- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Bugün jurnalistlər mətbuata təzyiqlərin dayandırılması tələbi ilə piket keçirəcəklər
BayBək, Azərbaycan | Tuesday, 15th May , 2007 , 01:11 [am] | İç Xəbərlər
![]() |
. | qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin həbsdən azad olunması, Elmar Hüseynovun qatillərinin tapılması, qəzetlərin cərimə olunması ilə bağlı məhkəmə qərarlarının ləğvi, həbsdəki jurnalistlərin azad edilməsi tələb olunacaq.
Aksiya ilə bağlı jurnalistlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, şəhər rəhbərliyi onlara bu vaxta qədər cavab verməyib. |
Mayın 15-də mətbuata qarşı təzyiqlərin dayandırılması tələbi ilə bir qrup jurnalistin piketi keçiriləcək.
Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, aksiyanın “Sabir bağı”nda keçirilməsi nəzərdə tutulub. Hər həftənin çərşənbə axşamı jurnalistlərin piketlərinin keçirilməsinin planlaşdırıldığını deyən Ş. Çobanoğlunun sözlərinə görə, aksiyada “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin həbsdən azad olunması, Elmar Hüseynovun qatillərinin tapılması, qəzetlərin cərimə olunması ilə bağlı məhkəmə qərarlarının ləğvi, həbsdəki jurnalistlərin azad edilməsi tələb olunacaq.
Aksiya ilə bağlı jurnalistlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, şəhər rəhbərliyi onlara bu vaxta qədər cavab verməyib.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir