaycan!” və s. şüarlar səsləndirib.

M.Xatəminin Təbriz səfərindən bir gün sonra İran parlamentinin üzvü İşrət Şaiq onun bəyanatını tənqid edib. Məclisin həftəsonu toplantısında bu deputat deyib ki, Xatəminin Azərbaycanı mədh etməsi yetərli deyil. “Kaş ki o, 8 illik hakimiyyəti dövründə Azərbaycana etdiyi xidmətlərdən də söz açaydı”, - deyə o söyləyib.

Xatırladaq ki, prezident seçkiləri kampaniyasında Xatəmi milli-mədəni haqların təmin olunmasından danışmışdı. Ancaq hökumət başına gəldikdən sonra o, vədlərini unutdu. Prezidentliyinin ikinci mərhələsində isə o, iqtisadi məsələlərdən danışmağa başladı. Hətta 2001-ci ildə İranın ali rəhbəri ayətulla Xamneyinin dediyi “İranın milli birlik amili islam dinidir” ifadəsinə cavab verərək, o söyləmişdi: “Ölkəmizin milli birlik amili fars dili və mədəniyyətidir”.

Təhlillərə görə, keçmiş prezident bu çıxışı ilə parlament seçkisinə hazırlaşdığını nümayiş etdirib. Xatəminin səfərini Tehranın Azərbaycan türklərini “ələ alma” cəhdi kimi də dəyərləndirmək olar.ayna

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1775.azr
azeribaybak[at]gmail.com