- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
YAP-da MÜDHİŞ OĞURLUQ
BayBək, Azərbaycan | Wednesday, 26th December , 2007 , 22:04 [pm] | İç Xəbərlər
![]() |
. | Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının birində müdhiş oğurluq baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinə məlumat verilib. Məlumatda bildirilir ki, YAP-ın rayon təşkilatının ofisindən külli miqdarda pul və qiymətli daş-qaş oğurlanıb: “YAP-ın rayon bölməsinin sədri Nəsimi Rayon Polis İdarəsinə müraciət edib ofisin seyfindən 10 min ABŞ dolları və qiymətli daş |
Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının birində müdhiş oğurluq baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinə məlumat verilib. Məlumatda bildirilir ki, YAP-ın rayon təşkilatının ofisindən külli miqdarda pul və qiymətli daş-qaş oğurlanıb: “YAP-ın rayon bölməsinin sədri Nəsimi Rayon Polis İdarəsinə müraciət edib ofisin seyfindən 10 min ABŞ dolları və qiymətli daş-qaş oğurlanması barədə xəbər verib”. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2 maddəsilə cinayət işi başlanıb.
Maraqlıdır ki, hüquq-mühafizə orqanları oğurluq hadisəsinin YAP-ın hansı rayon təşkilatının ofisində baş verməsini gizli saxlamağa çalışıblar. Lakin özləri də bilmədən bunu dolayısı ilə açıqlayıblar. Əgər oğurluqla bağlı YAP-ın rayon təşkilatının sədri Nəsimi Rayon Polis İdarəsinə müraciət edibsə, deməli hadisə Nəsimi rayon təşkilatının ofisində baş verib. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, oğurluq hadisəsi həqiqətən də YAP-ın Nəsimi rayon şöbəsində olub.
Qeyd edək ki, bu təşkilata əvvəllər sabiq səhiyyə naziri Əli İnsanov rəhbərlik edib. Onun həbsindən sonra isə YAP-ın Nəsimi RT-na deputat Məlahət Həsənova başçılıq edir.
Təşkilatın ofisində pul saxlanılması qəribə görünmür. Düzdür, milli valyuta dollardan daha möhkəm olduğu halda, hörmətli Məlahət xanımın seyfində ABŞ dolları saxlaması bir qədər təəccüblü görünür. Məsələ ondadır ki, ölkə qanunlarına görə, YAP-a üzvlük haqqı dollarla yığılmır və eyni zamanda, M.Həsənova deputat kimi maaşını milli valyuta ilə alır. Ola bilsin ki, bu pulu imkanlı YAP üzvlərindən hansısa ianə şəklində təşkilata veribmiş…
Hakim partiyanın rayon şöbəsinin ofisində qiymətli daş-qaş saxlanılması isə daha maraqlıdır. Onların kiminsə zinət əşyası olub-olmaması barədə bir söz demək çətindir. Amma istənilən halda bu, orta əsrlərdə xanların, padşahların xəzinələrində nəğd pulla yanaşı daş-qaş saxlamasına bənzəyir.
Faktla əlaqədar YAP-ın Nəsimi rayon təşkilatının sədri M.Həsənova ilə danışarkən, o bir qədər fərqli və dolaşıq fikirlər söylədi. M.Həsənovanın dediklərini olduğu kimi təqdim edirik: “Bu yanlış məlumatdır. Oğurluq hadisəsi YAP-a aid deyil. Sadəcə, YAP üzvü Arif Rüstəmov adlı bir şəxsin pulunu öz işçisi oğurlayıb. Qəzetlərdə bir də görürsünüz belə şeylər olur. Əsas məsələ qalır bir tərəfdə, qeyri-əsas cəhətlərə diqqət yetirilir. YAP üzvünün başına oğurluq hadisəsinin gəlməsi, xəstələnməsi, yemək yeməyi, maşını olmaması, piyada gəzməsi halı ola bilməzmi? Hər hansı partiyanın üzvü olmaq o demək deyil ki, o hər şeydən sığortalanıb. İndi bunu da götürüb belə veriblər. Bizim qərargahımızda belə bir işçi yoxdur. Belə bir partiya üzvümüz var. Amma onun şəxsi pulu oğurlanıb. Şəxsi pulunu kimsə oğurlayıb, mən heç onunla maraqlanmamışam. Daha doğrusu, maraqlanmışam. Bu informasiya agentliklərdən birində gedəndə maraqlandım ki, belə bir adam bizdə varmı? Dedilər, onun pulunu oğurlayıblar. Belə yanlış şeylər həmişə gedir. Mən hətta ondan soruşdum ki, bəs məsələ haqda məlumat niyə belə gedib. Dedi ki, bir nəfər onun pulunu oğurlayıb. Oğurluq edən qızı prokurorluğa veriblər, görünür, o belə ifadə verib. O adam pulu oğurlayıb-oğurlamayıb, buna hüquq-mühafizə orqanları baxırlar. Partiya üzvlərinin belə bir problemi olması normal bir şeydir. Bu isə Nəsimi rayon təşkilatına aid olmayan məsələdir”.
Bu məsələ ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsilə əlaqə saxlayıb şikayətin konkret olaraq kim tərəfindən edildiyini, araşdırmaların nəticəsi barədə məlumat almağa çalışdıq. Maraqlıdır ki, polis idarəsinin növbətçi hissəsində, idarə rəisinin qəbul otağında məsul şəxslər də bu haqda hər hansı məlumata malik olmadıqlarını dedilər: “Bu məlumatı kim verib, ondan da soruşun”.
Amma polisdəki mənbələrimizdən məlumat əldə edə bildik ki, bu hadisə təxminən 10 gün əvvəl YAP-ın Nəsimi rayon təşkilatının ofisində baş verib və polisə Məlahət Həsənova özü şikayət edib. Lakin sonradan məsələni ört-basdır etmək fikrinə düşüblər. Çünki partiyanın qərargahında 10 min dollar və daş-qaş saxlanılmasının özünü də araşdırmaq lazım gəlirdi. Ona görə də, oğurluq olayını razılaşdırılmış şəkildə YAP üzvlərindən birinin ayağına yazmaq planı işə salınıb.
Sonda onu da qeyd edək ki, bir neçə ay öncə YAP-ın Nərimanov rayon təşkilatında da oğurluq hadisəsi baş vermişdi.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir