- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Xilasetmə işləri davam edir
BayBək, Azərbaycan | Ortagün, 30th Avqust , 2007 , 19:01 [ax] | İç Xəbərlər
![]() |
. | Bakı şəhər prokuroru Əziz Seyidovun verdiyi məlumata görə, istintaq xarabalıqların altında 8 nəfərin qaldığını ehtimal edir.
Onların sayını dəqiqləşdirmək üçün qaynar xətt yaradılıb, qohumlarına ərizə ilə prokurorluq orqanlarına müraciət etmək təklif edilib. Qaynar xəttin nömrəsi belədir 310 64 18. |
28 avqust 2008-ci ildə Bakının Naxçıvani küçəsində uçan binanın xarabalıqları altında qalmış insanların xilasedilməsi istiqamətində iş davam edir.
Bakı şəhər prokuroru Əziz Seyidovun verdiyi məlumata görə, istintaq xarabalıqların altında 8 nəfərin qaldığını ehtimal edir.
Onların sayını dəqiqləşdirmək üçün qaynar xətt yaradılıb, qohumlarına ərizə ilə prokurorluq orqanlarına müraciət etmək təklif edilib.
Qaynar xəttin nömrəsi belədir 310 64 18.
Əziz Seyidov həmçinin onun rəhbərliyi ilə xüsusi istintaq qrupunun yaradıldığını deyib.
Onun sözlərinə görə, saat 15.00-a dağıntılar altından 16 nəfər çıxarılıb. Onlardan 10-nun ölü, 2 nəfərin yaralı olaraq, 2 nəfərin isə xəsarət almadan çıxarıldığı bildirilir.
Şəhər prokurorunun sözlərinə görə, məsələ ilə bağlı tikintini aparan “Mütəfəkkir” şirkətinin rəhbəri Əli Muradovun, meneceri Əsgər Əliyevin, iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov saxlanılıb və onların barəsində həbs qəti imkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub.
Hazırda istintaq tərəfindən çoxsaylı texniki-tikinti, əmtəə-texniki və s. ekspertizalar keçirilir.
Əziz Seyidov həmçinin tikintinin icazəsiz aparıldığını və bu özbaşınalığa yol verən idarə əməkdaşlarının da təqsirlilik dərəcəsindən asılı olaraq cəzalandırılacağını bildirib.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə isə hazırda axtarış əməliyyatlarının ikinci mərhələyə keçdiyini, yəni daha sərbəst aparıldığını deyib.
Onun sözlərinə görə, birinci mərhələdə itlərdən, hava ötürücülərdən istifadə olunub. İkinci mərhələdə isə artıq ekskavatorlardan daha çox istifadə ediləcək ki, bu da axtarış yerində sağ qalanların olması ehtimalının azlığı ilə bağlıdır.
Bu arada Səhiyyə Nazirliyi sağ və vəfat etmiş şəxslərin adlarını açıqlayıb.
Sağ qalanlar - Astara rayonu sakini Axundov Əvəzağa Bəşirağa oğlu (24 yaş), Xırdalan rayon sakini Əfəndiyev Vüqar Mirmahmud oğlu ( 22 yaş), Masazır rayon sakini - Əliyev Rauf Bahadır oğlu (43 yaş) və Saray qəsəbəsində yaşayan İbrahimov İbrahim Məhəmmədəli oğludur.( 57 yaş).
Məlumatda həmcinin 13 nəfərin həlak olduğu deyilir. Onlardan 10-nun şəxsiyyətinin müəyyən edildiyinin və 3 nəfərin kimliyinin isə məlum olmadığı göstərilir.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadənin sözlərinə görə, axtarış son meyit tapılanadək aparıılacaq.bbc
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir