- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
İki aksiyaçı həbs edildi
BayBək, Azərbaycan | Ortagün, 23rd Avqust , 2007 , 04:01 [gü] | İç Xəbərlər
![]() |
. | İran səfirliyi qarşısında aksiyaya cəhd zamanı Səbail polisi 11 nəfəri saxlayıb. Onlardan 6 nəfəri Səbail Rayon 9-cu Polis Bölməsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Qalan 5 nəfər isə Səbail Məhkəməsinə aparılıb. Aksiya zamanı polis hadisə yerində olan «Azadlıq» radiosunun müxbirinin işləməsinə mane olub. Jurnalistin fotoaparatını alaraq, çəkdiyi şəkillərin hamısını pozub. |
Avqustun 22-də İran səfirliyi qarşısında aksiya keçirməyə cəhd zamanı saxlanan iki nəfər - Dünya Azərbaycanlıları Konqresinin üzvləri Rəşad Quliyev və Səttar Rəhimli barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib və onlar Bakı Şəhər Baş Polis İdarəsinin Qara şəhərdəki müvəqqəti saxlanma məntəqəsinə göndəriliblər. Üç aksiyaçı isə Səbail Rayon Məhkəməsinin qərarıyla 22 manat cərimə edilərək sərbəst buraxılıb.
İran səfirliyi qarşısında aksiyaya cəhd zamanı Səbail polisi 11 nəfəri saxlayıb. Onlardan 6 nəfəri Səbail Rayon 9-cu Polis Bölməsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Qalan 5 nəfər isə Səbail Məhkəməsinə aparılıb.
Aksiya zamanı polis hadisə yerində olan «Azadlıq» radiosunun müxbirinin işləməsinə mane olub. Jurnalistin fotoaparatını alaraq, çəkdiyi şəkillərin hamısını pozub.
Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə təşkil edilən aksiyada məqsəd İran prezidentinin Azərbaycanda olduğu ərəfədə bu ölkədəki azərbaycanlıların hüquqlarının pozulması iddialarına etiraz etmək olub.azadliq
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir