- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

DEPUTATLAR BAYRAĞIMIZI TƏHQİR EDİRLƏR

BayBək, Azərbaycan | Monday, 11th June , 2007 , 00:57 [am] | İç Xəbərlər

. “Parlamentin bir neçə üzvü hər gün milli bayrağımızı təhqir edir. Belə ki, bir sıra deputatlar onlara verilmiş döş nişanlarında inkas olunan milli bayrağımızın rənglərində özbaşına dəyişiklik aparıblar. Türklüyün rəmzi olan göy rəngi qaraya çalana qədər tündləşdiriblər…” Bu məlumatı özünü iqtidaryönümlü sayan müstəqil deputatlardan biri müxbirimizə verib. Onun sözlərinə görə, faktı müxalifətçi deputatlar da bilir. “Bu məsələ milli təfəkkürlü, türk kökənli, lakin müxtəlif düşərgələrdə təmsil olunan deputatlar arasında da müzakirə edilib. Biz gözləyirdik ki, müxalifətçi deputatlar məsələni parlamentdə, ya da heç olmasa müstəqil mətbuatda qaldırarlar. Lakin hələ də bir səs yoxdur…”


Milli Məclisin etnik kökənli üzvləri döş nişanlarındakı türklük rəngini qara boyadıblar.

“Parlamentin bir neçə üzvü hər gün milli bayrağımızı təhqir edir. Belə ki, bir sıra deputatlar onlara verilmiş döş nişanlarında inkas olunan milli bayrağımızın rənglərində özbaşına dəyişiklik aparıblar. Türklüyün rəmzi olan göy rəngi qaraya çalana qədər tündləşdiriblər…” Bu məlumatı özünü iqtidaryönümlü sayan müstəqil deputatlardan biri müxbirimizə verib. Onun sözlərinə görə, faktı müxalifətçi deputatlar da bilir. “Bu məsələ milli təfəkkürlü, türk kökənli, lakin müxtəlif düşərgələrdə təmsil olunan deputatlar arasında da müzakirə edilib. Biz gözləyirdik ki, müxalifətçi deputatlar məsələni parlamentdə, ya da heç olmasa müstəqil mətbuatda qaldırarlar. Lakin hələ də bir səs yoxdur…”

Deputat iddia edir ki, Milli Məclis üzvünün döş nişanındakı göy rəngi qaraya çalana qədər tündləşdirən deputatların siyahısını çoxları bilir. “Onlar kökəncə talış və kürd soyuna mənsubdurlar. Ya da özlərini belə hesab edirlər. Görünür, bu səbəbdən də türklük rəmzini qəbul etmirlər. Amma bu bayraqdır, dövlət atributudur və onu bu cür təhqir etmək cinayət məsuliyyəti yaradır…”

Məlumatı qəzetimizə açıqlamaq səbəbinə gəldikdə isə, Milli Məclis üzvü belə izahat verdi: “Onsuz da bu faktı kimsə açıq halda dilinə gətirəsi, bayrağımıza olan təhqiri aradan qaldırası deyil. Açığı, onlardan mən də çəkinirəm və bu səbəbdən də kimliksiz danışıram. Lakin olayı mətbuata çıxartmaqla, bu adamları ifşa etməyi və milli atributumuza qarşı həyata keçirilən təhqiri məcburiyyətən aradan qaldırmağı hədəf götürmüşəm. Türklük rəngini sinəsində daşımağı özünə həqarət bilən deputatlar bu yazıdan sonra vadar olacaqlar ki, dərhal bu işi düzəltsinlər və bayrağımızı necə var o cür, daşısınlar. Bunu onlara, - türklük və üç rəngli bayraq düşmənlərinə, həm də hakimiyyətin önəmli adamlarının himayəsində olan özündənrazı deputatlara məcburən etdirmək mənə böyük zövq verəcək”.

Məlumat qaynağımız olmağa razılaşmış deputat müxbirimizə döş nişanındakı bayrağımızın rəngini dəyişməklə, millətimizi təhqir edən MM üzvlərinin adlarını açıqlayıb. Tamamilə mümkündür ki, irəliləyən saylarımızda həmin şəxslərin adlarını dərc edəsi olduq. Hətta onlar günü sabahdan yaxalarındakı bayraq simvollarında düzəliş yapdırsalar da.

Bir daha xatırladırıq ki, dövlət atributlarını təhqir və təhrif etmək Azərbaycan Respublikasının qanunlarına görə cinayət məsuliyyəti yaradır.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_225.azr
azeribaybak[at]gmail.com