- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycan Fedrasiyonu-İsveç, Bəzz qalasına yürüş ərəfəsində və ulu Babəkin doğum günü ilə əlaqədar
BayBək, Azərbaycan | Thursday, 28th June , 2007 , 22:03 [pm] | Bildirişlər
![]() |
. | Biz Azərbaycan Fedrasiyonu-İsveç(AFİ) olaraq Ulu Babəkin doğum günü munasibətilə millətimizi təbrik edib, bu yolda, bu mübarizədə bütün Babək düşüncəli insanlarımıza başarılar, millətimizə azadlıq və şəhidlərimizə rəhmət diləyir, bu müqəddəs gündə sizinlə birgə Babək qalasını ziyarət edə bilməyən qardaş və bacılarınız olaraq Sizinlə birlikdə olduğumuzu |
Bəzz qalasına yürüş ərəfəsində və ulu Babəkin doğum günü ilə əlaqədar
AFİ nin Azərbaycan xalqına təbrik muraciəti
Əziz vətəndaşlar!
Hamimiza məlumdur ki, vətənimizin böyük hissəsi hələ də İran deyilən ölkədə Fars şovonizminin əsarəti və zülmü altındadır. Bu zülm Pəhləvilər dönəmindən bu gunə qədər bütün gücüylə sürməkdədir. Xalqımız zaman-zaman milli azadlıq mübarizəsinə qalxsa da şovonist farsların, mürtəci xarici quvvələrin və daxılı reaksiyanın birləşmiş quvvələrinə qalıb gələ bilməmişdir.
Ancaq son illərdə başlamış milli hərəkət, dünyada baş verən surətli demokratik deyişikliklər məqsədə nail olacağımız günün uzaqda olmadığından xəbər verir. Hər il yüz minlərlə, milyonlarla mübariz vətəndaşlarımız birinci azadlıq sevənimiz, ulu Babəkin və onun ideyalarının eşqilə Babək qalasına yığışır, milləti birliyə və milli hərəkata çağırırlar. Bu günlər azərbaycanlıların ürəyi Babək qalasında döyünür.Güney Azərbaycan türkləri öz tapdanmış haqlarını bərpa etmək üçün Babəki örnək götürmüşlər. Hər il yüz minlərlə yurddaşımız ulu Babəkin doğum günü munasibətilə, Bəzz Qalasına milli qurultaya toplanır. Bu yolla onlar milli problemlərini dünya ictimaiyyətinin diqqətinə çattırmaq istəyirlər.
Əzizi vətəndaşlar!
Siz bu gün milli mübarizəmizdə özünüzə millətimizin unudulmaz qəhrəman oğlu Ulu Babəki örnək götürdünüz və onun yolunu tutdunuz. Bu yol çox çətin ancaq babalarımızın getdiyi müqəddəs və şərəfli bir yoldur. Bu yolun bizi hara apardığını hamımız yaxşı bilirik. Çünkü, millətimizin azadlığı üçün təkcə doğru yol budur. Ulu Babək demokratik bir yol seçmişdi, hələ çoxlarının demokratiyanın nə olduğunu bilmədiyi bir zamanda. Ulu Babək mübariz bir yol seçmişdi, hələ çoxlarının mübarizə nə olduğunu bilmədiyi bir zamanda. Ulu Babək milli bir yol seçmişdi, hələ çoxlarının millət nə olduğunu bilmədiyi bir zamanda. Ulu Babək onun demokratiyasına, onun mübarizəsinə, onun millətinə qarşı çixanlara qarşı çixdi, döyüşdü, qalib gəldi. Onun qalibiyyəti, bu günkü millətimizin varlığıdır. Bu gün millət yaşayırsa, döyüşürsə, mübarizə aparırsa, Babək də yaşayır, döyüşür, mübarizə aparır. Bu gün millətimizin dəyərli oğul və qızlarının getdiyi yol, Babəkin nüçə yüz illər bundan əvvəl getdiyi yoldur. Bu millətimizin qurtuluş yoludur. Millətimizin qurtuluşu onun birliyində, onun mübarizəsində, onun demokratikləşməsində, onun milli düşüncəyə sahıb çixmasındadır. Millətimizin qurtuluşu Babək qalasındadır.
Biz Azərbaycan Fedrasiyonu-İsveç(AFİ) olaraq Ulu Babəkin doğum günü munasibətilə millətimizi təbrik edib, bu yolda, bu mübarizədə bütün Babək düşüncəli insanlarımıza başarılar, millətimizə azadlıq və şəhidlərimizə rəhmət diləyir, bu müqəddəs gündə sizinlə birgə Babək qalasını ziyarət edə bilməyən qardaş və bacılarınız olaraq Sizinlə birlikdə olduğumuzu bəyan edir, haqqlı mübarizənizin, haqq səsinizin dünyaya çatdırılmasında əlimizdən gələni edəcəyimizə söz veririk.
Ulu Babəkin yolu yolculu olsun.
Azərbaycan Fedrasiyonu-İsveç
Baş komitə
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir