- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Millətinin Ürəyində Gömürülən Ə.Elçibəy! - Eldar Qaradağlı
BayBək, Azərbaycan | Ortagün, 23rd Avqust , 2007 , 19:03 [ax] | Məqalə-Yazi
![]() |
. | 22 Avgos 2000 –də inanılmaz bir xəbər Türk dünyasını sarsıtdı. Ə. Elçibəy Ankarada dünyasını dəyişdi. Nədən isə Ankara, inanılmaz bir çevikliklə Türk Dünyasının sevimlisini Bakıya göndərdi. Rəsmi xəbər dayrələri sussa da milli xəbər bütün kəndi, şəhəri və geniş həndəviri bürüdü. Bakının 20 yanvar meydanından mərkəzinədək hamı göz yaşı tökdü. Azərbaycan Bakıya ağnadı, o gün millətin qarşısında kimsə dayana bilmədi. Çünki, Bütün Azərbaycan millət olmaq zorunda qaldı. “Ən böyük Elçibəy, başqa böyük yox!” harayı milyonlar göz yaşıyla birləşdi |
22 Avgos 2000 –də inanılmaz bir xəbər Türk dünyasını sarsıtdı. Ə. Elçibəy Ankarada dünyasını dəyişdi. Nədən isə Ankara, inanılmaz bir çevikliklə Türk Dünyasının sevimlisini Bakıya göndərdi. Rəsmi xəbər dayrələri sussa da milli xəbər bütün kəndi, şəhəri və geniş həndəviri bürüdü. Bakının 20 yanvar meydanından mərkəzinədək hamı göz yaşı tökdü. Azərbaycan Bakıya ağnadı, o gün millətin qarşısında kimsə dayana bilmədi. Çünki, Bütün Azərbaycan millət olmaq zorunda qaldı. “Ən böyük Elçibəy, başqa böyük yox!” harayı milyonlar göz yaşıyla birləşdi. Hamı Azərbaycan Cümhuriyyətinə imza atan unlunun son yolçuluğuna gəlmişdirlər. Bir çoxu Bəy sevadsından ürək şişi yaşasa da, bəziləri öz suçlarını yumaq üçün göz sıxırdılar. “Allah rəhmət eləsin yaxşı insanıdı1” Diyənlər də az deyildi. Ancaq, bir azdan, Prezident H. Əliyevin Elçibəy qarşısında baş əyməsi, onun yalnız yaxşı insan olmasını deyil, həmdə Ulu Milli Lider olmasını qanıtlayacaq idi.
Sözsüz ki, Əbülfəz Elçibəy, Türk Ulusunun elçi bəyi idi.
Gördüyüm, tanıdığım Əbülfəz Elçibəy.
Basına hazırlanmaqda olan, “Millətləşmə Yolunda, Azərbaycan Mərkəzli Türk Düşüncə Sisteminin önəmli rolu” kitabından alınmışdır.
Kələkidən Bakıya dönər-dönməz Azərbaycanın Güneyindən olan soydaşlarımız ilə görüşən Ə. Elçibəy, sankı böyük arzusuna çatmış kimi, özünün Güneyə olan sonsuz sevgisini gizliyə bilmirdi. Bey eyni zamanda Güneyə olan ümidini, bu ümidin çox tez bir zamanda gərçək olacağına dərindən inanırdı. O, Güneydə milli dirçəliş və oyanış sürəcinin çox sürmiyəcəyini, bir neçə il içində milli qurtuluş savaşına girəcəyini dərin bilimsəlliklə isbat edirdi. Bir gün BAB toplantısı keçirkən Bəyin koməkçilərindən biri içəri girib, BBC ajensinin tv ekibinin gözləməyini çatdırdı. Bəy bu haqda toplantıda olanlardan fikir istədi. Hamı toplantının dayandırılmasını və BBC qurupunun qəbul olunmasını məsləhət gördülər.Toplantı sona çatdı. Bəy, bir dilmancı, bir AXCP müavinini və bir də məni öz otağında saxladı. Çox sorular olundu. Bəy soyuq qanlılıqla soruları yanıtladı. Soruların biri Güneyə göreydi. Bey məni göstərərək o sorunun cavabını mənə buraxdı. Bey o sualı ən dərin tərzdə cavablandıra bilərdi. Ancaq, Bəy ən kiçik imkanlardan yararlanıb, başqalarını yetişdirməyə çalışardı. Bəyin ən önəmli özəliklərindən bir də, açıq və aydın sözlu olmağı idi.
Həmən oturumda BBC jornalisti Bəyə belə soru verdi:
”Siz bir daha Azərbaycan Prezidenti ola bilsəniz, yenə də Bütöv Azərbaycan və Güney məsələsini qaldıracaqsınız?” Bəy cavab verdi: “Siz bu milləti başa dümürsünüz. Mən millətimin xadimiyəm, mənim millətim 8 milyon deyil, O, 40 milyondu və Rus-Fars hakimləri əlilə parçalanıbdır. Siz bilin ki, mənim prezidentiliyim Güneyi unutmaq şərti ilə olsa, mən kəsinliklə prezidentiliyi buraxaram.”
Görəvimin icabına görə, Təbrizdən gələn böyük insanlarımızdan birini bəyin evinə aparmalıydım. Onlar birinci kəz bir-birini görürdülər. Zamanı gəlincə evə girdik. Ev çox səssiz və qəribə görünürdü. Başqa günlərin səs-köyü və qalaballığı yox idi. Evin belə səssizliyini soruşdum. Bəyin köməkçisi Təbrizdən gələn qonağa görə Bəyin belə istədiyini söylədi. Bəlli oldu ki, Bəy heç zaman görmədiyi qonağı üçün bütün bugünə kəsinləşmiş ev görüşlərini ləğv etmişdir. Biz evə girərkən bəy özü bizi qarşıladı.
O, qonaqla qucaqlaşdı. Onlar bir-brindən uzaq düşmüş, 50 illik qardaş kimi göz yaşlarını tuta bilmirdilər. Beləki, neçə anlıq bu nisgil tablosu, hələ də gözümün önündə yaşamaqdadır. Saatlar sürən bu görüşdə, Bəy Təbrizin küçələrini, döngə-buruqlarını, millətin yaşamını və hətta fotbolunun durumunu soruşurdu. Mən, Bəyi tanıyan bir insan kimi belə durumlarla çox qarşılaşırdım.
O, bir vətən sevdalısı kimi, dünyanın ən uca zirvəsini belə, millət bahasına dəyişən deyildi. Mən bir sözü təkrar-təkrar Bəydən eşidirdim. O, deyirdi: “Bu millət o zaman köləlikdən qurtarar ki, Bütövlüyünə qovuşsun. Bəziləri Quzeydə oturub müstəqilləm sözünü dayanmadan deyirlər. Mən deyirəm ki, Quzey yalnız vətənimizin kiçik bölməsidir. Ölkəmizin böyük qismi özündən qat-qat zəyif və az olan fars rejimi əlindədir. Bunu heç zaman fars şovinistləri tək başına edə bilməzdilər. Bu böyük düşmənlərimizin əlilə olmuşdur. Nə zamanadək bu vətən birləşməyib, tam müstəqillikdən danışmaq olmaz! Bu bizim taleimizdir.” Bəy hep belə oldu, belə yaşadı və belə ideya yaratdı.
Orda ki deyir: “Mənim həyatımın mənası Bütöv Azərbaycandır.” Əslində millətindən danışır.
O, Səddamın rəsmi dəvətini rəd edən zaman belə cavab verir:
“Mən millətimin qatili ilə bir yerdə olanmaram. Onda Kərkükda məni lənətləməzlər mi?”
Əbülfə Elçibəy 1970-lərdə Rus KQB-sinin ən ciddi probleminə çevrilmişdir. O, Rusların qarşılıqlı məslək rüşvətlərini ən cəsarətli reakiyonlarla cavablandırmışdı. Elə məhz ona görə, 1975-ci ildə Komonist rejimi tərəfindən tutuqlanaraq ən ağır ruh və can təziqlərə qatlanmışdır.
Bəy, bu haqda belə deyirdi:
“O zaman KQB məhkəməsində mənə üç suç kəsilmişdı. Mən özüm də bu suçlardan qaça bilmiyəcəyimi başa duşurdum. Ona görə də, yalnız millətimin milli hüquqlarından müdafiəyə üstünlük verirdim.”
Bəyin 3 böyük cinayəti(!) bunlar idi:
A) Xalqlar Dostluğuna qarşı çıxmaq.
B) Pantürkiszm ideyasını təbliq etmək.
C) Komonist Partiyası və Sovet dövlətinə qarşı dirənmək.
Demək bəyin bu böyük cinayətlərinin mərkəzində dərin və dəyişməz vətən sevərliyi dayanmışdır.Göründüyü kimi Rus və Fars şovinistləri eyni kağazdan, davatdan və boyadan yararlanırlar. Bəy, millət sarından sevildiyi halda, illər boyu millətin malını, mənəviyyətini və adını oğrayanlar tərəfindən vəhşicəsinə qamçılanırdı. Onlar bəyin istər 1990-dan öncə, istərsə də sonra, ən qatı düşməni oldular.
Bəy özü bu haqda deyir:
“Onlar iki dəstədən ibarətdilər. Özümüzdən olan bilgisizlərə dua edirəm, tez-gec özlərinə gələcəklərinə inanıram. İkincilər isə düşmənlərdilər. Düşmən Türkün qeyrət və kiyasətini yaxşı başa düşür. Bizdən bizi daha da yaxşı tanıyan düşmən, bizim ayıq düşməyimizdən qorxuya düşür. Bu üzdən bizim ayıq düşməməyimiz üçün milyonlar dolar xərcləməkdən belə çəkinməyir.”
Üzdən göründüyü kimi, Bəy heç də məzlum yaşamadı. O, ideyallı yaşadı. İri düşüncəli, açıq gözlü, uca sözlü və bir sözlə milləti kimi deyil, millətə görə yaşadı. Buna görə, millətini qara günə oturdanlarla heç barışmadı. Onlara dayima lənət yağdırdı. Bəy, yalançı arxadaşlıqdan, ufanmaqdan, yaltaqlıq və şəxsiyyət rüşvətindən nifrət edirdi, belə arxadaşları çox tez tanıyırdı, amma dilə gətirmirdi. Yalnız Türkiyənin Gülxana xəstəxanasındadır ki, gözü əbədiyyətə yumulan anda namərd dostlardan gileyə qalxır.
O, Uca Türk Millətin, Azərbaycan Türk Millətinə, Türk Gəncliyinə, Azərbaycan Gəncliyinə Müraciətdə bulunduğu halda, bir ömür ona yalan danışanlara yalnız bir qisa xatırlatma buraxır:
“Mən çox gec bildim ki, xərçəng xəstəliyinə tutulmuşam. Ancaq siz bunu əvvəlcədən bilib məndən gizlətmişdiniz ki,…”.
Bircə sözlə, Demokrat Millətçi dediyimizdə, sadəlik, saf ürəklilik, tək davranışlılıq,
sola, sağa, ifrat dinçiliyə bürünməmək kimi insancıl özəlliklər olarsa, gördüyüm, tanıdığım Elçibəy, bunların hamısını bir yerdə yiyələnmiş birisi idi.
Bəy, bir gərçək millətçi idi. Onu tanımaq üçün kəsinliklə Tatarı, Qıpcağı, Kərkəzi, Özbəki, Qırqızı, Qazağı, Türkmanı,Türkməni, Türkiyəlini də, Azərbaycanlı qədər sevmək gərəkir. O, “Mən Türk oğlu Türkəm”sözünü diyəndə, bir həyat fəlsəfəsini ortaya qoyurdu.Türk sözünü çeynə-tüpür edənlərə qarşı sərt olurdu. Onlara qarşı heç də həlim və yumuşaq davranmırdı. O, tutduğu yolda inadlı, ideyada sərt, millət qarşısında tabsız, onun düşməni qarşısında isə əyilməz idi. Bəzilərinə görə, güya Bəy kimsənin ürəyini incitmək istəməzdi. Bu söz təkli-dibli yalandır. Bəyin millət qarşısında sevdalı olmasının ən böyük təməli millət düşmənlərinə qarşın sərt ürəkli və intiqamçı olması idi. O, istədiyi an Tehranı və Moskvanı özünə dost tuta bilərdi. Zatən onlar bu işdə çox da israrlı və istəkli idilər. Onlar, Bəyin Azərbaycanda olan mənəvi gücünü yaxşı başa düşürdülər. Özəlliklə Moskva və Tehran bəyin ideyallarının onlara qarşı olduğunu bilir və bu qonuda bəlkə bəy ilə bir sazişə girməklərini umurdular. Ancaq, bəyi maraqlandıran yalnız millət və ölkə mənfəətləri idi.
Onun qarşısında iki yoldan başqa seçənək yox idi:
“Ya milli mənafei tutub bağımsız olmaq gərəkir, ya Milləti və Torpağı öz aralarında pay-bölüş ədən düşmənlərlə bazarlığa getmək yolunu seçməlisən”. Bəyim hər atdığı milli-siyasi addım özgürlük və bağımsızlıq iradəsinin simgəsidi. O, yalnız öz milləti üçün çabalırdı. Ancaq nədənsə bu çabalar Moskva və Tehrana qarşı sərt pozosiyon sayılırdı. Özəlliklə Rus hegomonluğuna qarşı atılan addımlar dünya miqyasında çox normal görünsə də, bölgədə bir siyasal skandala çevrilirdi.1992-ci il Hazıranda (Avqost) Ə.Elçibəy Azərbaycanın ilk demokratik seçimlərində böyük çoxunluqla prezident oldu.
O, ilk addımlarından birini Rus ordusunun təmamilə Azərbaycandan çıxarılmasına həsr etdi. Russiyanın hədə qorxusuna qarşın daha da qorxmaz siyasət irəli sürdü. Bəy sonralar bu hərəkətini belə açıqlayırdı:
“Mən belə hesab edirdim ki, Azərbaycanın Güney hərəkatı həmişə Rus dövlətinin əlilə qana bələşir. Əgər rusların ordusu Güneydən uzaqlaşarsa, Tehran tək başına Güneyin hərəkatını basdıra bilməz. Buna görə biran ruslarıin Güneydən uzaq tutması lazim idi.”
Əbülfəz bəy Prezidentkən Rəfzəncanıdan İrana getmək üçün rəsmi dəvət aldı. Bəy bu haqda deyirdi:
“Onlar məni böyük təmtəraqla qarşılayacaqlarını deyir və bu səfərin Tehran-Bakı arasında dostluq vasitəsi olacağını vurğulurdular. Tehran məndən cavab gözləyirdi. Bu üzdən İran səfiri mənimlə görüşmək istəmişdir. Görüşdə Tehran səfiri Rəfsəncanının kətbi məktubunu və dəvətin təkrarını mən çatdırdı. Mən səfirə söylədim ki, mənim üçün önəmli olan Təbrizdi, məni Tehran maraqlandırmır. Tehrana da gələsi olsam, öncə təbrizə gəlməli, vətənimin torpağını opməliyəm.”
Bəy millətinin düşmənlərinə qarşı belənci idi. Bəyin hər bir ulusal davranışı Azərbaycan düşmənlərinin ürəyinə zəhərli ox kimi taxılırdı. O, Tehranın bir hədə notasına qarşı belə cavab verirdi:
“Əgər bir təbrizdən danışırıqsa, Tehran bunu bilməlidir ki, ora bizimkidir. Orada yaşayan Türklər bizim vətəndaşlarımızdır. Əslində Tehran, Azərbaycanın iç işlərinə qarışmaqda haqlı deyil.”
Bugün, Ə. Elçibəyin bu kimi sözlərinə irad tutan siyasətçi müddəilərimiz, ən azından onun sərgilədiyi belə qorxmaz və açıq siyasətdən öyrəndiklərini unutmamalıdırlar. Bəy gərçək bir lider idi. O, hər şeydən öncə millətin gözündən qorxunu çıxarmağı, külə təsəvvürlərdən azad etməyi planlaşdırırdı. Bu yolda millətin özünə güvənən Bəy, hər an milləti uca tutmağa, ruhunu yüksətməyə çalışırdı.
“Mən hamını qurtuluşçu yoluna çağırıram. Quzeydə erməni işğalçılarını rədd etmək, Dərbəndi almaq, güneydə fars şovinizmini, İran rejimini rədd etmək, Azərbaycanın mütəqilliyinə nayil olmaq, və Azərbaycanı birləşdirmək- bu ideya qalib gələcək! Bu, gec də ola bilər, tez də… ”
Elçibəy həmişə Azərbaycan üçün baş bələsı olan quru siyasəti qarqışlayır, Azərbaycan dövlətini milli olmağa, milli–siyasi hədəf tutmağa çağırır:
“Azərbaycan bir bütöv olaraq düşünülməlidir. Bu düşüncə öncə dövlət tərəfindən irəli sürülməli, sonra millət içində adət olmalıdır.Azərbaycanı kiçildib Quzey-Güneyə bölmək, mən Bakılıyam, mən Marağalıyam, mən Nəxcivanlıyam kimi ifadələr yerli bazlıqla üst-üstə düşür. Bu baxışı irəli sürənlər, özləri bilmədən əsir yaşamalarına imkan yaraldırlar.”
Elçibəy siyasəti milli ideolojik təmələ dayanırdı. Bəyə görə, siyasət yalnız o zaman siyasət kimi düşünülür ki, ortada etnik problemlər kimi təyin edici sorunlar olmasın. Necə ola bilər ki, insan torpağının və millətinin dümən əlində olmasını görsün və yalnız quru siyasətlə uğraşsın? Bəy belə hesab edir ki, Azərbaycanda səadət açarı bütövlük ideyasındadır. Ona görə başqa millətlərdən fərqili olaraq ölkəmizin demokratikləşməsi, çağdaşlığa qovuşmasının yolunu bütövlükdə görürdü. O, Azərbaycandan danışanda öncə milli dayaqları, sonra isə siyasi şərtləri önə çəkirdi. Bu üzdən Bəyə görə, Azərbaycanın dövlət siyasəti milli-siyasi mahiyyət daşımalı və bu qonuda israrlı olmalıdır.
Əbülfəz Elçibəy dərin milli –siyasi xadim kimi, həm də böyük idolog və sosiolog idi. 1975-ci ildə Komonist Partiyası məhkəməsində dediyi söz bir ideolog-sosiolog insanın ifadəsi deyilmi ?
“Başqa xalqların payasına söykənən imperiyalar dağılar…. Bu quruluş dağılacaq!” Milli düşmənin üzünə baxa-baxa onu kiçiltmək ona vurulan ən böyük ruh darbasıdır. Düməni ruhdan salmaq metoduna dayanan milli liderlər xiyal pərvər sanılsalar da, əslində heç də belə deyil. Bəy millətinin var potansiyalını bütün boyutları ilə tanıyır, ölçüləyirdi. O millətin böyüklüyündən doğal məğlubiyyəti doğal sanır, birgün bu böyüklügün yenidən qurulacağına da doğal yanaşırdı:
“Millət, millət olarsa üzərinə əyləşən bütün kədər qubarları silib, günəşin parıldamasını yenə görəçəkdir.” O, milli inamı və iradəni bütün qələbələrin anası hesab edir, inamsız toplumu bədbəxt və kükə sanırdı. İdealizmi realizmin beyini adlandırırdı. Bəyin ülkü düşüncəsi məhz millətinə aid deyildi. O, ümum insanları birlikdə və barış içində görmək istəyirdi. Ancaq bəyə görə, hər millət öncə öz səadət yolunu tapmalı, o yola çatmaq üçün sobjələrini gücləndirməlidir.
“Bir şer var. İstəyirəm ki, o, bizdə el şerinə çevrilsin”:
Orda bir yol var uzaqda;
O yol bizim yolumuzdur!
Dönməsək də, varmasaq da,
O yol bizim yolumuzdur!
Özünü aydın sanıb, millətini bəyənməyən bəzi xəstə soydaşların çamuru hep millətçi kəsiminə atılarkən, Bəy də paysız qalmayırdı. Bəyin açıq-saçıq olmasından hamıdan artıq Komonist partiqratlar, rüşvətçi broqratlar, Rus-Fars vurğunları və Azərbaycan içində ayrıntı salmaq amacında olanlar rahatsız idilər. Bəy, bu kəsimə heç zaman üzü açıq deyildi. O, belə düşünürləri cəmiyyətdən təcrid olunmuş əxlaq yoxsunları adlandırırdı. Bu millətin onlardan hər an zərər görəcəyini dilə gətirirdi:
“Millətinə yalan danışanlar, ən başda millətin inkişaf və demokratiya yolunu kəsirlər. Onlar əslində öz balalarına da rəhm etmirlər!”
Bəy millətimizi çox dərindən tanıyırdı. İnsanların haqqında az danış sa da onların siyası durumunu, nə yerdə olduğunu, kəsim bağlılığını gözəl bilirdi. Bəzən kimsələrin haqqında bəyə uzun-uzun şikayətlər gəlirdi. Bəy bu gileyləri çox hövsəleylə qulaq asır, şikayətin müsbət-mənfi yollarını bir-birindən ayırır, barış yollarını axtarırdı. Həmin şikayətlərin biri mənim üçün çox maraqlı idi. Tanış olduğum bir şaki qardaşın cavabında, Bəy belə söylədi:
“Sizcə, mən ətrafımda keçənləri bilmirəm mi? Onlar gecə-gündüz işləyir təşkilat yaradırlar, siz isə günortaya dək yatır, axşamlar isə çayxanada onların dalında danışırsınız.Yaxşı olar ki, əsil günahı özünüzdə axtarasınız.”
Bəy çox səmimi və düzgün qazi idi. Belə hallar BAB-da, AXC-də də çoxlu baş verirdi. Özəlliklə BAB-da olduğuma görə bu kimi hallarla hər gün üzləşirdim.
Əbülfəz Elçibəyin ən önəmli özəlliklərindən biri də Tarixə baxışı idi. Baxmayaraq ki, Bəy hər Azərbaycanlı kimi tarixi sovet dövlətçiliyi etgisi altında öyrənmişdir. Amma gördüyüm klasik tarixçilərin təzi ilə Bəyin baxış açısı tam ayrıydı. O, tarixi nağıl kimi dəyil, torpaq ürəyində gizlədilən həqiqətlər kimi axtarırdı. BAB-ın Dəyirmi masalarında tarixçilərlə baş-başa qoyon Bəy, tarixin ozmanlar görməyən üzünü onlara göstərirdi. Bəy tarixçi ozmanlar qarşısında yeni-yeni sorular qoyur, onları daha dərin bilgilənməyə sövq edirdi. Bəyə görə, Milləti küləlikdən qurtarmaq üçün yöntəmli tarix bilgisi gərəkir. Toplumun uluslaşması metodik bilgiləndirmə istərsə, onun təməlində tarix bilgisi yatmaqdadır. Tarix düşüncəsindən yoxsun bir toplum, öz milli psikolojisini, etno-cüğrafi varlığını, sosial kimliyinı, ülkü düşüncəsini, ulusal əxlaqçılığını, dil fəlsəfəsini də yiyələnə bilməz. Bü üzdən, ən kiçik gərçəkliyini görməkdən belə aciz qalar. Içdən asimilə olmağa başlayan bu toplumun ən kəsərli anti asimilə vaksəni isə tarix bilgisidir. Tarix bilgisi bir toplumun ulusa dönməsi üçün ön şərtdir.
Əsir toplumlarda isə bu şərti yaxalamaq özü ən böyük milli dava sayılmaqdadır. Normal olaraq bu sürəc səssiz olsa da, gələcək səsli hərəkatın anası və təməli sayılmalıdır. Elçibəyçi tarix baxışı məhz belə düşüncənin tərəfindədir. Tarix mifçilik demək deyil, tarix yaradan bir millətin mif yaratmağa gərəyi yoxdur.Türk tarixinin bütün gərçək qaramanları, başqa millətlərin yaratdığı miflərdən qat-qat çox və uludur. Təki onları öncə millətimizə və sonra dünyaya tanıtmaq gərəkir. Çünki, dünya bu dərəcə qəhrəmanlıq mərkəzi olan millətə maraqlanar. Onunla yaxından tanış olmağa çalışar. Elə bu özü də, tarixsəl təbliğat özlüyündə bir milli çabadır. Yazıqlar olsun ki, Türk milləti bütünlükdə bu çabanın ən dərəcə önəmi olduğunu hələ başa düşmək istəmir.
Bəyi millət içində nüfzdan salmağa çalışan bəziləri daha da mızı və iki başlı siyasət yürüdürdülər. Bu iki üzlü və təpə gözlü cənablar, Əbülfəz bəyin çox yaxşı insan, bilgin alim olduğunu diyərək, onun siyasətçi olmadığını və ya siyasətdə çıxarsız olduğunu tez-tez deməklə, əslində bəyin simasını ləkələməyə çalışırdılar. Bəy, belə zəhərli propakandaların qarşısında heç zaman enerji qoymurdu. Bəyə görə, demokratiya yolunda güc tətbiq emək, yalnız millət yolunda olmalıdır.
“Biz acı çəkə-çəkə demokratiyaya yol tapmalıyıq. Zamanımızı özümüzdən deyil, millətimizin azadlığı və demokratikləşməsi yolunda xərcləməliyik.” Diyən bəy, necə özünü savuna bilsin ki! Bəy klasik siyasətçilər kimi, siyasətə gəlmədi. O, millətinin gününə yana-yana milli-azadlıq savaşına qoşuldu. Millətini azad etmək, onun milli kimliyini hüquqlaşdırmaq, Bütövləşmə, Millətləşmə, Dövlətləşmə devizini beyinində yerləşdirmək üçün var-yoxunu ortaya qoydu. AXC-eylə Quzeyi bağımsıslığa qovuşdurdu, BAB-ilə isə Güneyin və Bütöv yurdunun qurtuluş meydanına ayaq qoydu. Bəy siyasətdən tarix elminə deyil, tarix bilgisindən, dil və el sevgisindən siyasətə gəldi. Bu üzdən millətini sevə-sevə, millətinə yana-yana şam olum əridi. Onun siyasətə çəkilməsi, siyasətə deyil, millətinə olan sevginin göstərgəsi idi. Millətini qara gündən aydınlığa, küləlikdən ucalığa daşımaq əzmində olan yolbayımızın yolu uzaq keçmişimiz, bugünümüz və yarınımızdır. Bütöv, Layik, Çağdaş Azərbaycanımızın ölməz Yolbayının düşüncəsi əbədi yaşayacaq!
ÇÜNKİ, ELÇİBƏYSİZ BÜTÖV, ÇAĞDAŞ VƏ LAYİK AZƏRBAYCANA GEDİLMƏZ!
Eldar Qaradağlı
23.08.2000
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir