- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Pakistanın keçmiş baş naziri Bənazir Bhutto öldürülüb

BayBək, Azərbaycan | Thursday, 27th December , 2007 , 21:10 [pm] | Dış Xəbərlər

. Partiya lideri çıxışını tamamladıqdan sonra avtomobil kortejinin müşayiəti ilə meydanı tərk edərkən terrorçu-kamikadzenin hücumuna məruz qalıb. Partlayış zamanı ağır yaralanan B. Bhutto kritik vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə


Pakistanın keçmiş baş naziri, Xalq Partiyasının lideri Bənazir Bhutto qətlə yetirilib. APA-nın “Sky News”a istinadən verdiyi məlumata görə, hadisə Pakistanın Ravalpindi şəhərində Bənazir Bhuttoya dəstək məqsədilə keçirilən mitinqdə baş verib.

Partiya lideri çıxışını tamamladıqdan sonra avtomobil kortejinin müşayiəti ilə meydanı tərk edərkən terrorçu-kamikadzenin hücumuna məruz qalıb. Partlayış zamanı ağır yaralanan B. Bhutto kritik vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı daha 50 nəfərin öldüyü xəbər verilir. Bu faciədən sonra Pakistanda gələn ilin yanvarında keçiriləcək parlament seçkilərinin təxirə salınacağı gözlənilir. Xatırladaq ki, B. Bhutto 8 illik mühacirət həyatından qayıdarkən də sui-qəsdə məruz qalmış, nəticədə 140-a yaxın adam ölmüşdü.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1793.azr
azeribaybak[at]gmail.com