- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Bakı-Supsa çürüdü… Ekspertlərə görə, kəməri “yamaq vurmaqla” bərpa etmək mümkün deyil, onu yenidən tikmək lazım gələcək
BayBək, Azərbaycan | Thursday, 17th May , 2007 , 01:10 [am] | İç Xəbərlər
![]() |
. | Azərbaycan neftini Gürcüstanın Qara dəniz sahilinə çıxaran, təxminən 900 kilometr uzunluğundakı Bakı-Supsa boru kəməri belə getsə, tamamilə sökülə bilər. Səbəb kəmərdə korroziya hallarının az qala hər gün aşkarlanmasıdır. Bu barədə “Ekspress”ə adının çəkilməsini istəməyən hökumət nümayəndəsi bildirib. |
Azərbaycan neftini Gürcüstanın Qara dəniz sahilinə çıxaran, təxminən 900 kilometr uzunluğundakı Bakı-Supsa boru kəməri belə getsə, tamamilə sökülə bilər. Səbəb kəmərdə korroziya hallarının az qala hər gün aşkarlanmasıdır. Bu barədə “Ekspress”ə adının çəkilməsini istəməyən hökumət nümayəndəsi bildirib.
Ötən ilin sonlarında təmir üçün müvəqqəti dayandırılmış Bakı-Supsa xətti artıq 7 aydır ki, işləmir. Oktyabr ayında borunun içərisi ilə hərəkət edərək onun defektlərini aşkara çıxaran xüsusi cihaz (neftçilər onu “donuzcuq” adlandırırlar) kəmərin bir sıra sektorlarında korroziya aşkarlamışdı. BP bunu “adi anomaliya” kimi təqdim etsə də, kəmərlə neft nəqli tamamilə dayandırıldı və Bakı-Supsanın “payı” Bakı-Нovorossiysk marşrutuna ötürüldü. Hərçənd ki, belə çıxış yolu həmin ərəfədə Bakı üçün heç arzuolunan deyildi: Qışda Rusiya təbii qazının qiymətini qaldırdıqdan sonra Azərbaycan cavab olaraq Bakı-Нovorossiysk marşrutu ilə neft nəqlini azaltmağa qərar vermişdi.
Bakı-Supsada heç bir sızma olmadığını israrla vurğulayan BP isə bildirirdi ki, problem yalnız mühafizə ilə bağlıdır, belə ki, kəmərin bəzi yerlərindən neft oğurluğu halları istisna edilmir. “Bu halda nefti Bakı-Tiflis- Ceyhan borusu ilə də daşımaq olar”, - deyə şirkət yetkililəri yol göstərirdilər.
Buna cavab olaraqsa, Azərbaycan tərəfi BTC-nin tam gücü ilə işləmək üzrə olduğunu və “kəməri yükləməyin” mümkünsüzlüyünü bildirmişdi. Qeyd edək ki, Bakı-Supsa ilə gündə 100 min barrel neft ixrac edilirdi. Odur ki, tərəflər kəmər üzərində bərpa işlərinin tamamlanmasını gözləyirdilər.
Amma beşaylıq araşdırmaların nəticəsi ürəkaçan olmayıb: Ekspertlərin kəmərlə bağlı ən netaqiv mülahizələri təsdiqlənib. “Əsas qənaət belədir ki, kəmər korroziyaya məruz qalıb. BP Qafqazda da Texasdakına bənzər təhlükəsizlik problemi yaradıb, - deyə mənbə vurğulayır. - Hazırda Bakı-Supsaya dəyən ziyanın ümumi məbləği hesablanır. Aydındır ki, kəməri bu vəziyyətdə istifadə etmək mümkün deyil. Yamaq yolla bərpa işləri isə etibarlı deyil”.
Xatırladaq ki, Alyaskada BP-nin operator olduğu neft kəmərində də sızma baş vermişdi və mütəxəssislərə görə, əgər o vaxt şirkət xəbərdarlıqları eşitsəydi, kooroziyanın qarşısını ala bilərdi.
Yeri gəlmişkən, bir müddət əvvəl britaniyalı mütəxəssis, əvvəllər Bakı-Tiflis-Ceyhan neft kəmərinin məsləhətçisi olmuş Derek Mortimor BTC-də də buna bənzər qüsurlar olduğunu aşkarlamışdı. Belə ki, kəmərin qaynaq yerlərinə çəkilmiş rəng qatı getdikcə çat verir, bu da korroziyaya və kəmərdən neft sızmasına gətirib çıxara bilər. Bu rəng qatı 2003-cü ildə, kəmərə neft vurulmamışdan da çat veribmiş: “O vaxt “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı neft ehtiyatlarının istismarı üzrə yaradılmış konsorsiumun operatoru olan BP bu barədə səhmdarlara məlumat verməsə də, kəmərin tikintisi yubanmış və bu da milyonlarla dollar məbləğində əlavə xərcə səbəb olub”.
Bu olaydan sonra BP şirkəti məsələnin həll olunduğunu bildirsə də, başqa problem aşkarlanıb. 680 milometrlik Cənubi Qafqaz qaz kəməri də (Bakı-Tiflis- Ərzurum) eyni rənglə rənglənibmiş.
“Ekspress”in dünən mövzu ilə bağlı “BP-Azərbaycan” şirkətindən münasibət öyrənmək cəhdləri nəticəsiz qalıb.express
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir