- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Bhutto-Müşərrəf sövdələşməsi baş tutacaqmı?

BayBək, Azərbaycan | Yeygün, 31st Avqust , 2007 , 13:37 [ax] | Dış Xəbərlər

. Pakistanın sabiq baş naziri Benazir Bhutto deyir ki, prezident Pərviz Müşərrəflə hakimiyyətin bölüşdürülməsinə dair sövdələşmə əldə etmək üzrədir.
Xanım Bhutto istəyir ki, general Müşərrəf ordu başçısı kimi istefa versin və özünün üçüncü dəfə baş nazir seçilməsinə əngəl olan bütün maneələri aradan qaldırsın.


Pakistanın sabiq baş naziri Benazir Bhutto deyir ki, prezident Pərviz Müşərrəflə hakimiyyətin bölüşdürülməsinə dair sövdələşmə əldə etmək üzrədir.

Xanım Bhutto istəyir ki, general Müşərrəf ordu başçısı kimi istefa versin və özünün üçüncü dəfə baş nazir seçilməsinə əngəl olan bütün maneələri aradan qaldırsın.

Pakistanın siyasi nüfuzunu bərpa etməyə çalışan prezidenti növbəti 5 il müddətinə vəzifəyə seçilmək üçün dəstək axtarır.

Benazir Bhutto isə Pakistana qayıtmasını çətinləşdirən yuridik maneələrin aradan qaldırılmasını istəyir ki, ölkəyə qayıda bilsin və partiyası ümumi seçkilərdə qələbə qazanarsa, baş nazir olsun.

Sövdələşmənin mahiyyəti də məhz bundan ibarətdir. BBC radiosuna müsahibədə xanım Bhutto razılığın 80 faiz əldə edildiyini deyib.

Onun sözlərinə görə, yeganə həll edilməmiş məsələ prezident səlahiyyətləridir.

Benazir Bhutto istəyir ki, prezident parlamenti buraxmaq hüququndan imtina etsin.

Xanım Bhutto həmçinin deyib ki, general Müşərrəf ordu komandanı kimi istefa etməyə razılıq verib, lakin bunun nə vaxt baş verəcəyi hələ bəlli deyil.

Xanım Bhutto deyib ki, bu danışıqların başlıca məramı dinc yolla mülki idarəetməyə keçiddir.

Bununla belə, Bhuttonun tənqidçiləri deyirlər ki, o, özünü nüfuzdan salmış Müşərrəfə öz siyasi məqsədlərinə nail olmaq üçün, necə deyərlər, əl uzadır.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2007_say_910.azr
azeribaybak[at]gmail.com