- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İran Azərbaycan bizimdir dedikdən sonra, İranla Azərbaycan arasında beş dostluq sənəd imzalanıb

BayBək, Azərbaycan | Odgün, 22nd Avqust , 2007 , 07:32 [gü] | İç Xəbərlər

. Geçən günlər Azərbaycan bizimdir dəiyn İranli politoloqlarin cavabi olaraq, Əliev hakimiyəti İranla beş önəmli dostluq sənəd imzaladi!

Qomşu ülkələrdən xususilə İrandan qorxan Əliev hakimiyətinin davranişlari təmamilə Azərbaycan milli mənafesinə qarşidir. Ermənistani dəstəkləiyn İran və Rusia ilə yaxin iliəkidə olan hakimiyət bəlki Azərbaycani İrana vermək qəsdindədir! kim bilir?



«İran Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə sadiqdir. Azərbaycanın inkişafı İranın inkişafı deməkdir».
Bunu Bakıda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad avqustun 21-də prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Mahmud Əhmədinejad bildirib ki, bu iki ölkəni bir-birinə dini, tarixi və mədəni əlaqələr bağlayır. Və onun dövləti Azərbaycanın müstəqilliyinə, təhlükəsizliyinə və inkişafına sadiqdir.

Prezident İlham Əliyev isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində İran Azərbaycanın mövqeyini dəstəkləyir.

Danışıqlar beş sənədin imzalanması ilə başa çatıb. Dövlət başçıları birgə Bəyanat imzalayıblar. Bundan əlavə rəsmilər arasında:

- Bakı-İran-Naxçıvan müntəzəm avtobus reyslərinin açılması barədə memorandum;

- Culfa-Culfa avtomobil yolunun inşa edilməsi;

- Ordubad-Mərabad SES-in tikintisi barədə memorandum;

- Poldaşt-Şahtaxtı sərhəd nəzarət-barıxılış məntəqəsinə beynəlxalq status verilməsi barədə saziş imzalanıb.

İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycan səfəri avqustun 21-də başlayıb. Səfər iki gün davam edəcək.azadliq

Geçən günlər Azərbaycan bizimdir dəiyn İranli politoloqlarin cavabi olaraq, Əliev hakimiyəti İranla beş önəmli dostluq sənəd imzaladi!

Qomşu ülkələrdən xususilə İrandan qorxan Əliev hakimiyətinin davranişlari təmamilə Azərbaycan milli mənafesinə qarşidir. Ermənistani dəstəkləiyn İran və Rusia ilə yaxin iliəkidə olan hakimiyət bəlki Azərbaycani İrana vermək qəsdindədir! kim bilir?

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_835.azr
azeribaybak[at]gmail.com