- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

MAY AYINDA HÖKUMƏTİ TƏNQİD EDƏN QƏZETLƏRƏ TƏZYİQLƏR ACINACAQLI HƏDDƏ ÇATIB

BayBək, Azərbaycan | Thursday, 7th June , 2007 , 22:29 [pm] | İç Xəbərlər

. Layihənin koordinatoru Xalid Ağaləiyevin ANS PRESS-ə verdiyi məlumata görə, may ayında hökuməti tənqid edən qəzetlərə, jurnalistlərə basqı və təpkilər acınacaqlı həddə çatıb, jurnalistlərin və mətbu nəşrlərin məhkəmələrin əli ilə cəzalandırılması daha sərt xarakter alıb. “Ötən ay “Gündəlik Azərbaycan”, “Realnıy Azerbaydjan” qəzetləri ofislərindən çıxarılmaları, “Bakı Xəbər” qəzeti isə bank hesablarına həbs qoyulması səbəbindən fəaliyyətini dayandırmalı olub. Höküməti sərt tənqid edən “Müxalifət” qəzeti iflic vəziyyətinə salınıb, qəzetin baş redaktoru Rövşən Kəbirli və redaktoru Yaşar Ağazadə millət vəkili Cəlal Əliyevin


Jurnalistlərin və mətbu nəşrlərin məhkəmələrin əli ilə cəzalandırılması daha sərt xarakter alıb
Media Hüququ İnstitutu (MHİ) may ayı ərzində diffamasiya ilə bağlı məhkəmə işlərinin monitorinqi əsasında hazırladığı aylıq hesabatını açıqlayıb. Hesabat Avrasiya Fondunun dəstəklədiyi “Azad və müstəqil media üçün hüquqi mühitin monitorinqi, analizi və ictimai müzakirələr” layihəsi çərçivəsində hazırlanıb.

Layihənin koordinatoru Xalid Ağaləiyevin ANS PRESS-ə verdiyi məlumata görə, may ayında hökuməti tənqid edən qəzetlərə, jurnalistlərə basqı və təpkilər acınacaqlı həddə çatıb, jurnalistlərin və mətbu nəşrlərin məhkəmələrin əli ilə cəzalandırılması daha sərt xarakter alıb. “Ötən ay “Gündəlik Azərbaycan”, “Realnıy Azerbaydjan” qəzetləri ofislərindən çıxarılmaları, “Bakı Xəbər” qəzeti isə bank hesablarına həbs qoyulması səbəbindən fəaliyyətini dayandırmalı olub. Höküməti sərt tənqid edən “Müxalifət” qəzeti iflic vəziyyətinə salınıb, qəzetin baş redaktoru Rövşən Kəbirli və redaktoru Yaşar Ağazadə millət vəkili Cəlal Əliyevin şikayəti əsasında 2 il 6 ay azadlıqdan məhrum edilib. “Bizim Yol” qəzeti siyasətçi Sərdar Cəlaloğlunun, “Yeni Çağ” qəzeti Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevin şikayətləru əsasında 2 000 manat, “Müxalifət”qəzeti Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin iddiası üzrə 15 000 manat cərimələnib.

“AMAY” firması isə «Müxalifət» qəzetindən 1 milyon manat tutulması tələbi ilə mülki iddia qaldırıb” deyən X.Ağaəliyev qeyd edib ki, təhqir və böhtana görə məhkəməyə çəkilən “Xural” qəzetinin 200 manat cərimələnməsi qəzetə qarşı iddianın mahiyyətinə varmadan maraq doğuran fakt kimi hesabatda vurğulanıb. Hesabatın sonunda hökumətdən mətbuata qarşı ardıcıl basqılara son qoyulması, söz azadlığı ilə bağlı məhkəmə təcrübəsinin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi istənilir.kiv

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_207.azr
azeribaybak[at]gmail.com