- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycan Qurtuluş Təşkilatı (Qurtuluş), Güney Azərbaycan Qurtuluş Partiyasına (Qurtuluş)yüksəldi!

BayBək, Azərbaycan | Friday, 28th December , 2007 , 18:28 [pm] | Bildirişlər

. Bilindiyi kimi millətlərə tanınan tarixi fürsətlər yerində və zamanında dəyərləndirilməzsə, bir daha təkrarlanma şansı yoxdur. Bu aşamada Azərbaycan Türk Millətinin ulus-dövlətləşmə çabalarında atılacaq hər hankı bir yanlış atdım milli tariximiz və ulu millətimizin gələcək nəsilləri tərəfindən bağışlanmayacaq xətalar ola bilər.


Böyük Azərbaycan Türk Millətinə!

Sözsüz ki, dünyada və yaşadığımız bölgədə üz verən uluslararası siyasi və jeopolotik dəngələrin dəyişməsi, bütün siyasi qurum və quruluşların da düşüncə təməlində uyğun yeniləşmə və dəyişmə gərəkini ortaya qoymuşdur. Bu qaçırılmaz dəyişikliyin bütün alanlarda duyulması, özəlliklə bölgəmizdə çalınan alarmların ölkəmizə aid olan payının nə qədər böyük olduğu göz qabağındadır. Hər gün bir yeni gəlişmənin içində oldugumuzdan, olduqca xəbərsiz olduğumuzu deməsək də, büyük alanda payımıza düşən dəngə dəyişiklərindən tam bilgili olduğumuzu da diyə bilmərik. Olduqca sürətlə böyüməkdə olan bölgə dəyişikliyi, istər-istəməz bizim də gəncləşməkdə olan millətimizi etgiləməkdədir.

18-ci yüzillərdən Rus impraturluğunun bölgəmizə axınması ilə başlanan milli faciəmiz, 19-cu üziliyin başlanğıcında bütöv ölkəmizin pərəm-parça olması ilə sonuclanmışdır. Bu faciəvi illərin ardından Türk Qacar sülalə hakimiyyətinin – Rus, İngiltərə vb.ları əlilə - dəyişməsi və Fars etnikli rejimin iş başına gəlməsi, bütün var olan dəngələri ulu millətimizin əliyhinə çevirmişdi. Dövlətsiz millətimizin bu fəlakət illərindən sonraki milli ayaqlanmalarını unutmasaq da, bu ayaqlanmaların təməlində milli ideolojuların dayanmaması diqqət çəkicidir. 1813 və 1828-ci milli çöküşdən üzü bəri ulu millətimiz çoxlu dirənişmələrə imza atsa da, Quzeydə 1918-20, Güneydə isə 1907-1909, 1919-1920 və 1945-1946 hərəkatları üstün səciyə daşımaqdadır. Ancaq bunlara baxmayaraq millətimiz haqlı istəklərinə yiyələnə bilməmişdir. 1990.ci il millətimizin tarixsəl çöküşünə nədən olan Rus impratuluğunun çöküşü ilə 1991-ildən etibarən millətimizin quzey bölməsi öz bağımsızlığını qacansa da Güney bağımsızlıq yulunda yeni dirənişmə aşamasına ayaq basmaqdadır.

Bilindiyi kimi 22 May 2006 milli ayaqlanması ilə, Böyük Azerbaycan Türk Milleti, öz Güneyində milli kimliyini qorumaq və Fars şovenizminin kökdən asimiliya politikasına qarşı dirənişini yeni bir aşamaya daşımışdır. Ulu millətimiz bu səfər nəyin bahasına olursa olsun, çağdaş bir formada öz amac və istəklərini kütləvi bir hərəkatda açıq və seçik olarak ortaya qoymuşdur. Böyük Azerbaycan Türk Milləti ‘Haray Haray Mən Türkəm’, ‘Ana Dilim Ölən Deyil, Fars Dilinə Dönən Deyil’, ‘Təbriz Bakı Ankara, Fars hara Türklər Hara’. və bənzər şüarlarla öz doğal haqlarını – milli bağımsızlıq, özgür ulus, qrtuluş iradəsi, vb.ları - Fars şovenizmine qarşı kəsgin bir tutum olaraq net və aydınca ortaya qoymuşdur. Quşqusuz, bu böyüklükdə etiraz göstərileri Azərbaycanımızın tarixində örnəyi görünməmiş bir milli ayaqlanmadır.

May (Xurdad) ayında, Güney Azerbaycanın bütün şəhər və şəhərciklərində, doğal haqların əldə edilməsi uğrunda milli göstərilər geçirildi. Bu olaylar və illərdən bəri sürən direniş aktivitələri həm faşist-şovenist İran rejimini, həm də bölgəsəl və uluslararası güc mərkəzlərinin diqqətini çəkmişdir. Baxmayaraq ki, solundan, sağından, liberalından, dinçisindən, pozosiyon və opozosiyonundan asılı olmayaraq fars mediyası əl bir olaraq kəsin baykut siyasəti yürütmüşdür. Ancaq, dünyaya sızan xəbərlər bəzi demokratik sivil toplum quruluşlarını və dövlət çevrələrinin də təpkisini qazanmışdır. Belə ki, Amerika, BMT və Böyük Britaniyanın dış işləri baxanlıqları və uluslararası demokratik örgütlər, dünyanın dörd bir yanında faşist-şovenist Fars rejimini qınayaraq Azerbaycan Türk Millətinin haqlı istəklərini savunmuşdurlar.

Kürəsəlləşmənin sağladığı imkanlarla yanaşı var olan zorluqlara singərən Güney Azərbaycan Türkləri, haqlı istəkləri olan ulus-dövlətləşmə yolunda önəmli ölçüdə irəliləmişdir. Bu ilərləmənin ən önəli alanı onun düşünsəl və eyləmsəl (əməli) boyutlarıdır. Kökdən milli əritmə (asimilə) politikasına uğramış ulu milletimiz, milli oyanış və ulus-dövlətləşmə sürəcində eşi-bənzəri görünməmiş fedakarlıqlar göstərərək bu herekatın başını çəkən çəvrə və quruluşlara önəmli mesaj vermişdir. Belə ki, artıq yeni bir dirəniş aşamasına uyğun olaraq yeni birliklər, yeni orgütlənmə biçimləri və yeni qapsamlı göstərilər zamanı çatmışdır.

Yuxarıda sadalanmış nədənlərə dayanaraq, 1990-ci ildə Təbrizdə qurulmuş olan Azerbaycan Qurtuluş Təşkilatının yetgili organlarının aldığı qərarlara görə, bu tarixdən etibarən Azerbaycan Qurtuluş Teşkilatı örgütlənmə biçimini dəyiştirərək Güney Azərbaycan Qurtuluş Partiyası (Qurtuluş) örgütlənmə biçiminə geçmişdir. Güney Azərbaycan Qurtuluş Partiyası ulu millətimizin birlik və bərabərlik harayına səs verib, güc qataraq bundan sonra başqa qardaş parti və örgütlərlə çox partili və çox örgütlü platform və cəbhələrin qurulması politikasını güdəcəkdir. İnanırıq ki, bu yöntəm Güney Azərbaycanın qurtuluşu uğruna çalışan quruluşların güc dağılımını aradan qaldıraq, onların ortaq birliyini sağlayacaq, Güney Azərbaycan qurtuluşu uğrunda Güc Mərkəzinin gərçəkdən yaranmasına gətirib çıxardacaqdır.

Bilindiyi kimi millətlərə tanınan tarixi fürsətlər yerində və zamanında dəyərləndirilməzsə, bir daha təkrarlanma şansı yoxdur. Bu aşamada Azərbaycan Türk Millətinin ulus-dövlətləşmə çabalarında atılacaq hər hankı bir yanlış atdım milli tariximiz və ulu millətimizin gələcək nəsilləri tərəfindən bağışlanmayacaq xətalar ola bilər.

Güney Azerbaycan Qurtuluş Partiyası (Qurtuluş)
Yönətim Qurulu
2007/12/25

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_1802.azr
azeribaybak[at]gmail.com