- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
POLİS JURNALİSTLƏRƏ DİVAN TUTDU
BayBək, Azərbaycan | Thursday, 14th June , 2007 , 20:47 [pm] | İç Xəbərlər
![]() |
. | yalnız 15-20 dəqiqə əvvəl məlum olub. Aksiyaçılar Sabir bağında toplaşdıqdan sonra “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid piketi açıq elan edib. O bildirib ki, artıq mətbuat işçiləri partizan mübarizəsinə başlayıblar və bundan sonra jurnalistlər piket keçirərkən nə meriyaya, nə də polisə məlumat verəcəklər.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxışında mətbuata qarşı təzyiqlərin hakimiyyətin ən yuxarı səviyyəsində sifariş verildiyini vurğulayıb. Baş redaktor bundan sonra medianın bu cür ekspromt aksiyalara əl atacağını deyib. |
Bu gün Azərbaycan jurnalistləri mətbuata təzyiqlərə son qoyulması tələbilə Bakıda, Sabir bağında sanksiyalaşdırılmamış piket keçiriblər. Xatırladaq ki, paytaxt meriyası jurnalistlərin iyunun 12-də “Neftçilər” metrostansiyasının yanında aksiya keçirilməsilə bağlı müraciətinə mənfi cavab vermişdi. Bu səbəbdən jurnalistlər icazəsiz aksiyalara qərar verməyə məcbur olublar. Saat 14:00-a təyin olunan aksiyanın yeri və vaxtı aksiyadan yalnız 15-20 dəqiqə əvvəl məlum olub. Aksiyaçılar Sabir bağında toplaşdıqdan sonra “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid piketi açıq elan edib. O bildirib ki, artıq mətbuat işçiləri partizan mübarizəsinə başlayıblar və bundan sonra jurnalistlər piket keçirərkən nə meriyaya, nə də polisə məlumat verəcəklər.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxışında mətbuata qarşı təzyiqlərin hakimiyyətin ən yuxarı səviyyəsində sifariş verildiyini vurğulayıb. Baş redaktor bundan sonra medianın bu cür ekspromt aksiyalara əl atacağını deyib.
R.Arifoğlu çıxışını bitirəndən sonra aksiyaçılar “Azadlıq!”, “Azad söz!” şüarlarını səsləndiriblər.
Jurnalistlərin səsinə yaxınlıqdakı polis əməkdaşları gəlib. Polislər aksiyaçıları heykəlin qarşısından uzaqlaşdırarkən R.Arifoğlu artıq aksiyanın başa çatdığını bəyan edib və jurnalistlərin evə, iş yerlərinə qayıtmasına imkan verilməsini istəyib.
Jurnalistlər Sabir bağından uzaqlaşmaq istəyərkən qəfildən əraziyə polis maşını gəlib. Bu zaman Sabir bağı yaxınlığındakı polislər jurnalistləri zorla maşına oturtmaq istəyiblər.
Polislər əvvəlcə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanı və redaktor Zabil Müqabiloğlunu maşına oturtmaq istəyiblər. Bu zaman digər jurnalistlərə də zorakılıq edilib. “Yeni Müsavat”ın əməkdaşları Etibar Seyidağa və Elşad Məmmədliyə qarşı xüsusi zorakılıq edilib. Etibar Seyidağanı 3 polis zabiti vəhşicəsinə döyüb. Onun qarnına yumruq və təpiklə zərbələr endirilib. Həmçinin polis əməkdaşları Etibar Seyidağanın paltarını cırıblar və cibindən 21 manat pul götürdükdən sonra ondan əl çəkiblər.
“Media forum” saytının məlumatına görə, yolda polislər R.Arifoğlunu sərbəst buraxıblar. Lakin üstündən bir neçə dəqiqə ötəndən sonra onlar “Yeni Müsavat”ın baş redaktorunu yenidən tutaraq 9-cu polis bölməsinə aparıblar. Rauf Arifoğlu ilə yanaşı, “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu və “Yeni Müsavat”ın redaktoru Zabil Müqabiloğlu da saxlanılaraq 9-cu polis bölməsinə aparılıblar.
Hadisədən xəbər tutan xarici ölkə səfirlikləri dərhal polis bölməsinə diplomat göndəriblər. Redaktorlar təqribən saatyarım bölmədə saxlanıldıqdan sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, müxalifətin icazəsiz aksiyalarında jurnalistlərin döyülməsi hallarına dəfələrlə rast gəlinsə də, son illər mətbuat nümayəndələrinin öz etiraz tədbiləri bunca zarakılıqla dağıdılmamışdı.
P.S. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu saat 16:30-da azad olunub.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir