- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

ERMƏNİSTANDA SEÇKİLƏRDƏ KİM QALİB GƏLİRSƏ GƏLSİN, MÜNAQİŞƏNİN HƏLLİ PROSESİNDƏ CİDDİ DƏYİŞİKLİKLƏR OLMAYACAQ

BayBək, Azərbaycan | Wednesday, 20th February , 2008 , 04:53 [am] | İç Xəbərlər

. Əgər rəsmi sorğulara inansaq, əsas mübarizə baş nazir, Respublika partiyasının lideri Serj Sarkisyan və parlamentin sabiq spikeri, “Orinats Erkir” partiyasının rəhbəri Artur Baqdasaryan arasında gedir, deyə Namazov qeyd edib. Lakin son günlərin hadisələri eks-prezident Levon Ter-Petrosyanın mövqeyinin xeyli gücləndiyini göstərir. Bəzi analitiklər hətta ikinci turun keçirilə biləcəyini bildirirlər. Əgər iş ikinci tura qədər çatarsa, Sarkisyanın şansı azala bilər.


Ermənistanda prezident seçkilərinin nəticələri barədə proqnoz vermək çətindir, çünki seçki kampaniyası zamanı keçirilən ictimai rəy sorğuları real vəziyyəti əks etdirməyib. Bu fikri Turanın müxbiri ilə söhbətdə “Azərbaycan naminə” İctimai Forumun rəhbəri Eldar Namazov bildirib.

Əgər rəsmi sorğulara inansaq, əsas mübarizə baş nazir, Respublika partiyasının lideri Serj Sarkisyan və parlamentin sabiq spikeri, “Orinats Erkir” partiyasının rəhbəri Artur Baqdasaryan arasında gedir, deyə Namazov qeyd edib. Lakin son günlərin hadisələri eks-prezident Levon Ter-Petrosyanın mövqeyinin xeyli gücləndiyini göstərir. Bəzi analitiklər hətta ikinci turun keçirilə biləcəyini bildirirlər. Əgər iş ikinci tura qədər çatarsa, Sarkisyanın şansı azala bilər.

Seçkilərin nəticələrinin Qarabağn nizamlanması prosesinə təsirinə gəldikdə isə, Namazovun fikrincə, Azərbaycanda Ter-Petrosyanın Koçaryan və ya Sarkisyanla müqayisədə daha uzaqgörən siyasətçi hesab olunduğuna baxmayaraq, hətta Ter-Petrosyanın qələbə çaldığı halda asan danışıqlar prosesi gözləməyə dəyməz. Bunun səbəbi Qarabağ münaqişəsinin həllində sıçrayışa nail olmaq üçün zəruri olan güzəştlərdədir.

Politoloq Rasim Musabəyovun fikrincə, Sarkisyan inzibati və maliyyə resursları nöqteyi-nəzərdən daha üstün şanslara malikdir. Əgər ümumi saxtalaşdırma olmasa, ikinci tur qaçılmazdır. Bununla belə, Musabəyov Sarkisyanın ikinci tura Ter-Petrosyanla deyil, Baqdasaryanla çıxması üçün saxtalaşdırma ola biləcəyini istisna etməyib.

Musabəyov hesab edir ki, Sarkisyanın prezident seçildiyi halda Qarabağ münaqişəsi üzrə danışıqlarda fasilə olmayacaq və proses “Praqa prosesi” çərçivəsində davam etdiriləcək, belə ki, Sarkisyan nizamlanma prosesi ilə tanışdır. Eyni zamanda, 10 il ərzində danışıqlar prosesində irəliləyiş əldə olunmayıb.

Ter-Petrosyan Azərbaycanla danışıqlarda daha pozitiv partnyor sayılır. Lakin hətta Ter-Petrosyan qələbə qazanarsa, parlament və hökumətə nəzarət hazırda hakimiyyətdə olan qüvvələrin əlində qalacaq. Belə ikihakimiyyətlilik şəraitində Ter-Petrosyan çətin ki, danışıqlarda özünü sərbəst hiss edə, deyə Musabəyov qeyd edib.turan

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_2148.azr
azeribaybak[at]gmail.com