- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ MÜRACİƏTİ

BayBək, Azərbaycan | Thursday, 27th December , 2007 , 22:27 [pm] | Bildirişlər

. 1989-cu il dekabrın axırlarında Güney və Quzey Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması ilə millətimizin bütövlüyünə doğru gedən prosesin möhtəşəm təməli qoyuldu. Arazın hər iki sahilində millətin sərhəd yürüşü, dəmir tikanlı məftillərin qırılması, birləşmək şüarı bir daha o taylı – bu taylı Azərbaycan türkünün bir millət olduğunu dünyaya göstərdi. Bu möhtəşəm hadisədən etibarən 31 Dekabr Dünya Azərbaycanlılarının


Əziz millətimiz !

Minilliklər boyu öz tarixi torpaqlarında yaşayan, qədim tarixə, mədəniyyətə, adət - ənənəyə, dövlətçilik təcrübəsinə malik Azərbaycan türkləri bəşər sivilizasiyasına böyük töhfələr vermişlər. Lakin, müxtəlif dövrlərdə aparılan məkrli, işğalçı siyasət nəticəsində azərbaycanlıların istək və iradəsindən asılı olmayaraq, Azərbaycanın ərazisi parçalanmaya məruz qalmış, ayrı-ayrı rejimlərin maraqları dairəsində bölünərək əsarət altına salınmışdır. Bütün bunlara baxmayaraq Azərbaycan milləti zaman-zaman əsarətdən müstəqilliyə və bütövlüyə can atmışdır.

1989-cu il dekabrın axırlarında Güney və Quzey Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması ilə millətimizin bütövlüyünə doğru gedən prosesin möhtəşəm təməli qoyuldu. Arazın hər iki sahilində millətin sərhəd yürüşü, dəmir tikanlı məftillərin qırılması, birləşmək şüarı bir daha o taylı – bu taylı Azərbaycan türkünün bir millət olduğunu dünyaya göstərdi. Bu möhtəşəm hadisədən etibarən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü - Azərbaycan Türklərinin birləşmək amacının simvolik rəmzi, 50 milyondan artıq Güney, Quzey və dünyanın başqa ölkələrində yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd olunur.

20-ci əsrin əvvəllərindən Güney Azərbaycanda başlanan azadlıq uğrunda mübarizə 1989 – cu ildən etubarən yeni mərhələyə qədəm qoymuşdur. Bu gün totalitar və müstəmləkəçi iran fars şovinist rejimi Güney Azərbaycan türklərinin hüquq və azadlıqlarının boğulması , milli – mənəvi varlığının məhv edilməsi istiqamətində siyasət aparsa belə, millətimizin müqavimətini və milli azadlığa doğru gedən qurtuluş savaşımizin qarşısını ala bilmir.

Son illərdə Güney Azərbaycanda kütləviləşən milli hərəkat və bu hərəkat nəticəsində 35 milyon azərbaycan türkünün bir millət olaraq beynəlxalq aləmdə gündəmə gəlməsi millətimizin böyük gücə sahib olduğunu göstərmiş olur. Milli azadlıq hərəkatımızın qələbəsi milli kimlik şüurunun güclənməsindən, milli həmrəylik və milli birliyimizdən keçir. Bu qələbənin və istiqlalın təminatı isə sivil və sistemli təşkilatlanmadır. Əgər biz dildə, fikirdə, əməldə həmrəyliyimizi artırarıqsa, millətimizin gözlədiyi qələbə yaxındadır.

Güney Azərbaycan İstiqlal Partuyası (GAİP) dünyada yaşayan Azərbaycan türklərini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edir, onları həmrəyliyə, birliyə və bərabərliyə çağırır.

26/12/2007

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1794.azr
azeribaybak[at]gmail.com