- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Güney Azərbaycan Milli Birlik Şurasının Bəyanatı
BayBək, Azərbaycan | Tuesday, 12th June , 2007 , 19:25 [pm] | Bildirişlər
![]() |
. | Son bir ildə Fars şovinizminin bütün qanatları “ Azərbaycan Türk Milləti “ barədə öz imtihanının verdi və milli mübarizlərimizin hazırladığı sinavı qazanamadı. Özlərini demokrat göstərməyə çalışan İran adı altında Farsçılıq siyasəti güdən uzdən iraq alternativlər və islam köynəyinə bürünmüş bügünkü hakimiyət öz həqiqi üzünü temami ilə göstərdi. Geçən il Xurdad dirçəlişindən sonra və onun bu ilki il dğnümündə millətimizin və özəlliklə cavanlarımızın başına gətirilənlər, ürəyimizdə qara yara kimi işlədi və tarix boyu silinəcəyidə güman edilmir. Bizə görə bu yaranın təkcə sağalmaması kafi deyil, onun səbəblərini ortadan qaldırmaq yolunda “ öldü var döndü yoxdur- yandı var söndü yoxdur “ şuarı əsasında yorulmadan fəaliyət gərəkir. |
Güney Azərbaycan Milli Birlik Şurasının Bəyanatı
(Dirlik Birlikdədir)
Dəyərli Azərbaycan Türk milləti :
Güney Azərbaycanda aparılan milli mücadiləmiz, həssas günlərini geçirtməkdədir. Uzun zamandan bəri fədakar insanlarımızın məhdud qaynaqlarla çalışaraq yaratdığı Azərbaycançılıq məfkurəsi artıq yeni bir düşüncə tərzi ilə millətimizin, özəlliklə gənclərimizin beynində yer almışdır. Özəlliklə son 15-20 ildə Türklük şuru ilə dolub daşan bugünkü məfkurəmizin yaxında qalib gələcəyinə şübhə yoxdur. Yetərki zaman və məkan şərtlərini düzgün təhlil edərək ona uygun şəkildə milli hərəkətimizi formalaşdırmağı və daha da sistematik çalışmağı bacaraq.
Son bir ildə Fars şovinizminin bütün qanatları “ Azərbaycan Türk Milləti “ barədə öz imtihanının verdi və milli mübarizlərimizin hazırladığı sinavı qazanamadı. Özlərini demokrat göstərməyə çalışan İran adı altında Farsçılıq siyasəti güdən uzdən iraq alternativlər və islam köynəyinə bürünmüş bügünkü hakimiyət öz həqiqi üzünü temami ilə göstərdi. Geçən il Xurdad dirçəlişindən sonra və onun bu ilki il dğnümündə millətimizin və özəlliklə cavanlarımızın başına gətirilənlər, ürəyimizdə qara yara kimi işlədi və tarix boyu silinəcəyidə güman edilmir. Bizə görə bu yaranın təkcə sağalmaması kafi deyil, onun səbəblərini ortadan qaldırmaq yolunda “ öldü var döndü yoxdur- yandı var söndü yoxdur “ şuarı əsasında yorulmadan fəaliyət gərəkir.
Bölgədə və dünyada gedən proseslər açıqca göstərir ki, bizim – bizdən başqa dostumuz yoxdur, olsada ürək çırpıntılarımızı eşitməyə zamanı yoxdur.
Bütün bunları nəzərdə alaraq Azərbaycan milli hərəkatənnın birləşib, güc mərkəzinə dönməkdən başqa çarəsi yoxdur.
Biz “Milli Şura” olaraq bu tarixi zərurəti iliklərimizə qədər hiss etdiyimizə görədirki, bir daha bütün quvvələrin demokratik bütövləşməsini vurgulamağı özümüzə milli borc sayırıq. Bu yolda uzun müddətdirki, apardığımız çalışmalar nəticəsində əldə etdiyimiz təcrübələrə dayanaraq hazırladığımız əsasnamə layihəsi ilə birgə bütün millətimizin bu sistəmdə birləşməsi çağırısını yaxın günlərdə yaymağı düşünməkdəyik.
Şübhə yoxdur ki, milli hərəkatımızın və birliyimizin qarşısında yaradılmış maniələr az deyil. Ancaq biz inanırıq ki, sivil millətimizin mədəni davranışları və dərin siyasi anlayışı bütün maniələri aşacaq və qalib gələcəkdir.
Güney Azərbaycan Milli Birlik Şurası
07. 06 . 2007
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir