- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
MƏRHUM PREZİDENT ƏBÜLFƏZ ELÇİBƏYİN XATİRƏSİ ANILIB (Şəkil)
BayBək, Azərbaycan | Ortagün, 23rd Avqust , 2007 , 02:32 [gü] | İç Xəbərlər
![]() |
. | Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin vəfatından 7 il ötür.
Bu gün Ə.Elçibəyin ailə üzvləri, yaxınları Fəxri Xiyabanda onun qəbrini ziyarət ediblər. |
Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin vəfatından 7 il ötür.
Bu gün Ə.Elçibəyin ailə üzvləri, yaxınları Fəxri Xiyabanda onun qəbrini ziyarət ediblər.
Daha sonra Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Klassik Xalq Cəbhəsi partiyalarının üzvləri ziyarətə gəliblər.
«Turan»ın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu anım mərasimində çıxış edərək deyib ki, Elçibəyin məzarı başında çoxları vədlər verib, amma onu yerinə yetirməyib. O indiyədək Ə.Elçibəyə eks-prezident statusunun verilməsi haqda qanun qəbul edilmədiyini xatırladıb və bunun ədalətsizlik olduğunu vurğulayıb.
Siyasətçilərdən başqa bu gün Ə.Elçibəyin qəbrini ayrı-ayrı vətəndaşlar da ziyarət ediblər.
Əvvəlki illərdən fərqli olaraq bu il anım mərasimi ilə əlaqədar mərhum dövlət başçısının evi qarşısında mağar qurulmayıb.


, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir