- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

ABŞ DÖVLƏT DEPARTAMENTİ İRANDA DEMOKRATİYANIN YAYILMASI ÜÇÜN AYRILAN VƏSAİTİN HƏCMİNİ və İSTİQAMƏTLƏRİNİ AÇIQLAYIB

BayBək, Azərbaycan | Tuesday, 5th June , 2007 , 13:41 [pm] | Dış Xəbərlər, İç Xəbərlər

. Ən azı 10 milyon dollar – Konqresin qərarına görə, Dövlət Departamenti 2007-ci ildə İranda insan haqları və demokratiya məsələlərinə ayrıca olaraq bu qədər də pul xərcləməlidir.

66,1 milyon dollar – bu vəsaiti Konqres İranda demokratiyanın yayılması üçün əlavə 75 milyon dollar istəyən Dövlət Departamentinin müraciətinə cavab olaraq ayırıb. Konqresin qərarına görə, 66,1 milyon dollar bu istiqamətlərə yönəldilməlidir:



İyunun 4-də ABŞ Dövlət Departamenti Konqresin 2007-ci ildə İranda demokratiyanın dəstəklənməsi məqsədilə ayırdığı vəsaitin həcmini açıqlayıb.

«Media forum» saytı Dövlət Departmentinin yayıdığı press-relizə istinqadən xəbər verir ki, bu vəsait ümumilikdə üç hissədən ibarətdir.

6,55 milyon dollar – bunu Konqres İran və Suriyada demokratiyanın demokratiya fondları vasitəsilə yayılması üçün ayırıb.

Ən azı 10 milyon dollar – Konqresin qərarına görə, Dövlət Departamenti 2007-ci ildə İranda insan haqları və demokratiya məsələlərinə ayrıca olaraq bu qədər də pul xərcləməlidir.

66,1 milyon dollar – bu vəsaiti Konqres İranda demokratiyanın yayılması üçün əlavə 75 milyon dollar istəyən Dövlət Departamentinin müraciətinə cavab olaraq ayırıb. Konqresin qərarına görə, 66,1 milyon dollar bu istiqamətlərə yönəldilməlidir:

- 36,1 milyon dollar Yayım Şurası Rəhbərliyinə (Broadcasting Board of Governors). 10,274 milyonu beynəlxalq yayım əməliyyatlarına, 25,826 miylonu isə yayımnın əsaslı şəkildə təkmilləşdirilməsinə.

- 20 milyon dollar Yaxın Şərqdəki Tərəfdaşlıq Təşəbbüsləri vasitəsilə İranda demokratiya poqramlarının inkişafına.

- 5 milyon dollar Dövlət Departamentinin Beynəxalq İnformasiya Proqramları vasitəsilə İranda internet və digər interaktiv proqramların inkişafına.

- 5 milyon dollar Dövlət Departamentinin Təhsil və Mədəni Məsələlər Komissiyası vasitəsilə tələbə və mədəniyyət mübadiləsi proqramlarına.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_193.azr
azeribaybak[at]gmail.com