- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Əhmədinəjad Bakiya, Koçaryan Kremlə gedir! Bu gün Vladimir Putin Ermənistanlı həmkarı Robert Koçaryanı qəbul edəcək
BayBək, Azərbaycan | Ortagün, 23rd Avqust , 2007 , 13:00 [ax] | Dış Xəbərlər
![]() |
. | Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin Ermənistanlı həmkarı Robert Koçaryanı qəbul edəcək. Strateqiya və texnologiya təhlili mərkəzinin direktoru Ruslan Puxovun fikrincə, danışıqların əsas mövzusu hərbi-texniki əməkdaşlıq haqqında olacaq.
«İş ondadır ki, hazırda Rusiya Ermənistan ilə genişmiqyaslı hərbi əməkdaşlıq |
Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin Ermənistanlı həmkarı Robert Koçaryanı qəbul edəcək. Strateqiya və texnologiya təhlili mərkəzinin direktoru Ruslan Puxovun fikrincə, danışıqların əsas mövzusu hərbi-texniki əməkdaşlıq haqqında olacaq.
«İş ondadır ki, hazırda Rusiya Ermənistan ilə genişmiqyaslı hərbi əməkdaşlıq etmir. Bu onunla əlaqədardır ki, Rusiya uzun müddət Dağlıq Qarabağ probleminin həmsədrlər vasitəsi ilə həll ediləcəyinə, eləcə də Azərbaycan ilə Ermənistanın ortaq məxrəcə gələ biləcəyinə ümid edirdi», - deyə Puxov bildirib.
Lakin indi demək olar ki, Azərbaycan xaricdən böyük miqdarda silah almağa başlayıb. İlk növbədə Ukraynadan. «Onlar Miq - 29 təyyarəsi alıblar və hələ bir sıra ölkələrlə danışılar aparırlar. Onlar hətta bizdən də quru qoşunları üçün bəzi texnikalar alıblar».
Qeyd edək ki, Rusiya dünyada cəmi üç hərbi əmkdaşa - Suriya, Ermənistan və Belarusiyaya malikdir. Onda demək olar ki, Rusiyanın Ermənistanla hərbi sahədə müqavilələr bağlaması ehtimalı böyükdür. Və sözsüz ki, bu barədə hər iki ölkənin prezidentinin Soçidə keçiriləcək görüşündə də müzakirələr aparılacaq.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir