- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Bakıda növbəti silahlı qarşıdurma
BayBək, Azərbaycan | Tuesday, 19th June , 2007 , 22:20 [pm] | İç Xəbərlər
![]() |
. | Atatürk prospektində yerləşən “Pürrəngi” çayxanasında atışma olub. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Əfqan Zəfər oğlu Şirzadov münaqişə zəminində Nizami rayon bələdiyyəsinin sədri Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımovu odlu silahdan açılan atəşlə yaralayıb. Güllə yarası alan Vidadi Qasımov Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. |
İyunun 17-də saat 01.00 radələrində Atatürk prospektində yerləşən “Pürrəngi” çayxanasında atışma olub. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Əfqan Zəfər oğlu Şirzadov münaqişə zəminində Nizami rayon bələdiyyəsinin sədri Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımovu odlu silahdan açılan atəşlə yaralayıb. Güllə yarası alan Vidadi Qasımov Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Cinayət işinin araşdırılması prokurorluğun böyük müstəntiqi Yaşar Əliyevə həvalə olunub. Keşlə bələdiyyəsinin sədri Arif Qasımov baş verən hadisə ilə bağlı açıqlama verməkdən imtina edib.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir