- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Sabah (İyunun 24-ü) Elçibəyin günüdür…

BayBək, Azərbaycan | Sunday, 24th June , 2007 , 04:25 [am] | İç Xəbərlər

. bilirdi. Elçibəy bu millətin özünə sevgisini yaratdı, millət öz böyüklüyünü Elçibəyin dilindən eşitdi və inandı, inandı ki, onu əslində tarixlərin o üzündən yol alıb gələn ata-babalarından heç nə ayırmır, olsa-olsa zamanın sınağında bir qədər büdrəyib, amma əyilməyib, sınmayıb. Millətin inamını ona qaytarmaq Elçibəyin böyüklüyü idi, o, MİLLƏTİNİ SEVDİYİNDƏN onu azad görmək istəyirdi, bu AZADLIЉI ona vermək üçün həyatını da fəda etməyə hazır idi.

Örnək olası çox davranışlar sərgiləyirdi, “hər şeyin zamana ehtiyacı var” deyimi ilə həqiqətlərin dərkinə zəmin hazırlayırdı. Çoxlarından fərqli olaraq, əxlaqını, insanları, mübarizə apardığı



Bəyin əsl GÜNÜ bu tarixin Bütöv Azərbaycanda qeyd edildiyi gün olacaq…

İyunun 24-ü Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür. O Elçibəyin ki, bütün ömrünü millətinin azadlığı uğrunda mübarizəyə həsr edib “Bu, mənim taleyimdir” dedi. O Elçibəyin ki, çoxları Sovet İmperiyasının gələcəyindən ağızdolusu danışanda o, çəkinmədən, uzaqgörənliklə və millətinin azadlığına olan inamı ilə “Deyirdim ki, bu quruluş dağılacaq” deyə vaxtında ona inanmayanları öz gerçəklərinə bir daha inandırdı.

Onun gerçəkləri yalan tozuna bürünməmişdi, yalnız və yalnız həqiqətlərdən ibarətdi, ona görə millətinin ürəyinə yol açıb onu öz böyüklüyünə inandıra bilirdi. Elçibəy bu millətin özünə sevgisini yaratdı, millət öz böyüklüyünü Elçibəyin dilindən eşitdi və inandı, inandı ki, onu əslində tarixlərin o üzündən yol alıb gələn ata-babalarından heç nə ayırmır, olsa-olsa zamanın sınağında bir qədər büdrəyib, amma əyilməyib, sınmayıb. Millətin inamını ona qaytarmaq Elçibəyin böyüklüyü idi, o, MİLLƏTİNİ SEVDİYİNDƏN onu azad görmək istəyirdi, bu AZADLIЉI ona vermək üçün həyatını da fəda etməyə hazır idi.

Örnək olası çox davranışlar sərgiləyirdi, “hər şeyin zamana ehtiyacı var” deyimi ilə həqiqətlərin dərkinə zəmin hazırlayırdı. Çoxlarından fərqli olaraq, əxlaqını, insanları, mübarizə apardığı siyasət meydanını, nəhayət, millətindən öz çıxarları üçün istifadə etmirdi, yəqin elə buna görədir ki, hətta ən güclü opponentləri belə onun barəsində ehtiramla danışmağa məcbur olur. Heç bir ləkənin yapışmayacağı qədər saflığa sahibdi, bu saflığını sadəlövhlük kimi qiymətləndirənlər var, amma o, heç belələrini də qınamırdı. Bəyin leksikonunda ancaq inam dolu sözlər vardı, inamı itirməyin ölümdən betər olduğunu anladırdı, ona görə də hətta ən çətin günlərində belə gözlərinin dərinliyindəki o inam azalmamışdı.

Siyasət meydanına çoxları kimi meydanın boş olduğu vaxtlarda atılmamışdı, meydanda hər sözün bir ömürlük cəzaya nail olduğu zamanda sinəsini irəli vermişdi. Azərbaycanı tarixi ilə bərabər sevirdi, ən böyük sevdası idi Təbriz. Bu sevdanın həsrətə bürünmüş dərdini çəkəcək qədər qüvvətli idi, eyni zamanda Təbriz haqqında bircə sözlə gözündəki yaşları heç kəsdən gizlətməyəcək qədər güclü.

Təbrizdən danışmaqla onu uzaqdan-uzağa çoxumuza sevdirmişdi, həyatında bircə dəfə belə görmədiyi şəhəri yuxularımızın şəhərinə çevirmişdi, səhərlərində də bu yuxunu yaşamaq üçün çırpınırdı.

Çoxları onu ehtiyatsızlıqda qınayırdı, amma bu ehtiyatsızlığın həm də böyük uzaqgörənlik olduğunu anlamaq üçün çox vaxt tələb edilmədi. Təbriz yanğısını söndürmək üçün ancaq və ancaq bütövlüyün gücünün yetəcəyini deyirdi, üzərinə çox ittihamları götürürdü, ancaq həqiqətləri söyləməkdən geri çəkilmirdi. Meydanda sözünün həqiqətinə zamanın özünün hamını inandıracağı qənaəti vardı, zamana etibar ediləsi çox mətləbləri də elə özü ilə bərabər apardı. Tək deyildi, MİLLƏTİ HƏMİŞƏ YANINDAYDI, onun millətə olan sevgisinə Elçibəy ruhuna olan sevgisi ilə qarşılıq verirdi. Çox xəyanətlər görmüşdü, üzülürdü, ancaq üzüntüsünü heç kəsə bəlli etmirdi, hər şeyi təbii qarşılayırdı, bu da onun siyasətçi olmadığını iddia edənlərə ən tutarlı cavabı idi. Siyasətdə təbii görünməyən heç nə yoxdur, Bəy zatən çoxlarının hələ görə bilmədiklərini də görürdü, sadəcə heç kəsi, ən əsası, insanları itirmək istəmirdi.

Onun üçün Tanrının yaratdığı insan çox qiymətli idi, o, insanları pisi və yaxşısı ilə birlikdə sevirdi. İnsana məhəbbəti Tanrıya məhəbbətinin böyüklüyünü andırırdı. Ətrafındakıların Bəyin gücü ilə güclü olduqlarını üzlərinə vurmurdu, necə olsa, zəiflikləri zaman özü üzə çıxaracaqdı. Necə ki, vaxtilə meydanları dolub-daşıran gücləri ilə öyünən çoxları indi bir neçə yüz adamı belə meydana çıxara bilmir və bu əhalinin az qala 90 faizinin guya hökumətdən narazı olduğunu iddia etdikləri bir ölkədə baş verir.

Belə mitinqlərin birində bircə dəfə ətraflarına göz gəzdirmələri kifayətdir ki, güclərinin Elçibəyin gücü ilə ölçüldüyü həqiqətini qəbul etsinlər. Bilməmiş deyillər, sadəcə həqiqətləri qəbul etmək yalanları qəbul etdirməkdən daha çətindir. Bəlkə Elçibəyin ahıdır onları meydanda özləri ilə baş-başa buraxan? Hər halda, düşünməli çox şey var…

İyunun 24-ü Elçibəyin günüdür, bu gün hamı ondan danışacaq, hər yerdə o xatırlanacaq, ən əsası ürəklərdə. Zatən, millət öz qəhrəmanlarını heç zaman unutmur, bu da millətin qəhrəmanlarına olan sevgisidir.

Bu gün Azərbaycan Elçibəyi qazanıb, amma Bəyin əsl günü bu tarixin Bütöv Azərbaycanda qeyd edildiyi gün olacaq…
Doğum günün mübarək, Bəy!

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_300.azr
azeribaybak[at]gmail.com