- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
“Google” indi də kosmosun xəritəsini istifadəçilərinə təqdim edəcək
BayBək, Azərbaycan | Ortagün, 23rd Avqust , 2007 , 06:34 [gü] | Dış Xəbərlər
![]() |
. | Dünyanın ən böyük internet portallarından “Google” “google earth” adlı dünya xəritəsi proqramından sonra indi də kosmosun xəritəsini hazırlamaq qərarına gəlib. Peyklərdən dünyanı küçələrə qədər yaxınlaşdıraraq şəkillərlə istifadəçilərə göstərən “google”, ulduzların yaxın görüntülərini komputer ekranlarına gətirəcək. |
Dünyanın ən böyük internet portallarından “Google” “google earth” adlı dünya xəritəsi proqramından sonra indi də kosmosun xəritəsini hazırlamaq qərarına gəlib. Peyklərdən dünyanı küçələrə qədər yaxınlaşdıraraq şəkillərlə istifadəçilərə göstərən “google”, ulduzların yaxın görüntülərini komputer ekranlarına gətirəcək.
Google, “virtual teleskop” xüsusiyyətindəki proqramla təqdim ediləcək bu xidmətin, kosmos haqqında məlumat almaq məqsədi daşıyan bir oyuna bənzəyəcəyini açıqlayıb.
“Google sky” adlı proqram istifadəçilərinin təxminən 100 milyon ulduz və 200 milyon qalaktikanı görə biləcəyi bildirilib. 13 dildə olacaq “sky” xidmətini əldə etmək üçün “google earth” proqramının son versiyasına sahib olmaq lazımdır.
Qeyd edək ki, 2005-ci ilin iyununda istifadəyə verilən “Google Earth” adlı dünya xəritəsi proqramı indiyədək 250 milyon dəfədən çox komputerlərə endirilib.xxeber
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir