- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Həmrəylik Günümüz Mübarək Olsun ! Böyük Rəsuloğlu
BayBək, Azərbaycan | Friday, 28th December , 2007 , 22:28 [pm] | Bildirişlər
![]() |
. | 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrıylik ” gününü qeyd edərkən, bu günün banisi böyük Elçi bəyi yad edtmədən geçmək, Azərbaycan Türk millətinin ölməz liderinə böyük haqsızlıq sayılar. Yüksək müdrüklüyü ilə bu günün ölçüsünü genişləndirərək 50 milyon dünya Azərbaycanlılarının sıx birləşməsinə doğru atdığı dərin siyası addımlara hörmət əlaməti olaraq cənab Heydər Əliyevin xatirəsini yad etmək şuurlu hər insanın borcu sayılmalıdır. |
Əziz soydaşlar ,
31 dekabr “Dünya Azərbaycanlılarının Həmrıylik ” gününü qeyd edərkən, bu günün banisi böyük Elçi bəyi yad edtmədən geçmək, Azərbaycan Türk millətinin ölməz liderinə böyük haqsızlıq sayılar. Yüksək müdrüklüyü ilə bu günün ölçüsünü genişləndirərək 50 milyon dünya Azərbaycanlılarının sıx birləşməsinə doğru atdığı dərin siyası addımlara hörmət əlaməti olaraq cənab Heydər Əliyevin xatirəsini yad etmək şuurlu hər insanın borcu sayılmalıdır.
Bu dərin mənali gündə bütün böyüklərimiz, o cümlədən cenab Məhəmməd Əmin Resulzadə və cənab Seyid Cəfər Pişəvərini anmağımız bu birlik və həmrəylik gününün ölçüsünü daha dərinləşdirir və milli birliyimizi daha yaxınlaşdırır.
İstəkli soydaşlar!
Bugün bütöv Azərbaycan medyasında, TV, sitə, jurnal və paltalk otaqlarında Azərbaycanımızın Güney və Quzeyində yaşıyan və milli fəaliyətlə məşqul olanlarını, bir birinin yanında görməkdən sevindirici bir hadisə olamaz. Bu böyük mənəvi birlik, yaxında Azərbaycanın tarixi topraqlarında, siyasi bir birliyin yaranmasına doğru gedən yolu ışıqlandırır və gələcəyə olan umidlərimizi artırır.
Bugün,Həmədandan- Bahara, Savədən- Quma, Zəncandan- Gəncəyə, Təbrizdən- Bakıya, Urmudan- Şamaxıya, Qəzvindən- Şəkiyə, Ərakdan- Lənkərana və Ərdəbildən- Dərbəndə qədər hər yerdə həsrət şeiri, birlik nəğməsi və Türklük mahnısı oxunur. Şübhə yoxdur ki, aydın və ziyalılarımız, siyasətçı və dövlət xadimlərimiz Azərbaycan Türkünün bu tarixi dönəmdən geçişində bir birlərini qəbul edərək əl- ələ, çiyin- çiyinə işləməsi dünya Azərbaycanlılarını dahada sıxlaşdıracaq , Güney Azərbaycanda ki haqli mübarizəmizdə dirəniş və dirçəliş gücümüzü dahada artıracaq , Qarabağımızın azadlığını dahada yaxınlaşdıracaq dır.
Güney Azərbaycandakı əyilməz siyasi zindanilərimizi səlamlıyaraq, onlara azadlıq diləklərimi dilə gətirərək, kişi- qadın bütün milli fəallarımıza uğurlar diləyərk dünya Azərbaycanləlarını bu gözəl bayram münasibəti ilə təbrik edirəm.
Hörmətlə
28/12/2007
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir