- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İran Azərbaycan əleyhinə növbəti təxribat planını işə salıb

BayBək, Azərbaycan | Friday, 28th December , 2007 , 07:14 [am] | Məqalə-Yazi

. İranın dövlətimizə, millətimizə vurduğu zərbələrin, törətdiyi təxribatların sayı- hesabı yoxdur. Müstəqil Azərbaycan Respublikasına saqqal, çadra, saqqız və “islam inqilabı” ixrac etməyə çalışan İranın fars rejiminin ermənilərin torpaqlarımızı işğal etməsində əli olması, işğal altındakı yurd-yuvalarımızın talan edilməsində ermənilərlə birgə fəaliyyəti sübuta yetirilib. Azərbaycan dövlətinin, azərbaycanlıların varlığı daim farsları narahat edir. Bu sözləri düşmənçilik yaratmaq üçün demirik.


Fars rejimi Güney Azərbaycan türkləri arasında Azərbaycan Respublikası haqqında mənfi rəy yaratmağa çalışır.

İranın dövlətimizə, millətimizə vurduğu zərbələrin, törətdiyi təxribatların sayı- hesabı yoxdur. Müstəqil Azərbaycan Respublikasına saqqal, çadra, saqqız və “islam inqilabı” ixrac etməyə çalışan İranın fars rejiminin ermənilərin torpaqlarımızı işğal etməsində əli olması, işğal altındakı yurd-yuvalarımızın talan edilməsində ermənilərlə birgə fəaliyyəti sübuta yetirilib. Azərbaycan dövlətinin, azərbaycanlıların varlığı daim farsları narahat edir. Bu sözləri düşmənçilik yaratmaq üçün demirik.

Ancaq onu vurğulamaq istəyirik ki, biz nə qədər dost olmaq istəsək də, fars bizimlə dost olmayacaq, hər zaman bizə problem, təhlükə yaratmağa çalışacaq. İran prezidentinin Xəzər dənizini “Mazandaran gölü” adlandırılması, İran hərbi təyyarələrinin hava sərhədlərimizi pozaraq hədə uçuşları keçirməsi, Nardaran təxribatları, enerji layihələrinin əleyhinə çıxması, Güney Azərbaycan türklərinin repressiyalara məruz qoyması və s. buna bir sübutdur.

Dünyəvi Azərbaycan Respublikasının regionda gedən geosiyasi, iqtisadi, sosial proseslərin lokomotivinə çevrilməsi imkanları artır. Soykök, dil, mədəniyyət, din, tarix, etnoqrafiya baxımından eyni olan türk xalqlarının, eləcə də başqa xalqların Azərbaycan Respublikasına bir nümunə, dayaq kimi baxması meylləri güclənir. Bu da İran rejiminin ciddi narahatçılığına səbəb olur, ona görə də başqa sazələrlə yanaşı, sırf ideoloji müstəvidə Azərbaycan əleyhinə təbliğatını gücləndirir.

İranda doktor Bəhram Əmir Əhmədianın “İran və Azərbaycan münasibətləri. Azərilərin İrana baxışı” adlı 2005-ci ildə nəşr etdirdiyi kitab rəsmi Tehranın Azərbaycan Respublikasına münasibətinin göstəricisidir. İİR-in Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi araşdırmalar mərkəzi üçün hazırlanmış kitabda Azərbaycan Etnoqrafiyasının birinci cildi (1988), “Azərbaycan məktəblərində tarixin tədrisi metodikası”, Ata yurdu (2002), XI siniflər üçün Azərbaycan tarixi (2000) kitabının, ali məktəblər üçün Azərbaycan tarixinin (1994) Cənubi Azərbaycanla bağlı bölmələrinin və s. kitabların müəyyən hissələrinin tərcüməsi verilib.

Bəhram Əmir Əhmədian Azərbaycan dedikdə, yalnız Azərbaycan Respublikasını, azərbaycanlılar dedikdə isə, yalnız bu ölkənin vətəndaşlarını, daha dəqiq desək, türkləri nəzərdə tutur. Müəllif Güney Azərbaycan türklərinin, “iranlı azərilərin” İrana münasibətini müəyyənləşdirməyə cəhd etmir. Əsərdən gəlinən əsas nəticə odur ki, müəllifin niyyəti tədqiqat aparmaqdan daha çox Azərbaycan Respublikası haqqında İranın fars rejiminin maraqlarına uyğun mənfi rəy yaratmaqdır. Məsələn, Bəhram Əmir Əhmədian vurğulayır ki, guya Azərbaycanın kənd və kiçik şəhərlərdə yaşayan əhalisi, “islami və milli” partiya, siyasi dairələrin bir hissəsi İrana müsbət yanaşır. Guya bu sosial qruplar, o cümlədən aşağı təbəqəyə mənsub olan azərbaycanlılar özlərini “iranlı” sayır, öz “iranlı” keçmişinə qovuşmağa, İrana yaxınlaşmağa, hətta birləşməyə meyl göstərirlər. Fars müəllifinin belə “arqumentlərlə” çıxış etməsi təsadüfi deyil. Burada milli azadlıq hərəkatının getdikcə genişləndiyi Güney Azərbaycan türkləri arasında Azərbaycan Respublikası haqqında mənfi, eyni zamanda dolaşıq rəy yaratmağa cəhd özünü göstərir. Azərbaycan Respublikasını “Şimali İran” kimi qələmə verən İran rəhbərlərinin, eləcə də “Şimali İran” jurnalında üstümüzə nifrinlər yağdıran rəsmi Tehranın niyyətləri bir daha ortaya çıxır.

Uzun illərdir ki, “Səhər” telekanalının “Kompas” verilişi, müxtəlif qəzet, jurnal, internet saytları vasitəsiylə Azərbaycan əleyhinə təbliğat aparan İran rejiminin niyyəti, məqsədi, Azərbaycana baxışları bu iri həcmli kitabda əksini tapıb. Müəllif Azərbaycana, Azərbaycan türklərinə İranda XX əsrin 20-ci illərindən, rus könüllüsü, əsgəri olan Rza Pəhləvi hakimiyyəti ələ keçirdikdən sonra formalaşan fars ideologiyasının əsas prinsipləri əsasında yanaşır. Zaman-zaman Güney Azərbaycan türklərinin qətliamlarına rəvac verən, haqq qazandıran şovinist fars ideologiyasının həmin prinsiplərini aşağıdakı kimi sıralamaq olar: “Tarixdə Azərbaycan adlı dövlət olmamışdır; Azərbaycan toponimi İran Azərbaycanının adı olmuş, heç zaman Araz çayından şimaldakı ərazilərə şamil edilməmişdir; Azərbaycan xalqı ayrıca bir xalq, millət, etno-milli birlik deyil, türk dilini zorla qəbul etmiş iranlı-farslardan ibarətdir; Azərbaycan xalqı heç zaman millət olmamışdır, yəni öz dövlətini yaratmamışdır; Azərbaycanlılar türkləşmiş farslardır”.

Bu iddialar fars şovinizminin Azərbaycan türklərinə qarşı düşmənçiliyinin təzahürüdür. Elə farsların qohumu olan ermənilər də Azərbaycan əleyhinə məhz həmin “arqumentlərlə” çıxış edirlər. Halbuki dörd min illik tarix ərzində İranda farslar cəmi 325 il ərzində hakimiyyəti ələ keçiriblər, qalan dövrlərdə həmişə nəhəng ərazilərin sahibi olan türklər İranda hakimiyyətdə olublar. Doktor Bəhram Əmir Əhmədianın niyyəti Azərbaycan türklərini qədim və şərəfli tarixinin üstündən xətt çəkmək, milli mübarizə aparan 30 milyonluq Güney Azərbaycan türkləri, soydaşlarımız arasında tərəddüd yaratmaqdır. Məsələn, fars doktor Novruz sözünə əsaslanaraq bu bayramın farslara aid olduğunu bildirir. Halbuki, Hindistandan İrana gələn köçəri farslar bu torpaqların əzəli sahibləri olan türklərin həmin bayramı keçirdiklərinin şahidi olublar.

Müəllif muğamın farsın olduğunu bildirir, fars dilində yazmış bütün Azərbaycan türk şairlərini, mütəfəkkirlərini-Nizami Gəncəvi, Z. Marağai, Xəqani Şirvani, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Şəhriyar, Mirzə Əli Möcüz Şəbüstəri və s. başqalarını fars sayır.
Kitabda Azərbaycan iqtidarının əleyhinə də ittihamlar əksini tapıb. Müəllif Azərbaycan rəhbərliyini “Böyük Azərbaycan” (Bütöv Azərbaycan ideyasını belə təqdim edir-red.) ideyasını dəstəkləməkdə günahlandırır. Halbuki, Azərbaycan iqtidarı Güney Azərbaycandakı, İrandakı soydaşlarımızın hüquqlarının pozulmasından irəli gələn milli hərəkatlarla bağlı bitərəf mövqe nümayiş etdirib. Hətta rəsmi Bakı BMT İnsan Haqları Şurasının İranda insan haqlarının pozulması haqqında hesabatının əleyhinə səs verib. Bu da Azərbaycan ictimai rəyində ciddi narahatçılığa səbəb olub.

Müəllif azərbaycanlıların vahid bir xalq olmadığını, onların fars olduğunu iddia etməklə kifayətlənmir, həm də Güney Azərbaycan türklərini “ən xalis iranlı (fars) etnoslardan biri” sayır. Guya Şimali və Cənubi azərbaycanlıların dil və mədəni yaxınlığı olduğuna görə güneylilər quzeylilərə “yaxınlıq və dostluq” hissi bəsləyir. Burada müəllifin İranın rəsmi ideologiyasından çıxış etməsi özünü bir daha göstərir: Hər vəchlə Güney Azərbaycan türklərində Azərbaycan Respublikası haqqında mənfi və dolaşıq rəy yaratmaq. Bütöv Azərbaycan ideyasına, Güney Azərbaycan türklərinin haqları uğrunda mübarizəsinə, müstəqil dövlətlərini qurmaq arzularına kölgə salmaq. Fars müəllifi Güney Azərbaycanın İranın hakimiyyəti altında olduğunu vurğulayaraq, Azərbaycandan öz tarixi, mədəniyyəti və s. məsələlərdən danışarkən Araz çayından cənubda yerləşən əraziləri və əhalini nəzərə almamağı tələb edir…

…Bu İran fars rejiminin qorxusu, təlaşının sübutudur. Qloballaşma prosesi etnos məsələsini yenidən ortaya çıxarıb. İranda yaşayan 35 milyon türkün (Azərbaycan türklərinin, qaşqayların, türkmənlərin) taleyi, insan hüquqları məsələsinin gündəmə gəlməsi, 30 milyonluq Güney Azərbaycan türklərinin milli mübarizəsi dünyada gedən proseslərin nəticəsidir. Rusiyadan dəstək alan, işğalçı Ermənistana yardım göstərən İranın fars rejimi Azərbaycan Respublikasına, Güney Azərbaycana qarşı təxribat törətməkdən, xəyanət etməkdən əl çəkməlidir…axcp

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1798.azr
azeribaybak[at]gmail.com