- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
GUAM-ın Bakı sammitinə 23 ölkə qatılacaq
BayBək, Azərbaycan | Monday, 18th June , 2007 , 06:19 [am] | İç Xəbərlər
![]() |
. | Sammitdə qonaq qismində Polşa prezidenti Lex Kaçinski, Litva prezidenti Valdas Adamkus, Rumıniya prezidenti Trayan Basesku, Bolqarıstanın vitse-prezidenti Angel Marin, ABŞ dövlət katibinin müavini, Yaponiyanın xarici işlər nazirinin müavini Yabunaka, Latviyanın iqtisadiyyat naziri Andris Pabriks, Estoniya parlamentinin vitse-spikeri xanım Kristina Oyuland, Avstriya Xarici İşlər Nazirliyinin baş katibi, xanım Yoxannesa Kirle, Çin, Koreya, Qazaxıstan, Almaniya, Türkmənistan, Türkiyə, Slovakiya, Portuqaliya, Yunanıstan, İtaliya təmsilçiləri iştirak edəcəklər. |
İyunun 19-da Bakının “Gülüstan” sarayında Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilatın (GUAM) ikinci zirvə toplantısı keçiriləcək. APA-nın məlumatına görə, toplantıda Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Moldovanın baş naziri Vasili Tarlev iştirak edəcəklər.
Sammitdə qonaq qismində Polşa prezidenti Lex Kaçinski, Litva prezidenti Valdas Adamkus, Rumıniya prezidenti Trayan Basesku, Bolqarıstanın vitse-prezidenti Angel Marin, ABŞ dövlət katibinin müavini, Yaponiyanın xarici işlər nazirinin müavini Yabunaka, Latviyanın iqtisadiyyat naziri Andris Pabriks, Estoniya parlamentinin vitse-spikeri xanım Kristina Oyuland, Avstriya Xarici İşlər Nazirliyinin baş katibi, xanım Yoxannesa Kirle, Çin, Koreya, Qazaxıstan, Almaniya, Türkmənistan, Türkiyə, Slovakiya, Portuqaliya, Yunanıstan, İtaliya təmsilçiləri iştirak edəcəklər.
Sammitə Avropa Komissiyası, ATƏT, Avropa Şurası, BMT, İKT, NATO, QDİƏT, YUNESKO kimi beynəlxalq təşkilatlar da dəvət olunub. QDİƏT baş katibinin müavini Altay Əfəndiyev də sammitdə iştirak edəcək. Sammit çərçivəsində “GUAM-ABŞ” və “GUAM-Yaponiya” görüşləri də nəzərdə tutulub. Sammitdən öncə Bakıda iyunun 16-17-də GUAM Milli Koordinatorlar Şurasının, iyunun 18-də isə quruma üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasları keçiriləcək. GUAM-ın II sammitində sədrlik Ukraynadan Azərbaycana keçəcək.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir