- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İş adamları Hacı Mazan Musayevin və Hacı İlyasın saxlanılmasının səbəbləri bilinmir

BayBək, Azərbaycan | Odgün, 22nd Avqust , 2007 , 13:13 [ax] | İç Xəbərlər

. QMİ sədri Allahşükür Paşazadənin yaxın qohumları: tikinti biznesində önəmli fiqurlardan sayılan Hacı Mazan Musayev və onun şəriki Hacı İlyas dünən hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Xəbər redaksiyamıza axşam saatlarında daxil olduğundan hüquq mühafizə orqanları ilə əlaqə saxlaya bilmədik. Bununla belə, həbsin səbəblərini öyrənə bilməsək də, hakimiyyətdəki mənbələrimizlə əlaqə saxlayıb hadisə



QMİ sədri Allahşükür Paşazadənin yaxın qohumları: tikinti biznesində önəmli fiqurlardan sayılan Hacı Mazan Musayev və onun şəriki Hacı İlyas dünən hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Xəbər redaksiyamıza axşam saatlarında daxil olduğundan hüquq mühafizə orqanları ilə əlaqə saxlaya bilmədik. Bununla belə, həbsin səbəblərini öyrənə bilməsək də, hakimiyyətdəki mənbələrimizlə əlaqə saxlayıb hadisə barədə bəzi dəqiqləşdirmələr apara bildik.

Aldığımız bilgilərə görə, Hacı Mazan əvvəllər iki dəfə həbs olunub. O, şeyxlə yaxın qohumluq əlaqələrindən istifadə edərək paytaxtda və ölkədən kənarda geniş biznes şəbəkəsi qurub. Mənbənin məlumatına görə, Göy məscidin arxasında tikilmiş yeni yaşayış binaları, şəhərin digər yerlərində yeni yaşayış kompleksləri və bu yaxınlarda Bilgəh qəsəbəsində dağıdılmış villalar ona məxsus olub. Mənbə bu yaxınlarda ərazisində ikimərtəbəli tikili uçan «Neapol» istirahət mərkəzinin də Hacı Mazana məxsus olduğunu bildirib. Qeyd edək ki, «Neapol»un direktoru Şükür Əhmədov həbs edilərək barəsində Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi başlanıb. Hacı İlyasa gəldikdə, mənbə onun da şeyxlə qohumluq münasibətləri olduğunu söylədi.

Bu iş adamının da biznes dairələrində kifayət qədər çəkisi olduğu deyilir.
Xəbərdə daha sonra qeyd olunur ki, hər iki iş adamının obyektləri nəzarətə götürülüb və yaxın günlərdə intensiv yoxlamalar aparılacaq.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Akif Ağayevlə əlaqə saxladıq. Şeyxin yüzlərlə qohumunun olduğunu bildirən A. Ağayev hadisəni qərəzli şəkildə Allahşükür Paşazadəyə bağlamağa cəhd edildiyni söylədi: «Bu cür şayiələrə inanmayın. Onların heç bir əsası yoxdur» - deyə A. Ağayev vurğuladı.

Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.bizimyol

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_837.azr
azeribaybak[at]gmail.com