- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

“KEYHAN” QƏZETİ ÖLKƏMİZƏ ƏRAZİ İDDİASI EDİR - S.SƏDRƏDDİN

BayBək, Azərbaycan | Odgün, 22nd Avqust , 2007 , 03:01 [gü] | Məqalə-Yazi

. Amma Tehran hakimiyyəti bir çox məsələdə şəffalıqdan qaçdığından ölkəmizə səfər zamanı da Əhmədinijatın mətbuat konfransı keçirəcəyi şübhəlidir. Ötən səfərində o bundan imtina etmişdi. Hətta juranlistlərlə görüşəcəyi halda belə həmin təbliğata qarşı çıxacağı, yaxud buna aydınlıq gətirəcəyi gerçək görünmür.ayna


Bir neçə il öncə mərhum dövlət başçısı Heydər Əliyevin Tehrana rəsmi səfəri zamanı keçirdiyi görüşdə İranın o vaxtkı prezidenti Məhəmməd Xatəmi Xəzərə “Dəryaçeyi-Mazandaran” demişdi. Onda H.Əliyev iranlı həmkarının sözünü kəsərək, məsələyə aydınlıq gətirdi.
Ötən 80 ildən artıq dövr ərzində İranda biri-birini əvəzləyən hakimiyyətlər Azərbaycanın yer adlarını dəyişməklə yanaşı, tarixi saxtalaşdırmağa səy göstərməkdədir.

Başqa sözlə, fars şovinisti tutduğu vəzifə və ictimai mövqedən asılı olmayaraq, Azərbaycana qarşı eyni tərzdə çıxış edir. Belə çıxışlar hakimiyyətə mənsub mətbuatda da tez-tez işıqlanmaqdadır.

“Baybak”saytı Baybak Təbrizli adlı bir nəfərin bu haqda yazdığı cavab yazısını yayıb. Məqalədə deyilir ki, Tehranda çıxan “Keyhan” qəzetinin son sayında baş redaktor Hüseyn Şəriətmədari “Şimali İran ana yurda (İrana-B.T.) qaytarılmalıdır” yazıb.

Baş redaktorun fikrincə, Gülüstan və Türkmənçay müqaviləsinin vaxtı başa çatıb. “Orta Şərq də İrana məxsusdur. Burada hər hansı dəyişikliyi bizlər etməliyik”, - deyə baş redaktor bildirib.

B.Təbrizli yazıb ki, bu sayaq yazılarla Şəriətmədari kimilər türklərin reaksiyasını yoxlayırlar. O, məsələni açıqlayaraq, belə münasibət bildirib: “Heç kimə sirr deyil ki, bu ərazilərdə min illər boyu türk tayfaları yaşayıb, sülalələri hakimiyyətdə olub. Həmin dövrlərdə farsların ayağı bu torpaqlara dəyməmişdi. Şovinistlərin dediyi “İran” adı isə 80 ildir meydana çıxıb.

İllərdir ki fars şovnistləri Qüzey Azərbaycanı “Şimali İran” adlandırır. Qafqazın farslara aid olduğunu iddia edirlər. Onların bu təcəvüzkar istəyi günü-gündən daha artıq dərəcədə vüsət alır. Qafqaz, körfəzin Cənub bölgələri, Əfqanıstan və Türkiyənin bir sıra şəhərlərini İrana qatmaq istəyi Tehran rəsmilərinin danışıqlarından, rəsmi mətbuata keçib.

Ötən aylarda ölkənin bəzi yazarları və rəsmiləri başqa ölkələrə ərazi iddiası ilə çıxış ediblər. Bunlardan biri də Möhsün Rzayidir (o, Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasının katibidir - S.S.).

Qeyd edək ki, o, İnqilab Keşikçiləri Qvardiyasının qurucularından və baş komandanı olub. O, yazılarında və çıxışlarında İranın ərazisini belə göstərir: “Orta Şərq, Tacikistan, Əfqanınstan, Qafqaz, İraq, Türkiyə, körfəz ətrafı kiçik dövlətlər, hətta Türkmənistan kimi dövlətlər bura daxildir”.

Təbrizlinin yazdığına görə, ölkənin ali rəhbəri ayətulla Xamneyiyə məxsus bu qəzetdə bəhs etdiyimiz fikirlərə dəfələrlə yer verilib.
“Keyhan”nın baş redaktoru H.Şəriətmədarinin qəzetinin ötən aykı sayında “Bəhreyn bizimdir” başlıqlı məqalə yazdığını xatırladan müəllif bildirib ki, o zaman bu yazı böyük qalmaqala səbəb oldu. Bəhryen İrana bununla bağlı etiraz notası verdi, ölkənin xarici işlər naziri ilə öncədən müəyyənləşdirilmiş görüş təxirə salındı və s.

Tehran hakimiyyəti baş vermişlərlə əlaqədar Bəhreyndən üzr istədi. Qvardiyanın qurucularından, Xomeyninin davamçılarından olan Hüseyn Şəriətmədari (azərbaycanlı, mərhum ayətullaüzma Şəriətmədari ilə heç bir qohumluğu və milli yaxınlığı yoxdur - S.S.) isə heç bir hadisə olmamış kimi “düşüncələrimi yazmışam” deməklə məsələyə münasibətini bildirdi.

“Amma Azərbaycan Respublikasına ərazi iddiası edilərək, bura “Şimali İran” adlananda Qüzeydəki millət və hakimiyyət susur. İrana bağlı bəzi əllər Azərbaycan Respublikasında təhlükəli işlər görməyə çalışır. Bir sıra insanlar bu kimi fəaliyyətlərə göz yummaqdadır.
İranda artıq “Şimali İran” adlı qəzet də təsis olunub. Kitablar, radiolar, hətta televiziya kanallarında belə Azərbaycan ərazilərinin İrana məxsus olması haqda materiallar verirlər.

İndiyə kimi Azərbaycan rəsmiləri bu sayaq məsələlərə heç bir reaksiya verməyiblər. Bizlər isə Güneydən aylar uzunudur ki, bu haqda haray çəkib, deyirik: “Ay azərbaycanlılar, torpaqlarımızı parçalayan düşmən indi də müstəqil Azərbaycan Respublikasına göz dikib”.
Dilim lal olsun, yoxsa Azərbaycan Respublikasında hamı özünü iranlı bilir”, - deyə B.Təbrizli İran qəzetləri və rəsmilərindən narahatlıqla yazıb.

Əslində Tehranın mətuat oqranları və rəsmiləri birinci dəfə deyil ki, bu sayaq çıxışlar edirlər. Elə İran prezidenti Mahmud Əhmədinijatın səfəri ərəfəsində “Keyhan” qəzetində belə məqalənin çap edilməsi bir qədər müəmmalı görünür. İranın mətbuat orqanları hökumət başçısının səfərinə problemlər yaradır. Bakıda jurnalistlərin bu istiqamətdə verəcəyi sualı çox güman ki, Əhmədinijat söz, fikir və mətbuat azadlığı ilə əlaqələndirə bilməyəcək. Çünki ölkədə bu istiqamətdə azadlıq yox dərəcəsindədir.

Əks halda, Anayasada nəzərdə tutulmuş haqlarını tələb edənlərin də özünü ifadə azadlığına icazə verilərdi. Bu baxımdan H.Şəriətmədarinin “düşündüklərimi yazmışam” və ya Əhmədinijatın buna oxşar cavabı bayağı görünəcək.

Amma Tehran hakimiyyəti bir çox məsələdə şəffalıqdan qaçdığından ölkəmizə səfər zamanı da Əhmədinijatın mətbuat konfransı keçirəcəyi şübhəlidir. Ötən səfərində o bundan imtina etmişdi. Hətta juranlistlərlə görüşəcəyi halda belə həmin təbliğata qarşı çıxacağı, yaxud buna aydınlıq gətirəcəyi gerçək görünmür.ayna

BayBak, All about a Nation, Bir millətin səsi

==========
Buna bağli olan yazılar


Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_833.azr
azeribaybak[at]gmail.com